Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 89 topik

Mikat

Əlini qolunu yelləyərək beləcə Hərəm bölgəsinə girə bilməzsən. Hələ Adəm olmadın, halbuki adam olmağın əvvəl Adəm olmağından başlayır. Möhtərəm qılınmış bir torpağın sərhədindəsən. Bu sərhədlərə mikat deyilir. Unutma ki, bu sərhədlər, mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən təyin olunmuşdur. Mikatı məhşərin sərhədi də saya bilərsən. Yola hansı texniki vasitə ilə çıxarsansa çıx, hökmən sənə ən yaxın mikatta məhşər paltarını geyinməlisən. 

Qadınsansa, hərəm bölgəylə kişidən daha harmoniksən. Çünki qadın da eynilə bu bölgə kimi «hərəm»dir, «məhrəm»dir. Yəni toxunulmazlığı vardır, «möhtərəm»dir. Belə ki, əlini və üzünü mütləq açmalı, özünü tanıtmalısan. Yüzün nə qiyməti var, maskaların bir-bir düşdüyü bir məhşərə gedirsən. 
Paltarın sadə olmalı, kəfəni xatırlatmalıdır. Bəzəkdən və zinətdən uzaq dayanmalısan. Unutma ki, bədənin arxa plana keçirildiyi, ruhun önə çıxarıldığı bir məhşərdəsən. Və yenə xatırla ki, ruhun cinsiyyəti yoxdur.

Ardı →

Həcc

Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır. Həcc üçün deyilən klassik təriflərdə «gedə bilmə imkanı» vurğulanaraq, bunda məqsədin maddi imkan olduğu açıqlanır. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən «ona bir yol tapa bilən» ya da «ona yol tapmağa gücü çatan» cümləsindəki səbil [«yol»] da, yalnız maddi imkana reduksiya edilməməlidir. 
Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmə imkanları yaranır və arzu etdikləri üçün bu ibadəti asanlıqla icra edə biləcəkləri fürsətlər meydana çıxır. Bu günə qədər olunan klassik həcc tərifləri, belə fürsətləri inkar edən və iqtisadi baxımdan zəngin hesab olunan insanlara xitab edən iqtisadi təriflərdir. Maddiyyatı ön plana çıxaran bu tərifə rəğmən Müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda və israr etməkdədirlər.
Ardı →

Şüur və İbadət

İnsanın, insanlığın və təbiətin xüsusiyyətini pozan müasir ağılsızlığa qarşı, iman mərkəzli yeni bir həyatın inşası zəruridir. Bu zərurət yalnız Ümməti Məhəmmədin xilası üçün deyil, insanlığın və hətta təbiətin və exo sistemin salamatlığı üçün də keçərlidir.

İnsanüzlü bir həyatın yenidən inşası üçün yeni bir cəmiyyətin inşası şərtdir. İnşa ediləcək bu yeni cəmiyyətin vəzifəsi yer üzündə tövhid və ədaləti yenidən təsis etmək olacaq. Bu keyfiyyətdə olacaq bir cəmiyyətin ən böyük xüsusiyyəti digər cəmiyyətlərə analıq edə biləcək ləyaqətdə olmasıdır. Quran, məhz bu cəmiyyətə "ümmət" adını verir. Ümmət, yəni kəlmə mənası ilə «ana cəmiyyət». İnsanlığa ana kimi yar olan, onları şəfqət və mərhəmətlə qucaqlayıb səadətə çağıran, bir xoşbəxtlik simvolu kimi ürək — ürək insanlığa hüzur daşıyan, onlara azadlığın və ədalətin həqiqi qapısını göstərən bir cəmiyyət. Qula qulluğu yox edib Allaha qulluğa çağıran, insanlığın dəyişməz dəyərlərinin o biri adı olan İslam ilə məxluqatın şərəf siyahısında ilk sırada olan insanı görüşdürən bir cəmiyyət.

Ardı →

Həcc Risaləsi I Təqdim

Həcc, bir sözlə möhtəşəm ibadət! Ehtişamı (Cəlal, möhtəşəmlik, əzəmət), mənasında deyil, mahiyyətindədir, yəni daşıdığı ruh və saxladığı potensialda gizlidir. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu insanlıq üçün bir «bası ba'dəl — məvt» [yenidən diriliş] müjdəsi olacaq. 
Həcc, Quranın dili ilə, «Allahın simvollarından» [min şə'airillah] ibarət olan bir ibadətdir. Hər kəs bilir ki, hər simvolun simvollaşdırdığı bir həqiqət var. Daşıdığı həqiqətləri bir tərəfə buraxıb simvollara sarılmaq, əvvəlcə insanı öldürüb sonra cəsədinə sarılmağa bənzəyir. Bax, həcc ibadətini möhtəşəm edən ruh və potensial dedikdə bunu nəzərdə tuturduq. Yaxın zamanlara qədər həccə dəvəylə, atla gedərlərmiş. İndi avtomobillərlə gedirlər. Ərafata dəvəylə çıxarmışlar. Müzdəlifəyə, Minaya dəvəylə gedərmişlər. Ərafata, Müzdəlifəyə, Minaya gedən dəvə ya avtomobillə, onlara minən insan arasındakı fərq şüur fərqidir. Ona görədir ki, dəvə və avtomobil hacı olmur, nəyi nə üçün etdiyini dərk edən insan hacı olur.
Ardı →

Zilhiccə ayı

Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s.a.s) Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur buyurunca orada olanlar; Ya Peyğəmbər (s.a.s) Allah yolunda edilən cihad da Zülhiccədə edilən ibadətdən daha sevimlimidir? dedilər. Peyğəmbər (s.a.s) bəli cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir buyurdu. (Təcrid, III, 188) 
Zilhiccənin səkkizinci gününə «tərviyyə günü», doqquzuncu gününə "Ərəfə günü" Qurban bayramı gününə ( onuncu gününə) «Nəhr günü» ondan sonrakı üç günə də «Təşriq günləri deyilmişdir. 

Ardı →

Həcc ərkanı

Həsrətlə gözlənilən Həcc ziyarətinin başlanmasına barmaqla sayılacaq günlər qalıb. Ziyarətçilər bu məsuliyyətli ibadətin həyəcanını lap dərindən hiss edir və səfər üçun yol hazırlıqları ərəfəsindədirlər. Lakin gəlin Ömərin oğlu Abdullahın (r.a) bir sözünü yada salaq: «Yola çıxanlar çoxdur, Həcc edənlər isə azdır.» 

Allah təala Öz lütfündən bəxş edib kimlərəsə Həcc ziyarətini nəsib etmiş, kimlər isə çalışsalar da getmək nəsib olmamışdır. Uca Rəbbimiz Ona yaxınlaşmaq, ibadət və itaət yoluna çıxmağı kiməsə nəsib edibsə, onu həm sevir həm də imtahan edir. Kimsə bu sevgiyə uyğun layiqincə hərəkət edir, Uca Rəbbinə yaxınlaşmaq üçün ən uyğun üslublardan istifadə edir, kimlərsə bu sevginin və mərhəmətin qədrini bilməyərək imtahandan keçə bilmirlər. 

Ardı →

Ərafa Günü

Zilhiccə Qəməri ayının doqquzuncu günü. Yəni Qurban bayramından bir öncəki gün deməkdir. Bu gündə Zəvvarlar Ərafat dağına çıxacaqlar. Zəvvarların buradakı duruşlarına Vəqfa (Ərəfatda, Ərafa günü, günəşin çıxışından, Qurban bayramı sabahı şəfəq sökülüncəyə qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir) adı verilir. Peyğəmbərin (s.a.s) Ərafa günü haqqında belə dediyi nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Allah Tala Ərafa günü vəqfa edənlərə yaxınlaşar. Sonra onları mələklərə göstərərək fərəhlə soruşar; bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar deyər. (Müslim, Həcc 1348).
Ardı →

Həcc mövsümü bir məktəbdir I Üçüncü hissə

Tövhid kəliməsini açıqdan demək, əqidənin dəlillərindəndir

Həccə gedən müsəlman bu səfərdən və ibadətdən ən üstün dərs ala bilərsə, o da Allaha ixlasdır. Müsəlman bu səfərdə öyrənir ki, bütün ibadətlərə ixlasla Allah üçün olmalıdir, Ona şərik qoşulmamalıdır. Həcc edən şəxs həccə başlayarkən ilk işlətdiyi kəlimələr də bunu göstərir hansı ki: «Ləbbeyk Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən-ni'mətə ləkə vəl mulku lə şərikə lək» (Əmrinə tabeyəm Allahım əmrinə tabeyəm, əmrinə tabeyəm Sənin şərikin yoxdur əmrinə tabeyəm, həmd, ne'mət və mülk hamısı Sənindir, Sənin şərikin yoxdur)

Müsəlman bu sözləri ucadan deyir və eyni zamanda bu sözlərin mə'nasını dərk edir, Allahın varlığını və təkliyini təsdiq edir, şəhadət gətirir. Necəki ne'mət Allahın əlindədir və hər şeyi verən yalnız Allahu Təaladır, eləcə də yalnız ibadətə layiq olan varlıq və şəriki olmayan hər şeyin sahibi Allahdır. Bütün ibadətlər yalnız Ona olmalıdır, Ondan başqasına tapınmaq olmaz. 

Ardı →

Həcc mövsümü bir məktəbdir I İkinci hissə

Həccin faydası, mənfəəti, fəziləti haqqında bir çox dərslər və məqalələr var. Həccin fəziləti və ibadətlər arasında yeri xüsusidir və Allaha yaxınlaşmaq üçün ən uca ibadətlərdəndir. Həcc İslamın əsas şərtlərindəndir. Bununla bərabər Həccin çox əhəmiyyətli faydaları da vardır ki, bunları çoxlarımız bilmirik və insan bunlara çox vaxtı diqqət etmir. Allahu Təala buyurur ki: ((İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin! Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!)) (Əl-Həcc surəsi 27-29).  

Ardı →

Həcc mövsümü bir məktəbdir I Birinci hissə

Bismilləhir-Rəhmanir-Rəhim

Əziz və hörmətli müsəlmanlar! Həcc mövsümü yaxınlaşır və bə'zilərimiz bu ilki həcc mövsümündə İslamın 5 şərtindən birini yetirməyə çalışır. Bə'zilərimiz artıq həcc etmişik, bə'zilərimiz də hələ hazırlaşırıq gələcəkdə getməyə. Bu fərzi yerinə yetirməyə həqiqətən də böyük hazırlıq lazımdır. Həcc ömürdə bircə dəfə olur. Bu mübarək ibadəti düzgün yerinə yetirə bilməsək çox şeylər itirə bilərik.

Həcc mövsümü bir iman məktəbidir, bu məktəbə ömürdə bircə dəfə gedilir və mütləq bir şey öyrənilməlidir. Bu məktəbdən bir şey öyrənməmiş və ya fayda götürməmiş dönmək böyük ziyandır. 


Ardı →