“Azərbaycanlılar yer üzündə artıq millətdir”

Düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur

 Araşdırma məlumatlarına görə, məxfi qaydada 1949-cu ildə Vaşinqtonda “İmmuniteti zəif olan millətlər və xalqlar haqqında” dinləmələri təşkil edən “Bermud konfransı” baş tutdu (şübhəsiz, bu şərti bir ad idi).

Bu eyni mövzuda beşinci konfrans idi.

Məlumata görə bu həm də kəşfiyyat sənədlərində (İsveç, Kanada məxfi sənədlərində) “İnsanları həyata gətirən”, “Dünyanı sarsıdan” konfrans kimi yadda qalmışdı.

Rus patriarxının beynəlxalq məsələləri araşdıran keşişi Pyotr Qolovanov isə bu konfransı “Cinayətkar həkim-genetiklərin rüsvayçı yığıncağı”, azərbaycanlı mikro-bioloq, din xadimi Mir Mahmud Şövqizadə isə “əclafların yığıncağı” adlandırırdı.

Hər halda maraqlı tamaşalar idi. Məsələn, Vaşinqton konfransının təşkilatçılarından olan ABŞ-ın Pensilvaniya ştatındakı hərbi sənaye komplekslərinin birində aparıcı həkim kimi çalışan hərbi kəşfiyyat zabiti, professor Meyer Adamoviç (yəhudidir) iddia edir ki, dünya nəyin bahasına olursa-olsun “artıq genlərdən və qan daşıyıcılarından” boşalmalıdır.

Başqa bir hərbi həkim, ixtisasca cərrah olan, lakin toksikoloji prosesləri gözəl bilən professor Əbdül Salam Moisey (yəhudidir) isə təklif edirdi ki, Vaşinqton regionlarda “genetik işğalı” gücləndirmək planını ləngitməməli, öz ərazisində dünyanın “bir nömrəli sağlam gen bankını” yaratmalıdır. Həmçinin maraqlı regionlarda (?) Amerika özü üçün məxfi laboratoriyalar yaratmaq planlarını genişləndirməlidir.

 Keçirilən konfranslarda və görüşlərdə məxfi qaydalar saxlanılmaqla yanaşı, ancaq tezislər müzakirə olunurdu. Araşdırma materiallarına görə, hər iki həkim, kəşfiyyat zabiti, professor Meyer Adamoviç və professor Əbdül Salam Moisey Azərbaycan ərazilərini yaxşı tanıyırdılar.

Məlumatlardan aydın olur ki, hər iki həkim Azərbaycanda yaşayan etnik qruplar, xalqlar və millətlər istiqamətində çox ciddi kəşfiyyat araşdırmaları aparmış, tarixən məşhur olan ailə və nəsillərin genetik kodlarını tədqiq etməklə məşğul olublar.

Məsələn, “Ali irqi öyrənən qrup”un qapalı yığıncaqlarında professop Əbdül Salam Moisey (o, Amerikada təhsil almasına baxmayaraq Fransada keşiş ailəsində doğulmuşdur, lakin fransızlara qarşı həmişə amansız olmuş, onları “sonuncu irq” adlandırmışdır) qeyd edirdi ki, «Bir millətin genetik kodlarını zədələmədən, “şikəst” etmədən onu diz çökdürmək olmaz.» Bu dr.Moiseyin ən ciddi tezislərindən biri olmasına baxmayaraq, onu təhlil etmək fikrimiz yoxdur. Çünki dr.Moiseyin Azərbaycanın yaşayış məntəqələrində “Ana südü” ilə, “süd damlaları” ilə bağlı elmi tədqiqatları bizim üçün daha maraqlı göründü. Məlumata görə dr.Moisey aşağıdakıları qeyd edir: “Azərbaycan milləti yer üzündə artıq millətdi. Onun haradan çıxması, məhv olması ilə yer üzündə heç bir katastrofik hadisə və yaxud faciə baş verməz. O millət tarixdə elə bir xariqə yaratmayıb ki, onun itirilməsi, yer üzündən silinməsi nə isə, hansısa bir fəlakətin başlanğıcını qoysun. Mən Azərbaycanda tədqiqatlar apararkən o millətdə xeyli saxtakarlıq, yaltaqlıq, ikiüzlülük, paxıllıq və xəyanət gördüm. Sərvət toplamaq, varlı olmaq üçün o millət hər şeyə hazırdır. Elmli, bilikli, təhsilli, zəngin mənəvi dəyərləri olan bu millətin istedadlı nümayəndələri həmişə zülm və işgəncələr altında əzilib. Mən, bilmirəm, elə bir gün gələcək ki, bu millət özünün vəkilliyini öyrənsin, dərk etsin? Doğurdanmı məşhur Babək, Nəsimi, Koroğlu, Fizuli, Nizami, Şah İsmayıl bu millətdən çıxıb? Mən o yerlərdə tarixin yetirdiyi bu şəxsiyyətlərə süd verən anaları axtardım, onları görmək üçün çox axtardım, amma tapa bilmədim. O yerlərdən və orada yaşayan insanlardan maksimum canlı laboratoriyalar kimi istifadə olunması məsləhətdir. Tez-tez o yerlərə keçmək bizim üçün lazımdır”.

Onun ötən əsrin 40-cı illərində, daha dəqiq desək 1948-ci ilin avqust ayında Vaşinqtonda nəşr olunmuş “Qafqazın süd damarları: Azərbaycan” elmi-tədqiqat əsəri əslində bu gün də ölkəsinin səhiyyə kəşfiyyatı üçün çox qiymətli əsər olaraq qalır.

Kəşfiyyat zabiti dr.Moiseyin bu əsəri o vaxt kitabdan öncə hissə-hissə Amerika mətbuatında çap olunurdu.

 Məlumata görə 1949-cu ilin sonlarında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru general Alen Dallas ölkənin ən nüfuzlu dövlət şəbəkələrinə həmin kitabı nişan verərək, deyirdi: “Cənablar və xanımlar! Müharibə qurtarıb. Kimin nəyi varsa: var-dövləti, sərvəti, malı və mülkü… hamısını ortaya qoymalıdır. Biz bu sərvətlə insanların beynini oğurlayacaq, onların nəyə qadir olduqlarını dəyişəcək, iflic vəziyyətinə salacağıq. Sovet İttifaqında (xüsusən, yanacaq resursları ilə zəngin olan dövlətlərdə, məxsusən Azərbaycanda) düşünən hər nə varsa iflic etməliyik. Bütün bunları əldə etmək üçün o yerlərdə əqidə dostlarımızı tanımalıyıq. Onlar ən yüksək dövlət və hökümət orqanlarında yerləşdirməliyik. Onların əli ilə ərazilərin (Azərbaycana diqqət edin) ən düşünən beyinlərini, ağıllı və diribaş, istedadlı adamları hər şeydən uzaqlaşdırmalı, onları iflic etməli, onları hər yerə çıxarmalıyıq. Tədricən düşünən beyinləri bir yerə yazmalı (məsələn, hökumətdən və dövlətdən kənar təşkilatlar yaratmaqla), onlar üçün öz vasitəmizlə əyləncə mərkəzləri düzəltməliyik. Onların beyinlərini, düşüncələrini dayandırmalıyıq. İdarəetmə orqanlarında fahişəlik və homoseksualizm əngəllərini genişləndirməli, narkotik maddələri artırmalı, xaos və başıpozulluluq yaratmalıyıq. Milli ənənələri, dinə və saflığa, mənəvi dəyərlərə bağlı olan nə varsa hər şeyi öldürməli, onların əlindən almalıyıq. Qoy yerlərdə ata öz qızına aşiq olsun, oğul bacısını zorlasın, qardaş qardaşı, övlad atasını, anasını döyüb, öldürsün. Ədəbiyyat və incəsənətdə bütün bunları təbliğ etməyə hazırlaşmalıyıq. Satqınlıq, xainlik və paxıllıq hisslərini genişləndirməliyik. Milli münaqişələri, dini ayrıseçkiliyi, bu istiqamətdə vuruşmaqları genişləndirməliyik. Yerlərdə (xüsusən Azərbaycanda) dini ayrı-seçkilik salmaq, xüsusən bizim üçün qorxulu olan İslam dininin ən ciddi atributlarını məhv etmək üçün xüsusi qruplar hazırlamalı və onları nəzərdə tutduğumuz yerlərə göndərməliyik. Biz bütün bunları çox sadə və sakit, hiss olunmadan həyata keçirməliyik. Bunun üçün ABŞ heç nəyini əsirgəməməlidir. Biz bütün bu prosesləri nəsildən-nəsilə ötürməliyik. Ağıllı nəsilləri iflic edib öldürməliyik. Biz əqidəmiz uğrunda yaşamağı bacarmalıyıq. Bu istiqamətdə əsasən gənclər və istedad sahiblərinə tərəf getməliyik. Cavanları soyundurmalı və əyləndirməli, biri-birlərinə güldürməyi, kef və ədabaz məclisləri rəngarəng edib, bəzəməyi bacarmalıyıq”.

(Məlumata görə A.Dalles həmçinin Beynalxalq Əlaqələr Şurasının direktoru idi).

 Dr.Əbdül Salam Moiseyin xüsusi xidmət orqanları üçün nəzərdə tutduğu “Qafqazın süd damarları: Azərbaycan” kitabı, görünür başlanğıc üçün çox vacib idi. Məlumat üçün deyək ki, dr.Moisey “süd damarları” deyəndə hamilə qadınların, eləcə də doğuşdan yenicə çıxan anaların süd vəzilərini əzib, zədələmək, regionda yeni doğulan uşaqların məhv olması üçün düşünülmüş planlar hazırlayırdı.

Amerika kəşfiyyat tarixinin araşdırıcısı Berd Vulson “Qırxıncı otaq” kitabında yazır ki, Əbdül Salam Moisey Azərbaycan ərazisində kəşf etdiyi vaksinlərini çox sakit və təmkinli sınaqdan çıxarırdı. Müəllif daha sonra yazır: “Moisey hiyləgər idi. Sınaqdan çıxardığı vaksinlərdən və digər dərman preparatlarından milyonlar qazanırdı. O, Amerika kəşfiyyatı üçün xeyli iş görmüşdür. Yeddi dəfə müxtəlif vaxtlarda Azərbaycanda olub. Regionun Gülbəndə, Şəmsabad yaşayış məntəqələri, Kür çayının ətəyindəki Cırdxan, Ağçıraqlı zolaqları onun əsas təcrübə əraziləri idi. Dr.Moisey o yerlərə uzun müddətli turist səfərləri adı ilə gedirdi. O, həm genetik idi, həm də bioloq. Toksikoloji və biokimyəvi araşdırmalarına gəlincə o çox şeyi bilirdi”.

Araşdırma materiallarına görə Gülbəndə və Şəmsabad yaşayış məntəqələri Ağdaş rayonu ərazisinə düşür. Adıçəkilən Cırdxan və Ağçıraqlı yaşayış məntəqələri isə Yevlax rayonunun payına düşür.

Politoloq, araşdırmaçı yazar    Rövşən Novruzoğlu

 

3 şərh

pascal
Özünü idarə etməyən xalq, idarə olunmağa məhkumdur!
Başdan üzüaşağı bütün dövlət məmurları tutduqları vəzifələrində «Bu xalq üçün neynəyək?! fikirləşməkdən, ancaq „Bu xalqı necə soyaq?“ düşüncəsiylə yaşayırlarsa,, qoy hər hansı başqa xarici qüvvələr gəlib bu ölkəni idarə etsin. Onlar özümüzkülərdən daha insaflı olarlar.
istorik_c
Bu məsələni daha dərindən başa düşmək üçün Rövşən Novruzoğlunun «Genetik ölüm» məqalələrini də oxuyun.
HaciArif
Salam!
Bu kitab; necə əldə etmək olar?