İslam ədaləti

İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər.

Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi:

- Sizə belə bir təklifim var. Gedin İslam ədalətinin tətbiq edildiyi ölkəmi gəzin. Müsəlman hakimlərini və müsəlman xalqımın şikayətlərinə necə baxmasını dinləyin. Bizdə özünüzdəki kimi ədalətsizlik və zülm görsəniz, dərhal gəlib mənə bildirin və verdiyiniz qərara görə tənhalığa çəkilib küsməkdə haqlı olduğunuzu isbat edin.

Fatehin bu təklifi keşişlərə çox maraqlı gəldi. Dərhal padşahın icazəsi ilə müsəlman diyarları gəzmək üçün səyahətə çıxdılar. İlk getdikləri yer Bursa idi. Bursada belə bir hadisə ilə qarşılaşdılar:

Bir müsəlman bir yəhudidən at satın alır, lakin sağlam adı ilə satılan at xəstə çıxır. Müsəlman axıra gətirdiyi atın xəstə olduğunu ilk gecədən başa düşür. Səbirsizliklə səhəri gözləyir, səhər olanda da atı götürüb Bursa qazısının yanına gedir. Lakin qazı o saatda işinə gəlməmişdi. Bir müddət gözləyir. Qazının gəlmədiyini görən müsəlman atı da götürüb geri - axıra aparır. At həmin gecə ölür.

Hadisəni öyrənən qazı müsəlmanı çağırıb işi belə həll edir:

- Siz yanıma gələndə mən işimin başında olsa idim, sağlam adı ilə satılan atı geri qaytarıb pulunuzu alardım. Lakin mən vaxtında işimin başında olmadığıma görə, hadisənin belə baş verməsinə səbəb oldum, atın ölümündən gələn ziyanı mən ödəməliyəm, - deyib atın pulunu müsəlmana verir.

İslam ədalətinin bu qədər həssas olduğunu görən keşişlərin ağzı açıq qalır və bir insanın ziyanı tərəddüdsüz öz cibindən ödəməsinə heyran olurlar. Məhkəmədən çıxan keşişlər İznikə yola düşürlər. Onlar orada da belə bir məhkəmə işi ilə qarşılaşırlar:

Bir müsəlman digər bir müsəlmandan tarla satın alıb əkin vaxtı oranı şumlamağa başlayır. Cütlə şumlayan cütçünün cütünə bir küp qızıl ilişir. Həmin müsəlman tərəddüd etmədən qızılı aparıb tarlanın əvvəlki sahibinə vermək istəyir:

- Qardaş, mən səndən tarlanın üstünü satın aldım, altını deyil. Əgər sən tarlanın içində bu qədər qızıl olduğunu bilsə idin, hər halda bu qiymətə satmazdın. Al bu qızılları, - deyir.
Tarlanın ilk sahibi isə başqa cür düşünürmüş. O da belə deyir:

- Qardaş, sən düz fikirləşmirsən, mən sənə tarlanı olduğu kimi, daşı ilə, torpağı ilə birlikdə satdım. İçini də, çölünü də sənə satdığıma görə bu qızılları səndən almağa heç bir haqqım yoxdur. Bu qızıllar sənindir, istədiyini elə.

Tarlanı satanla alan bir qərara gələ bilməyincə məsələ qazıya, məhkəməyə çatdırılır. Hər iki tərəf də qazının hüzurunda öz sözünü deyir. Qazı hər ikisindən də övladı olub - olmadığını soruşur. Onlardan birinin qızı, birinin də oğlu olduğunu öyrənir və onları nikahlayaraq qızılları yeni ailəyə cehizlik verir.

Bu gördüklərindən sonra keşişlər artıq səyahətə ehtiyac qalmadığını anlayıb İstanbula - Fatehin hüzuruna gəldilər və şahid olduqları iki hadisəni danışıb belə dedilər:

- Biz başa düşdük ki, bu qədər ədalət və insanların haqqına hörmət ancaq İslam dinində mövcuddur. Belə bir dinin mənsubları başqa dindən olanlara belə pislik etməzlər. Başqa sözlə, biz zindana dönməkdən vaz keçdik, sizin rəhbərliyiniz altında heç kəsin zülmə məruz qalmayacağına inanırıq.
 

5 şərh

Aysel218
tesekkurler..cox maraqli idi
MaksiMuS
Hekayede neql olunan hekayeler inandirici gelmese de topik maraqli ve ibretli idi.Islam dini heqiqeten insanliq ucun Haqq,edalet,halalliq anlayiw ve teleblerini ireli surub.Emeye hörmet twk.+
Aysel218
Esas insan olmaqdir..:)