İslamda iman əsasları

Allaha iman, Mələklərə iman, Kitablara iman, Peyğəmbərlərə iman, Axirətə iman, Qəza və Qədərə iman 
Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqərə 177) 
Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq. 
(Əl-Qəmər 49) 

İhsan:
Bir rüknü var. O da budur: Allah elə ibadət edməlisən ki, sanki sən onu görürsən, əgər onu görmürsənsə bil ki, o səni görür. Buna dəlil Allahın bu kəlamıdır: Həqiqətən, Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı iş görənlərlədir! (Ən-Nəhl 128) Və yenilməz qüvvət və mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür. Səcdə edənlər içində dolananda da. (Allah səni tək namaz qılanda da görür, camaatla bir yerdə qılanda da) (Əş-Şuəra 217-220) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. (Yunus 61) 

İnsanlar öləndən sonra diriləcəklər.
Buna dəlil Allahın bu kəlamıdır: Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. (Taha 55) başqa dəlil Allahın bu kəlamıdır: Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır. (Nuh 17,18)

Dirilişdən sonra insanlar əməllərinə görə hesaba çəkilib onların əvəzlərini alacaqlar.
Buna dəlil Allahın bu kəlamıdır: Göylərdə nə varsa, yerdə nə varsa, hamısı Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır. (Ən-Nəcm 31) və başqa dəlil Kafir olanlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edərlər. De ki :"Bəli Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır" (Əttəğabin 7) 

islam dininin əsaslarıAllah bütün Rəsulları müjdəçilər və çəkindirənlər kimi göndərib
Buna dəlil Allahın bu kəlamıdır: Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Ənnisə 165) Onların birincisi Nuh (ə.s)-dır. Sonuncusu Məhəmməd (s.ə.s) - dir. O Peyğəmbərlərin sonuncusudur. Nuh (ə.s)-ın rəulların birincisi olmasına dəlil Allahın bu kəlamıdır: Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik.(Ənnisə 163)

Allah Nuhdan (ə.s) Məhəmmədə (s.ə.s) qədər hər bir ümmətə tək Allaha ibadət etməyi əmr edən, tağuta ibadət etməkdən çəkndirən rəsullar göndərib. Buna dəlil Allahın bu kəlamıdır: Biz hər ümmətə «Allaha ibadət edin, Tağutdan çəkinin¿ deyə peyğəmbər göndərmişdir. (Ən-Nəhl 36) Allah bütün qullarına tağutu inkar etməyi və Allaha iman etməyi vacib buyurub. İbn Qeyyim (r.a) deyib : «Tağutun mənası: Qulun ibadətdə, tabelilikdə və itaətdə həddini aşması deməkdir. ¿ Tağutlar çoxdur. Başlıcası beşdir: Allahın lənəti üzərinə olan iblis, onun razı olduğu şəkildə ona ibadət olunanlar, insanları özünə ibadət etməyə çağıran, qeyb elmindən bir şey bildiyin iddia edən və Allahın əmr etdiyindən xaric bir şeylə hökm etmək. Buna dəlil Allahın bu kəlamıdır : Dində məcburiyyət (zorakalıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs Şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir. (Bəqərə 256) 
Allah bizim millətimizə hidayət versin və bizi İslam dinində sabit etsin! Amin!

Məqaləni Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Musayev Cavid hazırladı
 

0 şərh