Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

İmanı çox olanın, həyası da çox olar

İman — möminin həyasıdır ki, Allah qorxusundan günah işlətməz və ondan çəkinər. İmam Sadiq (ə) buyurur: “O kəsin ki, həyası yoxdur — imanı yoxdur”.
İmam Səccad (ə) buyurur: “Sənin üzərində olan qüdrətinə görə Allahdan qorx, sənə yaxınlaşması üçün Ondan xəcalət çək”.
Xəcalət və həya İslam təlimlərində ən üstün insani sifətlərindən hesab edilir. Həyanın növləri vardır, onların bəzisi müsbət və dəyərli, bəziləri isə məzəmmət edilmişdir. Peyğəmbər (s) buyurur: “Həya iki növdür: bir növü zəif və o biri növü isə qüvvət və imandır”. Allahın bəyəndiyi həya növləri bunlardır: Allahdan həya etmək, insanlardan həya etmək, özündən həya etmək.
Davamı →

Qəbir əzabına səbəb olan əməlləri tanıyaq

Qəbir əzabı, insanın işlətdiyi günahlardan asılıdır. Onun miqdar və vaxtı da günahın səviyyəsindən asılıdır. Ona görə də ancaq kafirlərə və müşriklərə aid deyildir, bəzi hallarda möminlər də belə, qəbir əzabı görə bilirlər.Qəbir əzabı çəkən möminlər üçün bu cəza – pis əməllərinin kəffarəsi olur.
Davamı →

Mənəvi dalanlara dirənməmək üçün vasitə

Tez-tez insan həyatında çıxa bilməycəyini düşündüyü mənəvi dalanlara dirənir. İnsana elə gəlir ki, hər şey artıq dayanmışdır. Buradan sonrası yoxdur. Buradan o tərəf görünmür. Yoxdur və olması artıq mümkün deyil. Qapalıdır və qapanmışdır. Qalmaq üşün bir məna qalmamışdır. Nəfəsin kəsildiyi son həddir.
Amma doğrudanmı bu, belədir?
— Belə deyildir.
Qarşımızda sadəcə həllini gözləyən bir məsələ vardır və bu məsələ həyatımıza “Tövhid” anlayışının daxil olması ilə həllini tapacaqdır. Tövhid bizim həyatımızda ən əsas məsələdir. Bunu mütləq şəkildə qavramamız gərəkdir. İndi Tövhidin nə olduğuna aydınlıq gətirək.
Davamı →

Boşanmaq

Ailələr cəmiyyətin ana sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyət bir o qədər sağlam olar. Ailə iki nəfərin qurduğu bir müəssisədir. Ailə sağlam bir cəmiyyətin formalaşması üçün qoyulan bir kərpicdir. Necə ki, sağlam ailələrdən sağlam cəmiyyət formalaşır. Ailə kralların belə girə bilmədiyi bir qaladır. Ancaq çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bu ailə qalası yıxılmaqda, boşanmaların sayı sürətlə artmaqdadır.
Ailənin dağılmasını yalnız İslam deyil, bütün səmavi dinlər xoş qarşılamamışdır. Hətta kitab əhli sayılan xristianlara görə kişi həyat yoldaşını yalnız əxlaqsızlıq səbəiylə boşaya bilər.
Davamı →

Uçurumun kənari dünyada,sonu axirətdə

Təkəbbür və inadkarlığı ilə nəfsinə aldanıb uçurumdan yuvarlanan Əbu Cəhllərin olduğu kimi, Haqqa qulaq verib uçurumun kənarından zirvələrə qalxan, əbədi səadət səmasında ulduzlaşan Həzrət Ömərlərin olduğu bir dünya...
Bu uçurumun dibində “yanacağı insanlar və daşlar olan bir od...”
Və o oddan “özümüzü və ailəmizi qorumaq” məsuliyyətimiz...
Uçurumdan qurtulmaq üçün uzadılan bir ip və bir əl...
O ip Allahın kıtabı Qurani-Kərim və o əl Allah Rəsulunun əli. Qurani-Kərim uçurumun kənarında olanlara səslənir: “Hamınız birlikdə Allahın ipinə sarılın.” Sarılın ki, nicat tapasınız. Uçurumun dibində olanlara səslənir: “Allahın rəhmətindən ümid kəsməyin.” Rəsulullah əlini uzadır və uçurumun kənarında olanlara deyir ki: “Mənim  misalım ilə sizin misalınız, böyük bir ocaq qalayan kimsənin misalı kimidir.
Davamı →

Qəlblərimiz nə haldadır

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”.(ər-Rad, 28)
Aləmlərin Rəbbi olan Allaha şükürlər, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İnsan, haqqı olan qurtuluş istəklərinə biganə münasibəti ilə əbədi səadət sərmayəsini dünyanın  qəflət dəyirmanında üyüdərək heçə çıxartma təhlükəsi ilə qarşı-qarşıyadır. Bəs insan övladı onu gözləyən bu fəlakətin fərqindədirmi? İlahi muradın kainatı idarə edən rəhmət əsintilərinə qarşı etinasız olan, qəlbi əbədi həqiqətlərə qarşı buz bağlayan insan övladı, təbiidir ki, bu durumda çox acizdir.
Davamı →

Nə Uğrunda Yarışırıq?

Bu gün çağımızın insanlarında nə isə bir təlaş və yarış gözə çarpmaqdadır.Yolda, bazarda, metroda, avtobusda, bir sözlə hər yerdə insanlar elə bil harasa tələsir, sanki bir-biri ilə yarış halındadırlar.
Elmin, texnikanın sürətlə dəyişməsi və inkişafı sanki insanları da dəyişimə və sürətli yaşamağa sövq etməkdədir. Sanki onlar da mobil telefonları kimi, internet kimi sürətlə hərəkət etməyə can atırlar. Sürətlə yaşayır, sürətlə qocalır, sürətlə ölür, hətta sürətlə dəfn olunurlar. Bəşər övladı Yaradanından, dindən və mənəviyyatdan xəbərsiz, qəflət içində Uca yaradanın onlara bəxş etdiyi ömür sərmayəsini sürətlə başa vurmaqdadır. Bundan daha böyük ziyan ola bilməz.
Davamı →

Verdiklərinə şükür

Hər nemətin Allahdan gəldiyini bilərək Onun verdikləri müqabilində qulun həmd etməsi sayılan şükür əslində geniş mənalar ifadə edir. Şükrün yolu əvvəlcə Rəbbimizin bizə vermiş olduğu nemətləri görməkdən keçir. Ona görə də sözə nemətlərdən başlamaq yerində olar. Uca Rəbbimiz Qurani-Kərimdə “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”, — buyuraraq (İbrahim, 33) bizi təchiz etdiyi nemətlərin çoxluğuna diqqət çəkir. Dünyaya insan olaraq gəlmək Yaradanın bizə bir lütfü olduğu kimi saysız-hesabsız nemətlərin əhatəsində yaşamağımız da Onun ayrı bir ikramıdır. İnsanı insan edən, kamillik zirvəsinə yüksəldən bu nemətləri görüb dərk etməsi və Rəbbini tanımasıdır. Bizə verilən nemətləri kateqoriyalara ayırmalı olsaq, maddi və mənəvi nemətlər başlığı altında cəmləşdirə bilərik.
Davamı →

Müqəddəs əmanətlərimiz və toxunulmaz dəyərlərimiz

Son, kamil və cahanşümul bir din, mədəniyyət və həyat sistemi olan İslam dini uca yaradıcımız Allah-Təalaya,onun nazil etdiyi müqəddəs kitabımız Qurani-Kərimə və bu ilahi vəhyin insanlara çatdırılması üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrət Məhəmmədin sünnəsinə əsaslanır. Bu iki qaynaq həyatın bütün sahələrində bəşəriyyət üçün yol göstərici və hidayət rəhbəri, güc mənbəyi olmuşdur. Qurani-Kərim və Rəsulullahın sünnəsi bir-birini tamamlayan bütündür və bir bütün olaraq ələ alınmalıdır.
Davamı →

Qibtənin, həsədin və həsrətin fərqi nədədir?

Qibtə, həsəd və həsrət insana aid olan sifətlərdir ki, onların bəzi günah hesab olunur? Bəs hansı?
Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala doğru hərəkət etməsinə təkan verər.

Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir.

Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər.
Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin.
Davamı →