Рейтинг
+1.71

Jurnalistika

13 üzv, 16 topik

Mirzə Cəlilin rus dilinə münasibəti

XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı. I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur… imperiya siyasəti: parçala, hökm sür.

Davamı →

Həsən bəy Zərdabi

Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimlərdən biri də Həsən bəy Zərdаbidir.
Görkəmli jurnаlist, аlim, pеdаqоq, mааrifçi-dеmоkrаt Həsən bəy Zərdаbinin аdı хаlqımızın mааriflənməsi, mənəvi dirçəlişi və fikir təkаmülü ilə sıх bаğlıdır.
Həsən bəy Səlim bəy oğlu Zərdаbi 1842-ci il iyun аyının 28-də (bəzi mənbələrdə 1837-ci il) kеçmiş Bаkı qubеrniyаsınа dахil оlаn Göyçаy qəzаsının Zərdаb kəndində bəy аiləsində аnаdаn оlmuşdur.

Davamı →

Data jurnalistikası

Hamı maraqlı və fərqli kontent axtarışındadır. Nə edim, necə edim ki, daha çox izlənilən, daha cəlbedici, eyni zamanda daha informativ kontent olsun? Yəni söz və rəqəm yığını deyil, mövzu haqda dolğun təsəvvür yaradan, eyni zamanda daha çox insanın marağına səbəb olan, hətta faydalı nəticələr çıxarmağa yardım edən bir yazı, bir səs, bir görüntü.

Davamı →

Biz niyə yazmalıyıq?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, -yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmaq ağlından keçirəndə belə ağır gəlirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. İçindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən.
Davamı →

Daha heç kim jurnalistikaya yazmaq, göstərmək və ya danışmaq həvəsilə gəlmir

Doğrusu, mən heç vaxt cəmiyyətimizin siyasətçilər və jurnalistlər haqqında dediklərini bölüşməmişəm: bilirsiniz, bu on illər ərzində baş verənlərdə cəmiyyətin məsuliyyəti heç də az deyil, ən azı ona görə ki, biz daha məsuliyyətli, savadlı və azad cəmiyyət olsaydıq jurnalistlərimiz və siyasətçilərimiz də başqa cür olardı.
Odur ki, «Hər cəmiyyət özünün sosial-siyasi strukturuna adekvatdır” kimi çeynənmiş fikirləri burada bir daha hallandırmadan bircə onu deyəcəm ki, ən azı iki yüz ildir ki, hamı elə eyni sözü deyir: „Biz niyə beləyik?”. Bir kimsə demir ki, “Axı mən özüm niyə beləyəm? Niyə mən alman, fransız və yaxud da amerikalı kimi deyiləm?”...

Davamı →

Təyyarəçi olmaq istəyən jurnalist

O, nəhs ildə, nəhs gündə dünyaya gəlmişdi – çox sevdiyi Azərbaycan şairləri Müşfiqi, Cavidi amansız ölümün qoynuna atan 1937-ci ildə, aprelin 13-də. Ancaq özünü və başqalarını da inandırmağa çalışırdı ki, nə 13, nə də 37 onun üçün nəhs deyil. Zarafatla deyirdi ki, 13 də, 37 də bütün nəhsliklərini onun dünyaya gəldiyi günə kimi eləyib qurtarmışlar və daha nəhslik “taqətləri” qalmayıb. Və daim həyata nikbinliklə baxar, ətrafındakılara da nikbinlik aşılamağa çalışardı. Ancaq həyat ona nikbinliklə yanaşmadı…
Davamı →

Jurnalistika I Ən təhlükəli peşə

Dünyada 200-dək jurnalistin qatili tapılmayıb; qara siyahıya İraq başçılıq edir...

Dünyada jurnalist qətilərinin sayı ilbəil artır. Faktlar göstərir ki, son 10 ildə jurnalistika dünyada artıq ən təhlükəli peşəyə çevrilib. Həmçinin zamanla Azərbaycanda da əfsus ki, jurnalist qətlləri baş verib. “Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov da daxil, ölkədə indiyədək 10 jurnalist öldürülüb. Dünya üzrə qətlə yetirilən jurnalistlərin sayı, qətlin səbəbləri və hansı şəraitdə həyata keçirilməsi ilə bağlı araşdırma aparıb sizi də bu araşdırma ilətanışetmək istədim.

 Ölkəmizdə 10 jurnalist qətlə yetirilib

Qarabağ döyüşlərinin şiddətli vaxtlarında erməni silahlı qüvvələri tərəfindən Alı Mustafayev, Osman Mirzəyev, dövlət televiziyasının operatoru Fəxrəddin Şahbazov, Salatın Əsgərova, telereportyor Çingiz Mustafayev, “Azərbaycan müəllimi” jurnalında çalışmış Kazımağa Kərimov həlak olub. 1995-ci ildə Adil Bünyadov Bakının mərkəzində “OMON”la hüquq- mühafizə orqanları arasında baş verən atışmada, Fərhad Kərimov isə Çeçenistanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. F.Kərimov “Röyters” və “Assoşieyted press”in telereportyorluğuna qədər yüksəlib. 


Ardı →

Müsahibə texnikası

Müsahibə aparmağın bəzi praktik üsul və yollarına göz yetirək.

6.1.MƏŞQ-GƏZİŞMƏ

Müsahibə aparmağa hazırlaşarkən, bir neçə dəqiqə ayırıb, müsahibəverənlə məhrəm söhbətə girişin və onu çəkilişə kökləyin.Adamların çoxu üçün bütövlükdə müsahibəyə hazırlıq prosesi — işığın qurulması, mikrofonun sazlanması və s. özü-özlüyündə qeyri-adi və maraqlıdır. Sizin vəzifə — bu prosesi pozmadan və məqsəddən diqqətinizi yayındırmadan müsahibəverəni «dilləndirməyə» çalışmaqdır. Siz bir növ buzu sındırmalısınız.
Təcrübəsiz adamlardan müsahibə götürəndə, unutmayın ki, onlar çox vaxt özlərini necə aparmağı bilmirlər. Deməli, bir neçə peşəkar məsləhətiniz yerinə düşər və onlar suallarınıza utanıb çəkinmədən, həm də inamla cavab vermək şansı qazanar.
İşıq və mikrofonlar quraşdırılarkən müsahibəverənlə ümumi söhbətlər aparın, onunla şəxsi ünsiyyət yaratmağa çalışın ki, müsahibə zamanı bütün diqqəti kamerada və s. texnikada yox, sizdə olsun. Ancaq bunu yadda saxlayın ki, məşqlərdə məqsəd idmançının qızışmasıdır, alışıb-yanması deyil. Adamların heç də hamısı eyni mətni bir neçə dəfə inandırıcı şəkildə təkrarlaya bilmir.


Ardı →

Köşə yazısı

Köşə yazarlığı nədir? Bu, xüsusi status və üstünlük deməkdirmi? Kimlər köşə yazarı ola bilər və ya olmalıdır? Əlinə yenicə qələm almış bir jurnalist hansısa mövqe ifadə eləyən yazı yazırsa, onu köşə yazarı “rütbəsinə” çatmış saymaq olarmı? Niyə qəzetlər köşə yazılarının çox olmasına çalışırlar?
Vikipediyada köşə yazarının tərifi belə verilib — qəzet, jurnal, internet məkanında davamlı bir yazı köşəsi (yəni küncü) olan yazar. İnternetin ensiklopediyasına görə, köşə yazarları müxtəlif qruplara ayrılır. Məsələn, ümumi bir köşə başlığı altında, akademik olmayan dildə, xalq ağzıyla və daha çox nəsihət formasında yazan yazarlara məsləhət, nəsihət yazarı (advice column) deyilir. Bu status daha çox jurnalistika peşəsinin “fəhləliyindən” – yəni müxbirlikdən yetişənlərə aid edilir.
Ardı →

Videoçəkiliş

«Kamera həm görüntünü, həm də səsi yazan qara yeşik deyil. Kamera — tarixçə danışmaq qurğusudur». Con Premak, Boston televiziya studiyasının baş operatoru


1. TARİXÇƏLƏRİN AÇIQLANMASI


Əslinə qalanda, hər bir adam videokameradan (qara yeşikdən) istifadə etməyi, görüntü və səs yazmağı öyrənə bilər. Ancaq haqqında söz açacağınız tarixçəni başqalarına göstərərkən videokameradan faydalanmaq üçün texniki üsullara yiyələnməli, bacarıqlı və diqqətli olmalısınız.Praktik vəsaitin öncəki bölmələrində sizi reportyor işinin bəzi incəlikləri ilə tanış etdik. İndi videoçəkilişin bəzi yönlərini nəzərdən keçirək.
Videokameranın funksiyası görüntü və səsin yazılmasıdır. Ancaq elə yazılmasıdır ki, seyrçilər özlərini olay yerində hiss etsinlər.
Yüksək səviyyəli operatorlar olayı o qədər ustalıqla çəkə bilirlər ki, hətta bu olayın şahidləri orda diqqətlərindən qaçan önəmli epizodlar görürlər.


Ardı →