Quşlarda parazit xəstəlikləri

Quşçuluqda parazit xəstəlikləri böyük ziyan vurur. Bunlar quşun bədəninin səthində, yaxud içərisində yaşamaqla, onun qanmı, şirəsini və toxumalarını yeməklə fəaliyyət göstərirlər. Parazit xəstəliklərə müxtəlif helmintozlar aiddir. Bu xəstəlikləri helmintlər tüfeyli qurdlar törədir. Onlar quşun həzm traktında məskən salır və onların bağırsaqlarının selikli qişasını zədələyir. Bu isə bağırsaqların tutulmasına və hətta cırılmasına səbəb olur. Tüfeylilərin olması orqanizmin arıqlamasına, böyümənin pisləşməsinə gətirib çıxarır.
Askaridioz. Xəstəlik dairəvi qurd olan nematodlar tərəfindən törədilir. Yaşlı quşların orqanizmində askaridlərin inkişaf dövrü 35-58 gün, bir aylıq cücələrdə 30-35 gün çəkir. Quşun orqanizmində onların yaşama müddəti 8 aydan 14 aya kimidir. Toyuqların askaridlərlə yoluxması saxlanma sistemindən asılıdır. Qəfəslərdə və tor üzərində saxlanma zamanı yoluxma olmur. Cavanların yaşlı quşlarla birgə döşəmə üzərində saxlanması zamanı onun qorxusu xeyli artır.
Heterokodioz. Toyuqların kor bağırsaqlarında tüfeyli həyat keçirən xırda, dairəvi qıl qurdlar tərəfindən törədilir. Xəstəliyin kliniki əlamətləri zəif bilinir: iştaha pisləşir, ishal başlayır.
Askaridioz və heterokodioz, quşda adətən eyni vaxtda keçir.
Ən təsirli müalicə üsulu antihelmint preparatları piperazin və fenotiazinin yedirilməsi sayılır. Lakin bina, həmçinin gəzinti meydançası, yuvalar, tarlar sistematik olaraq mexaniki təmizlənməsə və dövri olaraq dezinfeksiya edilməsə, müalicə nəticəsi vermir. Dezinfeksiyaedici vasitələrdən biri 3%-li natrium (NaOH) məhluludur.
Koksidiozlar. Ən geniş yayılmış parazitar xəstəlikdir. Xüsusən 90-günlüyə qədər yaşı olan cücələri yoluxdurur. Yüksək ölüm faizi ilə xarakterizə edilir. Yoluxmanın əsas mənbəyi xəstə və xəstəlik keçirmiş quşlardır. Xəstə quşlarda lələklər pırpızlaşır, qanadlar sallanır, baş arxaya əyilir, gözlər yumulur. Zılı selikli, qanla qarışıq olur. Xəstəlik 3-4 gün davam edir, bundan sonra çox vaxt cavanlar ölür.
Dərmanla müalicə həmişə effekt vermir. Hər kq quru yemə 1 q kosidiovit qatılaraq 7-10 həftə ərzində; sulfadimezin
10 kq yemə 1-2 q qatılaraq, iki-üçgünlük kurs arasında iki gün fasilə ilə verilir. Bina təmizləndikdən sonra onun lehimləyici
lampa ilə termik işlənməsi üsulu yaxşı nəticə verir.
Yoluxucu xəstəliklərdən biri olan aspergillezi törədən göbələkdir. Onun sporları yüksək temperatura davamlıdırlar. Kimyəvi vasitələrdən 10% formalin məhlulu, 3%-li karbol turşusu effektlidir. Cücələrdə kəskin, toyuqlarda xroniki formada keçir. Yoluxma zamanı tənəffüs yollarının inkişaflı iltihabı baş verir, düyünlər yaranması mümkündür. Xəstə toyuğun (quşun) iştahası itir, yanğısı yüksəlir, qıcolma baş verir. Cücələrdə 4-günlük və yuxarı yaşlarda xəstəliyin gedişi ölümlə nəticələnir. Diaqnoz laboratoriya tədqiqatlarının əsasında müəyyənləşdirilir.
Profilaktikanın və müalicənin spesifik vasitələri tapılmamışdır. Xəstələnmiş quşlar sporların xroniki daşıyıcılarına çevrilir.

Xarici tüfeylilər quşlarda böyük narahatlıqlar yaradır. Ən çox toyuq gənəsinə və tük-lələkyeyənlərə rast gəlinir. Gənələr qansorandır, dəri örtüyünü zədələyir və yaralara zəhərli selik tökür. Onlar toyuqlarda qanadların altında, quyruqda, boyunda qara nöqtələr şəklində olur. Onlar doyunca qan içdikdən sonra döşəmənin, divarların, tavanın, tarların deşiklərində gizlənir. Onlarla mübarizədə işlənmiş dizel yağı, solyarka çilənməsi yaxşı effekt verir. Bunu bina mexaniki təmizləndikdən və süpürüldükdən sonra aparmaq lazımdır. Döşənəyə sarımsaq, yovşan, soğan və digər iylənən bitki yarpaqlarının qatışdırılması yaxşı nəticə verir.
Tük-lələkyeyənlər 1,5-2 mm böyüklükdə qanadsız həşəratdır. Toyuğa düşəndə, dişilər yumurtalar qoyur və onları quşun tükünə, lələyinə, yaxud bədəninə yapışdırır, burada onlar tezliklə həşərata çevrilir. Onlarla mübarizə məqsədilə quşlara qum-kül vannaları düzədir və qarışığın hər vedrəsinə 200 q kükürd tozu qatırlar.
Qoturluq gənələri quşda tüfeylilik edir, çox xırdadır. Kontakt zamanı xəstə quşlardan, döşənəkdən, yuvadan, yem və su qablarından başqa quşlara keçir. Onların yaşama yeri ayaqların tük çıxmayan pulcuq hissəsinin altıdır, burada onlar yollar açır. Qopardılmış pulcuqlar düşür. Onun atında boz, təpəcikli, əhəngi xatırladan qat yaranır. Gənənin həyat fəaliyyəti güclü gicişmə ilə bərabər gedir, gicişmə istidə, xüsusilə gecələr daha güclənir. Vannaya isti sabun məhlulu tökür və toyuqların ayaqlarını onun içərisində 20-30 dəqiqə saxlayırlar. Bundan sonra 1%-li kreolin məhlulu sürtürlər.


Firdovsi Abbasov, özəl məsləhətçi

1 şərh

Miraw044
salam men toyuq boyutmek ve onlarin basqa hansi xesteliklere tutulmasiyla bagli melumatlari hardan elde ede bilerem???