Bloq haqda
Kənd təsərrüfatında sahibkarlıq imkanları,regionlarda karyera
Fermer təsərrüfatları, əkinçilik,heyvandarlıq.
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (6)
bankir Xrizoberil Aristotel AykaJackson Abdulyar yravilK/t aid elektron kitablar
- ADAU-nun Elmi Əsərləri № 1 (1ci hissə)
- ADAU-nun Elmi Əsərləri № 1 (2ci hissə)
- ADAU-nun Elmi Əsərləri № 1 (3cü hissə)
- ADAU-nun Elmi Əsərləri № 1 (4-cü hissə)
- ADAU-nun Elmi Əsərləri № 3
- ADAU-nun Elmi Əsərləri № 2
Kitabların yüklənməsində göstərdiyi köməyə görə administrasiyaya təşəkkürlər.
- ?
- 25 dekabr 2010, 11:06
- burla xatun
- şərh əlavə et
Humin tənzimləyiciləri nədir?
Təbiətdə fizioloji fəal birləşmələr geniş yayılmışdır, onlar torpağın üzvi maddələrində olur, onun münbitliyini müəyyən edir, kompostun, lilli çöküntülərin, qonur kömürün tərkibində olan çoxlu miqdarda fizioloji fəal maddələr bitkilərdə mübadilə proseslərini tənzimləyir və intensivləşdirir. Onlara böyümə tənzimləyiciləri deyirlər. Humin tənzimləyicilər də onlara aiddir. Satışda olan humin tənzimləyiciləri xüsusi texnologiya ilə üzvi maddələrin toplanması və fəallaşdırılması yolu ilə təbii humin xammalından əldə edirlər. Onları çox alçaq qatılıqlı su məhlulları şəklində tərəvəz bitkilərinin suvarılmasında, toxumlarının isladılmasında və çiləmədə istifadə edirlər.
Ardı
- 0
- 26 iyun 2010, 11:51
- 2ral
- şərh əlavə et
Patisson
Patisson meyvəsi boşqaba oxşayan qabaq növüdür. Onun meyvəsinin dəyişmiş forması hamar, yaxud şəbəkəli, kənarları yastı olur. Qabığınm səthi hamar, yaxud ziyilli, rəngi ağ, açıq-sarı, yaşıl, zolaqlı, yaxud sarı ola bilər. Meyvənin çəkisi yaşından asılı olaraq 100-800 qram arasında tərəddüd edir.
Ardı
- 0
- 23 iyun 2010, 19:41
- 2ral
- şərh əlavə et
Balqabaq
Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Bu bitkinin azərbaycanca «balqabaq» adlandırılması, görünür, qədim zamanlarda qabağın xüsusi növündən qab hazırlanması ilə əlaqədardır. Azərbaycanda qabağın başqa adı da var: «boranı». «Boranı» dağlarda payızda, boran və soyuqlar düşəndə yığılan iri meyvəli qabağa deyilir. Boğmalı meyvəsi və şirin ləti olan qabaq növü «balqabaq» adlanır.
Qabağın çoxvitaminli sortlarından A provitamini alınır. Onun toxumlarından qarın qurdlarına qarşı dərman kimi istifadə olunur. Bunun üçün 50-100 q toxumun ləpəsini birdən, yaxud 1-2 saat ərzində yemək kifayətdir.
Ardı
Kartofda fizioloji xəstəliklər
Ardı
Quşlarda parazit xəstəlikləri
Quşçuluqda parazit xəstəlikləri böyük ziyan vurur. Bunlar quşun bədəninin səthində, yaxud içərisində yaşamaqla, onun qanmı, şirəsini və toxumalarını yeməklə fəaliyyət göstərirlər. Parazit xəstəliklərə müxtəlif helmintozlar aiddir. Bu xəstəlikləri helmintlər tüfeyli qurdlar törədir. Onlar quşun həzm traktında məskən salır və onların bağırsaqlarının selikli qişasını zədələyir. Bu isə bağırsaqların tutulmasına və hətta cırılmasına səbəb olur. Tüfeylilərin olması orqanizmin arıqlamasına, böyümənin pisləşməsinə gətirib çıxarır.
Ardı
- +3
- 11 iyun 2010, 11:53
- 2ral
- şərh əlavə et
Mineral gübrələr
Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür.Əslində bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir.
Ardı
- +2
- 10 iyun 2010, 10:04
- 2ral
- şərh əlavə et
Limon bitkisi
Meyvəverən limon kolları təzə gəlin kimi diqqət və qulluq tələb edir. Amma nəzarət edilməlidir ki, budaqları bir-birinə dolaşmasın. Artıq zoğları, qurumuş budaqları vaxtlı-vaxtında arıtlamaq, formalaşma zoğlarını uzunluğunun üçdə biri qədər qısaltmaq, yaxud onların hündürlüyü 25-30 sm-ə çatanda yuxarıdan 3-4 yarpağı olan yerdən kəsmək lazımdır. Nazik budaqları iti təmiz bıçaqla, yoğıın budaqları isə bağ qayçısı ilə kəsir, kəsiş yerini natural əlifdə həll edilmiş yağlı boya ilə yağlayırlar.
Meyvəverən limon kolları bol çiçəkləyir ki, bu da ağacın zəifləməsinə səbəb olur. Ona görə də, yanaşı çiçəkləri daha irilərini saxlamaqla seyrəltmək lazımdır. Toxumluq yaxşı inkişaf etmiş yarpaqları saxlamaq vacibdir. Qısa budaqcıqlardakı meyvələrə üstünlük verilməlidir. Uzun budaqlardakı meyvələr ləng böyüyür. Meyvələr 20-22°C temperaturda yaxşı yetişir. Onları iti bağ qayçıları ilə kəsib dərirlər.
Ardı
Kartof: suallar və cavablar 2
Kartofun böyüməsində və yumru yaranmasında hansı hərarət olmalıdır? Yumru yaranması və kartofun inkişafı üçün optimal temperatur +18-22°C-dir. +25 °C temperaturda yumruların böyüməsi yavaşıyır, +30°C və yuxarı hərarət olduqda isə tamamilə dayanır. Lakin temperatur +10-12°C-yə qədər aşağı düşdükdə də yumru yaranması zəifləyir.
Çiçəkləmə zamanı kartofu tozlandırmaq lazımdırmı? Kartof öz-özünə tozlanan bitkilərə aiddir, ona görə də onu tozlandırmaya lüzum yoxdur.
Hansı dövrdə kartof çox suvarılma tələb edir? Ən çox miqdarda su bitkinin yumru yaranma dövründə işlədilir ki, bu da qönçələmə və çiçəkləmə fazasında başlayır. Bu zaman torpaqda nəmlik, onun tam rütubət tutumundan asılı olaraq, 80-85%-dən aşağı olmamalıdır.
Ardı
- -2
- 25 aprel 2010, 00:36
- 2ral
- şərh əlavə et
Kartof: suallar və cavablar
Kartof sortunu hansı əlamətlərə görə seçməli? Hər şeydən əvvəl məhsuldarlıq, dad keyfiyyətləri, yumruların formaları, lətin rəngi, saxlanması, həmçinin yığım müddəti nəzərə alınır. Faraş sortlar 80-90 günə, orta faraş sortlar 100-115 gündən sonra, orta gec- və gecyetişən sortlar 120-135 gündən sonra yetişir.
Kartofu şitillərlə çoxaltmaq mümkündürmü və bunu necə etmək lazımdır? Kartofun yalnız qiymətli sortlarını şitillərlə əkirlər. Bundan ötrü yumruları işıqda iki həftə ərzində cücərdir, sonra kiçik yeşiyə köçürdürlər. Onların zoğlar 5-8 sm-ə çatanda yumruları yeşikdən çıxarır, şitilləri kök sistemi ilə birlikdə ayırır və aprelin axırından cərgələr arası məsafə 40-45 sm və bitkilər arası məsafə 20 sm olmaqla şırımlara köçürür və plyonka ilə müvəqqəti örtürlər. Yumruları 1-2 sm uzunluğunda cücərti verənədək gündüz işığında saxlayırlar. İkinci dəfə cücərdilmiş yumruları şırımlara cərgələr arası məsafə 50 sm, yumrular arası məsafə isə 25 sm olmaqla basdırırlar. Yumrulardan ayrılmış şitilləri basdırıldıqdan dərhal sonra onların kök sistemi, cücərmiş yumrunun dibi torpaqla doldurulur.
Ardı
- 0
- 23 aprel 2010, 14:52
- 2ral
- şərh əlavə et
