Рейтинг
+21.87

istinad-hərəkət apparatı

21 üzv, 37 topik

Uşağınızın beli ağıryırsa...


Uşaqlarda bel ağrısına nadir rastlandığı deyilsə də, sorğular bunun 30 faizə qalxdığını göstərir. Uşaqlarda rastlanan bel-kürək ağrıları əsasən ağır məktəb çantaları daşımaq, kompüter qarşısında uzun müddət düzgün olmayan vəziyyətdə oturmaq və ya idman edərkən bədəni gücə salmaq kimi sadə hərəkətlərdən qaynaqlanır. Buna görə valideynlər uşaqlarında yaşanan bel ağrılarının səbəblərini adi hesab edib, çox əhəmiyyət vermirlər. Ancaq 4 yaşdan aşağı uşaqlarda rastlanan bel-kürək ağrılarının altında şiş, revmatizm və infeksiyalar kimi ciddi təhlükələr yata bilər.

4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir.
Davamı →

Kral duruşu: onurğa sütununu düzəldən sadə məşq

Onurğa sütununun əyriliyi son illərdə olduqca geniş yayılmış haldır. Bu problemi həm idman məşqləri, həm də tibbi yollarla bərpa etmək mümkündür.

İdman sayəsində onurğa sütununda yaranmış xoşagəlməz ağrılardan qısa müddətdə xilas ola və nəhayət ideal qamətə sahib ola bilərsiniz. Bu, xüsusilə oturaq həyat tərzi yaşayanlar və ya ofisdə xeyli vaxt kompüter qarşısında oturan insanlar üçün aktualdır.

Çıxış vəziyyəti
Qarnı üstə dümdüz uzanın və alnınızı yerə qoyun. Əllərinizi ombalara doğru sıxın. Dirsəkləri düz saxlayın, ayaqları bir-birinə yapışdırın.

Nəfəs verin
Əllərin və ayaqların vəziyyətini dəyişməmək şərti ilə əvvəlcə başınızı, ardıcıl olaraq sinəni yuxarı qaldırın.
Davamı →

Dizlərdə ağrıların səbəbləri


Diz oynağı daim yükləmələrə məruz qalır. Gün ərzində biz daim otururuq, qalxırıq, əyilirik, hər hansı əşyaları qaldırırıq və daşıyırıq və s.
 
Diz oynaqları həmçinin tez-tez müxtəlif travmalara və soyuqlamalara məruz qalır. Nəticədə diz oynaqlarında hər hansı pozulma və ya xəstəlik inkişaf edə bilər ki, bunun nəticəsində biz dizlərimizdə ağrılar  hiss etməyə başlayırır.
Davamı →

Osteoxondroz və onun müalicəsi

Hal hazırda insanların, demək olar, əksəriyyətində bu pozulmanı müxtəlif formalarda aşkar etmək mümkündür.

Xalq arasında buna «duzların yığılması» deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur.

Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdan amortizasiya funksiyasını yerinə yetirir — qığırdaq fəqərələrə bir birini saxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Belə ki, boyun osteoxondrozu zamanı xəstədə bu kimi simptomlar müşahidə olunur: baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi.


Ardı →

Fəqərələr arası disklərin yırtıqlarının inkişafı

Onurğa sütunu fəqərələrdən ibarətdir. Fəqərələrin arasında disklər yerləşir ki, onların əsas vəzifəsi amortizasiyadır.

Bu o deməkdir ki, onurğa sütunu müxtəlif gərginliklərə məruz qaldıqda (idman, fiziki iş və s. zamanı) disklər bu gərginliyi azaldır, fəqərələrin birinə sürtülməsinin qarşısını alır.

Fəqərələr arası disklər qığırdaqdan ibarət olan fibroz halqadan və strukturuna görə jele xatırladan pulpoz nüvədən ibarətdir. Bəzən travmalar, bəzi xəstəliklər, yaşla bağlı olan dəyişikliklər nəticəsində fibroz halqada mikroçatlar yaranır. Nəticədə həm fibroz halqa, həm də pulpoz nüvə öz yerini dəyişir, fəqərələrin arasından çıxmağa başlayır.

Bu isə onurğa sütunu beyindən çıxan sinirləri sıxır və insan ağrı hiss etməyə başlayır. Əgər insan xəstəliyin bu mərhələsində həkimlərə müraciət edərsə, pozulma tez aradan qaldırılaca. Daha gecikmiş mərhələlərdə isə müalicə daha çətin və uzunmüddətli olur, həkimlər cərrahi müalicəsinə müraciət etməli olurlar.


Ardı →

Osteoporozun profilaktikası

- Bədən çəkisinin aşağı olması (bədən kütləsi indeksinin 20 kq/m-dən az olması) osteoporoz üçün ciddi risk faktoru hesab olunur. Ona görə də hal-hazırda qadınlar arasında arıqlamaq dəbi onların sümük sistemi üçün çox təhlükəli hesab olunur.

Çünki hazırda bu məqsədlə tətbiq edilən, demək olar, heç bir pəhriz proqramı orqanizmin müvafiq maddələrlə tam şəkildə təmin edilməsinə imkan vermir. Qadın bu pəhrizdə uzun müddət qaldıqda isə bu daha təhlükəli hesab edilir.

Bədən kütləsi indeksinin (BKİ) müəyyən edilməsi üçün belə bir formuldan istifadə edilir:

Çəkinizi kiloqramla (kq) ifadə olunmaqla cəkin və qeyd edin. 
Boyunuzu metrlə (m) ifadə olunmaqla ölçün və qeyd edin. 
Bədən kütləsi indeksinin (BKİ) müəyyən etmək üçün kiloqramla (kq) ifadə olunmuş çəkini metrin kvadratı (m2) ilə ifadə olunmuş boyun ölçüsünə bölmək lazımdır:


Ardı →

Boyun osteoxondrozu

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir — məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir...

Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.
Ardı →

Osteoxondroz nədir?

ОстеохондрозOsteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur.

Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə — kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir.

Həkimlər təəssüflə qeyd edirlər ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər – xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur.

Bəli, insanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.


Ardı →

Uşaqlarda onurğa sütununun əyrilikləri

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.

Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyiaşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə — “sağlam onurğa — sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.


Ardı →

Uşaqlarda yastıpəncəlik

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?

Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.

uşaqlarda yastıpəncəlik


Ardı →