Qismətdən artığı yoxdur...

Gəncin biri Kəbədə həmişə, "ey doğruların köməkçisi olan Allahım,
ey haramdan çəkinənlərin köməkçisi olan Allahım, sənə həmdi səna edərəm"- deyə dua edər.
Bu vəziyyət hər kəsin diqqətini çəkər.biri, niyə həmişə eyni duanı edirsən, başqa bir şey bilmirsənmi?-deyər.
o da başlayar izah etməyə:
7-8 il əvvəl yenə Kəbədə ikən içi qızılla dolu bir torba tapdım.Düz 1000 qızıl var idi. içimdən bir səs bu qızıllarla, bunları- bunları edərsən deyirdi. Yox dedim öz özümə, bu mənim deyil, başqasının malıdır, istifadə etməyim haram olar dedim.
Elə bu zaman biri, "belə bir torba tapan varmı?"- deyə bağırırdı.
Çagırdım onu, necə bir torba idi, içində nə var idi deyə soruşdum.
Torbanı təsvir etdi və içində 1000 qızıl var idi dedi. Götür elə isə torbanı deyərək verdim. Adam torbanı açıb içindən mənə 30 qızıl verdi.
Bazara getdim. Təmiz üzlü gənc bir əsiri tərifləyərək satırdılar. Gəncin saflığı diqqətimi
çəkdi. Yanlarına getdim, bu kölə üçün nə istəyirsiniz dedim. 30 qızıl dedilər.
Adamdan aldığım 30 qızılı verib gənci satın aldım. Bir iki il keçdi.
Gənc çox çalışqan, çox ədəbli idi, onu aldığımdan çox razı qalmışdım.
Bir gün onunla gedərkən qarşıdan iki- üç kişi gəlirdi.
gənc mənə dedi ki,
-əfəndim, mən fas əmirinin oğluyam. Bu gələnlər atamın adamlarıdır,
məni tapdılar. Səndən məni satın almaq istəyirlər. Sən yaxşı bir insansan, onlara 30 min qızıldan aşağıya satma dedi. Həmin kişiler yanıma gəldi, bu əsiri bizə satarsanmı dedilər. Sataram dedim. 60 qızıl verək dedilər, olmaz dedim. Yaxşı axı sən bunu 30 qızıla almamışdınmı? biz sənə iki mislini veririk dedilər. Elə isə gedin bazardan alın dedim. Artıra-artıra 20 min qızıla qədər çıxdılar. 30 mindən aşaği olmaz dedim. Çarəsiz qəbul etdilər,qızılları verib, gənci götürüb getdilər. Mən o 30 min qızılla işyerləri açdım, ticarət etdim, daha çox zəngin oldum. Bir gün mənə dostlarım, "çox zəngin bir ailənin yaxşı bir qızı
var, atası yeni vəfat edib. Onunla səni evləndirək" dedilər. Mən də "olar" dedim. Nigah edildi. Dəvə ilə cehizini gətirdilər, cehiz arasında bir torba diqqətimi çəkdi. Qıza, "bu nədir" dedim. İçinde 970 qızıl var, atam kəbədə bunu itirmiş, tapan gəncə 30-unu vermişdi, qalanını da mənə hədiyyə etdi, cehizinə qoyarsan dedi".
Deməli tapdığım qızıllar mənim ruzum imiş, verməsəydim haram yoldan gələcək idi, indi halal yoldan yenə mənə gəldi. Ona görə də, Mənə kömək edib haramlardan qoruyan, bu qədər nemətlər lütf edən uca Rəbbimə hər zaman həmd edirəm.

loading...
 

2 şərh

Rene
Bu hekayə Hz Əli (r.a.) haqqında eşitdiyim bir hadisəni yadıma saldı. Yadımda qaldığı kimi danışacam, səhv etmiş olsam Allah məni bağışlasın..
Bir gün Hz Əli (r.a.) məscidə girərkən dəvəsini bir nəfərə əmanət edir. Adam nəfsinə uyur, əvvəlcə dəvəni oğurlamaq istəyir, sonra utanır və ancaq dəvənin yəhərini götürüb aradan çıxır. Hz Əli (r.a.) məsciddən çıxır və olanları görür, yanındakılara deyir ki: mən o yəhəri o adama əmanətə baxdığı üçün hədiyyə edəcəkdim. Halal yolla alacaqkən səbr etmədiyi üçün haram yolla qazandı...
Allah (c.c.) bizləri səbrli olub hər şeyin ən gözəlini halal yolla qazananlardan etsin inşa Allah!!!
aydanrehimova
Allah her seyden evvel sebr versin bize cunki butun gozellikler sebirler qazanilir…