Yerin hərəkəti və zaman

Bütün səma cisimləri kimi Yer də öz xəyali oxu ətrafında fırlanır. Ilk dəfə bunu fransız alimi Fuko sübut edib. Bu zaman qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Nəticədə Günəşə doğru çevrilmiş hissədə gündüz, əks tərəfdə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir.
Yer öz oxu ətrafında tam dövrünü 23 saat 56 dəqiqə 4 saniyəyə tamamlanır. Nəticədə vaxt vahidi yaranır. Yer öz oxu ətrafında 10 dönmək üçün 4 dəq. vaxt sərf edir. Eyni meridian üzərində yerləşən bütün məntəqələrdə vaxt eyni olub yerli və ya meridian vaxtı adlanır.
Qurşaq vaxtı.Məntəqənin yerli vaxtı daha dəqiq olsa da ümumilik və sadəlik naminə yer kürəsi 24 saat dilimlərinə ayrılmış və qurşaq vaxtı müəyyənləşdirilmişdir. Qurşaq vaxtı Yer kürəsinin 1 saatda döndüyü dərəcələrlə sərhədlənir. Yer kürəsi 24 saata öz oxu ətrafında 1 tam dövr etdiyi üçün (3600:24 saat =150) hər biri 150 –dən ibarət 24 saat qurşağı alınır. Hər qurşaq üzündən solda (qərbdə) yerləşən qurşaqdan 1 saat qabaq, sağda (şərqdə) yerləşən qonşu qurşaqdan isə 1 saat geri qalır. Hər 1 qurşaq daxilində vaxt onun mərkəzindəki meridiana görə hesablanır və bu qurşaq daxilindəki bütün məntəqələrə aid edilir. Bir saat qurşağı daxilində olan vaxta qurşaq vaxtı deyilir. 1 ölkə və ya inzibati vilayətdə eyni qurşaq vaxtından istifadə etmək üçün quruda saat qurşaqlarının sərhədləri meridian xətləri üzrə deyil, ölkə və ya vilayətin sərhədləri boyunca keçirilir. Azərbaycan III saat qurşağında yerləşir.
qurşaq vaxtıOrtasından Qrinviç meridianı keçən saat qurşağı sıfrıncı (eyni zamanda 24-çü) saat qurşağı qəbul edilir. 150-lik bu qurşağın yarısı (7030’ş.u) şərq və yarısı (7030’q.u) qərb yarım kürəsində yerləşir.
Dünyada yeni sutka ortasından 1800-lik meridian keçən XII saat qurşağından başlanır. Bu zaman şərq yarım kürəsində mayın 2-si olduqda, qərb yarım kürəsində hələ mayın 1-i olur. Bu səbəbdən Magellanın ekspedisiya üzvləri Yerin öz oxu ətrafında hərəkətinin əksinə səyahət etdiklərindən bir sutkanı itirmişlər. Günəşli saatlardan səmərəli istifadə etmək üçün bəzi dövlətlərdə dekret vaxtından (Saatın əqrəblərinin 1 saat irəli və ya geri çəkilməsi) istifadə edilir.

Azərbaycanın saat qurşağı

Oxşar məqalələr

3 şərh

aran
Fuko rəqqası Sanktpeterburqda İsaakovo kilsəsindədir. Kilsənin hündürlüyü 110 m. Fuko rəqqasının uzunluğu (hündürlüyü) 98 metrdir. Fuko rəqqasının rəqs edərək dönməsini, hərəkətinin çəpləşməsini Sanktpeterburqda olarkan müşahidə etmişəm.
SHATENKA407
həmişə çaşdığım bir mövzu olub bu
zahid_596
qaqa duz deyirsen adamin basin yama qarisdirir