Fəqərələr arası disklərin yırtıqlarının inkişafı

Onurğa sütunu fəqərələrdən ibarətdir. Fəqərələrin arasında disklər yerləşir ki, onların əsas vəzifəsi amortizasiyadır.

Bu o deməkdir ki, onurğa sütunu müxtəlif gərginliklərə məruz qaldıqda (idman, fiziki iş və s. zamanı) disklər bu gərginliyi azaldır, fəqərələrin birinə sürtülməsinin qarşısını alır.

Fəqərələr arası disklər qığırdaqdan ibarət olan fibroz halqadan və strukturuna görə jele xatırladan pulpoz nüvədən ibarətdir. Bəzən travmalar, bəzi xəstəliklər, yaşla bağlı olan dəyişikliklər nəticəsində fibroz halqada mikroçatlar yaranır. Nəticədə həm fibroz halqa, həm də pulpoz nüvə öz yerini dəyişir, fəqərələrin arasından çıxmağa başlayır.

Bu isə onurğa sütunu beyindən çıxan sinirləri sıxır və insan ağrı hiss etməyə başlayır. Əgər insan xəstəliyin bu mərhələsində həkimlərə müraciət edərsə, pozulma tez aradan qaldırılaca. Daha gecikmiş mərhələlərdə isə müalicə daha çətin və uzunmüddətli olur, həkimlər cərrahi müalicəsinə müraciət etməli olurlar.

Patoloji proses inkişaf etdikcə fibroz disk yırtılır və pulpoz nüvə disklərin arasından çıxır. Bu zaman insan güclü ağrı hiss edir, ətrafın hərəkətliliyi pozulur. Bu fəqərələr arası diskin yırtığıdır. Bu çox ciddi, çətin müalicə olunan və xəstəyə böyük istirablar gətirən pozulmadır. Bir çox hallarda bu zaman cərrahi müalicə istifadə olunur.

Yırtıqlar daha tez-tez onurğa sütunu bel hissəsində (4-cü və 5-ci disklərdə) inkişaf edir. Buna səbəb bu nahiyənin daha tez-tez və daha güclü gərginliklərə məruz qalmasıdır.

 

saglamolun.az 

0 şərh