Reytinq
15.32
səs: 4

Bloq haqda

İslam tarixində yaşanan ibrətamiz hekayələr.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (20)

Cavid səlahəddin umud600 Fianda Xrizoberil ayxansevda kulturoloq Old Baku BaKiNeC ORIGINAL Nurane Shahbazova yravil Rene Mysteryo AykaJackson Aristotel Abdulyar Baxış HANDSOME SÜSən_Mehrəliyeva

Öz övladını inkar edən qadın

Bir cavan vahiməli halda Mədinənin küçələrində gəzir, səmimi-qəlbdən Allah dərgahına nalə edib deyirdi: «Ey ədalətlilərin ən ədalətlisi! Mənimlə anamın arasında hökm et!»
Ömər ona çatıb dedi: — Ey cavan! Nə üçün anana qarğış edirsən?!
Cavan: — Anam məni doqquz ay öz bətnində saxlamış, dünyaya gətirdikdən sonra iki il süd vermişdir. Böyüdüb tərbiyə etdikdən, yaxşını-pisi başa düşdükdən sonra məni inkar edib deyir: — Sən mənim oğlum deyilsən!
Ömər o qadına üz tutub dedi: — Bu oğlan nə deyir?
Qadın: — Ey xəlifə! And olsun nur pərdəsinin arxasında olan və gözlərin görə bilmədiyi Allaha! And olsun Məhəmmədə və onun Əhli-beytinə! Mən onu əsla tanımıram, hansı qəbilə və tayfadan olmasını da bilmirəm. Allaha and olsun ki, o, bu iddia ilə məni öz qohum-əqrəbam arasında rüsvay etmək istəyir. Mən Qüreyş qəbiləsindən olan bir qızam və indiyə qədər də ərə getməmişəm.

Ardı

Zina və fəsadı

Bir şəhərdə qırx ilə yaxın idi bir kişi azan deyərdi. Bir gün azan demək üçün minarəyə çıxıb azan deyir.
Qurtarandan sonra ordan qonşunun həyətinə baxmağa başlayır ki, bir qızı başı açıq həyətdə əl-üzünü yuduğu halda müşahidə edir. Bir baxışla qızın məhəbbəti ürəyində yer edir. Axır bu eşqin qarşısında aciz qalıb onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
— Nə işin var?
Azançı cavab verir:
— Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:

Ardı

Salam!

Rəsulu-Əkrəm(s.a.a) in yoldaşı Aişə, Rəsulu Əkrəm(s.a.a) in hüzurunda oturmuşdu ki,
Yəhudi bir adam içəri girdi. Girdiyi anda Salamun əleykum yerinə
— Əssəmi əleykum — yəni, ölüm üzərinizə olsun-dedi.

Ardı

İslam ədaləti

İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər.

Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi:

Ardı

Allahın əmrinə təslim olan ana

İlk xanımı Həz. Saradan övladı olmayan Həz. İbrahim (ə.s.) daha sonra Həz. Həcərlə evlənmişdi. Həz. Həcər anamız Həz. İsmayılı dünyaya gətirmişdi. Həz. Sara anamız buna çox sevinmişdi, ancaq gün keçdikcə qadınlıq hisslərinə hakim ola bilməmiş və qısqanmağa başlamışdı. Ağlı bu yersiz qısqanclığa qarşı çıxsa da, hissləri onu bir an sakit buraxmamışdı.
Bütün bunlar olarkən Həz. İbrahim (ə.s.) İlahi əmrlə Həcər anamızı və ana südündən kəsilməmiş olan oğlu Həz. İsmayılı da götürüb yola çıxmışdı. Uzun bir yol getdikdən sonra, nəhayət, Məkkəyə çatmışdılar. O vaxtlar Məkkə qupquru dağlar və yalın qayalıqlarla əhatələnmiş, qəlbləri ürpərdən, ot bitməyən, karvan keçməyən bir ərazi idi.

Ardı

Qara üzüm salxımı

   İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
   Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " — deyə öz-özünə dua edərmiş.

Ardı

Müsəlman çinli


Çinin müxtəlif bölgələrindən on nəfər İstanbula gəlir. Bu on nəfər sıravi insanlar deyildi.
Bunların ortaq xüsusiyyətləri yeni Müsəlman olmalarıdır. Ümrə üçün İstanbul üzərindən Ərəbistana gedəcəkdilər. Hamısı da yeni Müsəlman olmuş. Kimi iyirmi gün əvvəl, kimi bir ay, kimi isə iki ay əvvəl Müsəlman olmuşdu. Nə kifayət qədər İslami məlumatları vardı, nə də edəcəkləri ümrə ilə əlaqədar bir məlumatları.

Ardı

Oyuncaq

Bəzən yay gecələrində evlərinə gedərdim. Həyətlətinə baxan geniş eyvanında oturur və gec saatlara qədər söhbət edirdik. O gecə onlara onlara gedəndə yenə eyvanda oturmuşdu. Məni görən kimi zarafatla:
— Hardasan, dostum? Üzünü görən hacı olacaq, — dedi.
Mən də zarafatla:
— Elə hacı olasan deyə gec — gec gəlirəm, — dedim.


Ardı

Yaşlı adam və iki qadın

Həzrəti İbrahim ( ə.s.) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla baş çəkmək üçün Məkkəyə getməyə qərar verdi. Məkkədə yaşayan Həzrəti İsmayıl ( ə.s. ) oranın camaatı tərəfindən çox sevilirdi. Həzrəti İbrahim Məkkəyə gələndə rastına çıxan ilk adamdan oğlunun evini soruşdu. Adam evin yerini dedi. Həzrəti İbrahim adamın dediyi evə çatdı, qapını döydü, içəridən qaşqabaqlı bir xanım çıxdı. Bu xanım Həzrəti İsmayılın həyat yoldaşı idi. Ancaq çox yolagetməz bir insandı. O, əsla Həzrəti İsmayıla layiq bir xanım deyildi. Həzrəti İsmayıl həyat yoldaşının yaxşı insan olması üçün səbrlə çalışmış, amma bir nəticəsi olmamışdı. Qozbeli qəbir düzəldər. Həzrəti İsmayılın da səbr etməkdən başqa əlacı yox idi.

Ardı

Heç olmasa hansı tərəfdə olduğum aydın olar

Nəmrud İbrahim peyğəmbərin odda yandırılması ilə bağlı əmri verdikdən sonra meydana odunlardan böyük bir yığın yığılıbmış. Odunları yandırıblar. Alovlar o qədər yüksəlib ki buludlara çatacağından qorxan uşaqlar və  heyvanlar ordan qaçıb. Əsgərlər İbrahim Peyğəmbəri atəşin düz ortasına atacaqdılar ki, Nəmrud'un nə güclü bir kral olduğunu hərkəs görsün.

Bu arada bir qarışqa ağzında kiçik bir damla su ilə qaça qaça gedirdi. Həm də boyu göylərə çatan cəhənnəm oduna doğru. Başqa bir qarışqa onun bu tələsməyini görüb soruşur: " Hara tələsirsən belə? "

Ardı