Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

Həsəd

Mötəbər nəsslərdə haqqında əzab vədəsi verilmiş günahlardan biri də həsəddir. Həsəd bir şəxsə bir nemət, həm də ona layiq olan bir nemət verildikdə ondan məmnun olmamaq, onu istəməmək və o nemətin onun əlindən çıxmasını istəməkdir. Bu isə qəti dəlillərlə haramdır. Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir. Qəlbin çirkinliyidir, xəbislikdir.
“Şərayi” kitabının müəllifi Mühəqqiq Helli buyurur: “Həsəd etmək və möminlə düşmənçilik etmək günahdır. Onu təzahür etdirmək ədalətə ziddir. Yəni böyük günahdır”. Şəhid Sani də “Məsalik” kitabında yazır: “Həsəd və möminə qarşı düşmənçilik etmək bütün fəqihlərə görə haramdır. Bir çox rəvayətlərdə hər ikisi barəsində əzab vədəsi verilmişdir və hər ikisi böyük günahlardan hesab olunur.

Davamı →

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Hamımız sənət insanlarının möminlər tərəfindən lənətləndiyini bilirik. İslam dinində musiqinin, rəssamlığın, heykəltaraşlığın, teatr və kino sənətinin, bəzi hallarda ədəbiyyatın da haram buyurulduğu bildirilir.
Quranda bütün bunların açıq-aşkar haram olduğuna dair heç bir ayə yoxdur. Lakin müxtəlif ayələrin ümumi mənası özündə ehtiva edir ki, sənətin dinə, Allaha və onun peyğəmbərinə bağlı olmayan bütün növləri haramdır.
İslamda ən güvənilən hədis kitabı olan “Səhih-Buxari”də belə deyilir: “Rəsm çəkənlərə qiyamət günü əmr olunacaq ki, çəkdikləri rəsmə can versinlər. Əlbəttə, onlar öz rəsmlərinə can verə bilməyəcəklər və dəhşətli əzaba məruz qalacaqlar”.

Davamı →

Yəqinlik nurunun bir şüası

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Şaban ayı artıq daxil olmuşdur. Bu ayda Allah Təala insan üçün tövbə, bagışlanma diləmə, ruhi zənginlik əldə etmə üçün fövqəladə fürsətlər təqdim etmişdir.Bu nemətlərdən bəhrələnməyi Uca Allah bütün iman əhlinə qismət etsin, inşəallah!
Davamı →

İnsanın ən köklü qorxusunun həlli yolu

“Səhifeyi-Səccadiyyə”nin 5-ci duasında İmam Səccad (ə) özü və dostları haqqında dua edir. Bu duanın da özəlliyi özündə çox mühüm mövzuları lətif şəkildə saxlamaq və onu ən gözəl bəyan ilə çatdırmaqdadır.
“Başqalarından ayrılmaq qorxusunu özünə birləşməklə kifayət et ki, Sənin ehsan etməyini başqalarından istəməyək və Sənin bəxşişinlə heç kəsdən qorxmayaq”.
İnsanlar elə tərzdə xəlq edilib ki, mütləq şəkildə kiminsə yardımına ehtiyac duyar. Bəzən insanlar bu ehtiyacı o dərəcəyə çatdırarlar ki, mövcudiyyətlərini kənar mövzuların varlığına bağlayarlar. Təbii ki, bu durumda insanlar həmin şəxslərdən ayrılmaqlarını fəlakət və ya hər şeyin əldən çıxması kimi dəyərləndirər.

Davamı →

Ən yaxşısını, ən alisini necə əldə edək?

Bismilləhir-Rahmənir-Rahim!
“Əyyami-Fatimiyyə (s.ə)” günlərini yaşamaqdayıq. Bu günləri yaşamaq, anmaq zamanımızda xüsusən önəmli və əhəmiyyətlidir.
Xanım Zəhra (s.ə)…
İstər aləmlər üçün rəhmət olaraq göndərilmiş və yaranışın fəlsəfəsi olan bir mehriban atasının və izzət, alicənablıq rəmzi olan anasının hüzurunda ikən, istərsə Əmirəlmöminin Həzrət Əli (ə) kimi kamil insanın yoldaşlığını edərkən, istər Həsən (ə) kimi helm və səbir çeşməsini, Hüseyn (ə) kimi Aşura qəhramanını tərbiyələndirərkən və istərsə də Zeynəb (s.ə) kimi zalımlar sarayını öz gözəllik görən nurani və işıqlı baxışları ilə titrədən, atasının bir zinəti olan Aqiləyə (s.ə) müsəlman xanım nümunəsi estafetini ötürərkən — Həzrət Fatimeyi-Zəhranın (s.ə) dəyərlı və mübarək vücudu hər mənada canlı bir ibrət və dərsdir.
Davamı →

İmam Əlini (ə) Quran bizə belə tanıdır

Əmirəl-möminin (ə) kimi şəxsiyyəti tanımaq üçün doğru məlumatları ancaq hədislərdən və Qurandan ala bilərik.
Qurani-Kərim elə səma kitabıdır ki, hər bir müsəlman onun buyurduqlarını qəbul edir və inanırlar. Quranda İmam Əlinin (ə) məqam və fəzilətləri barəsində bir çox ayələr nazil olmuşdur. Onların cüzi hissəsinə diqqət edək. (Tebyan)
Davamı →

Elimizin bayramı olan Novruzun əməlləri

İmam Sadiq (ə) buyurur: “Novruz — elə bir gündür ki, Allah bəndələrindən əhd almışdır ki, ancaq tək olan Allaha pərəstiş edəcəklər. Ona şərik qoşmayacaqlar, rəsullara, İlahi hüccətlərə, İmamlara (ə) iman gətirəcəklər. Bu, o gündür ki, Nuhun (ə) gəmisi Cudi dağında oturmuşdu”. (Tebyan)
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Növruz — o gündür ki, İbrahim Xəlil (ə) bayram keçirmək üçün şəhərdən çıxmış millətin bütlərini sındırmışdı”.
Davamı →

Möminin niyyəti, onun əməlindən üstündür

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua — möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət — möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz — möminin nurudur”.
Davamı →

Pozitiv narahatlığın anatomiyası

Bismilləhir-Rahmənir-Rahim!
Allaha həmd olsun ki, bizlərə yaşamaq, dərk etmək, iradəyə malik olmaq kimi böyük nemətlər nəsib edib. Allahdan istəyimiz budur ki, gündəlik həyatımızda bu nemətlərin qədrini bilənlərdən olaq. Bugünkü bəhsimizdə önəmli bir mənəvi mövzuya – xeyirli aqibət mövzusuna toxunmaq istərdik. Əslində hər birimiz həyatında çox önəmli olan, hər birimizi narahat edən mövzulardan biridir. İnsanın bütün yaş dövrlərində, bütün yaş mərhələlərində onu ən çox düşündürən məsələlərdən biri budur ki, bu dünya həyatını başa vurduqdan sonra Allah hüzurunda, Allah qatında yekun durumu, yekun halı, aqibəti necə olacaq.

Davamı →

Həcc əməlinin hikmətləri və özəllikləri

Allah Təala müsəlmanların qibləsi kimi ən qədim məbəd olan Kəbə evini təyin etmiş və hər il onu ziyarət etmək üçün vacib əməl olan həcc əməlini və müstəhəb əməl olan ümrə əməlini müəyyən etmişdir.
Kəbə evi dünyada olan ilk məbəd olmuşdur ki, müasir zamana qədər də hörmət və müqəddəsliyi insanlar tərəfindən qorunur. Həcc elə beynəlxalq bir fenomendir ki, dünyanın hər yerindən olan müsəlmanları bir yerə toplayır, irq, dil və rəng fərqliliyinə baxmayaraq, hamıya eyni dəyər verir.
Davamı →