Yerin Günəş ətrafında hərəkəti

Yerin Günəş ətrafında hərəkət etdiyi orbit yolunun uzunluğu 940 mln km-dir O, bu yolu saniyədə 29,8 km hərəkət etməklə tam dövrünü 365 gün 5 saat 48 dəqiqə 46 saniyə başa vurur. Buna il deyilir. Sadə olsun deyə qalıqlar toplanaraq 4 ildən bir (366 gün) fevral 29-dan uzun il yaranır. Yalnız Yerin coğrafi qütblərində Yeni ilin gəlməsini 24 dəfə qeyd etmək olar.Yerin günəş ətrafında hərəkəti
Yerin xəyalı fırlanma oxu orbit müstəvisinə 66,50 bucaq altında meyillidir və o, həmişə şimal ucu ilə qütb ulduzuna tərəf yönəlmişdir. Bu meylilik 4 fəslin yaranmasına və gecə ilə gündüzün qeyri bərabər olmasına səbəb olur. Əgər Yerin xəyali oxu Günəş ətrafındakı hərəkət orbitinə perpendikulyar olsa idi, onda fəsillərin bir-birini əvəz etməsi baş verməz, gecə ilə gündüzün uzunluğu həmişə və hər yerdə bərabər olardı.
21 mart – Yaz gecə –gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır.
22 iyun - yay gündönümüdür. 21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək 90 gündən sonra (22 iyunda) Günəş şüaları 23,50 şm. eni (Şimal tropiki) üzərində zenitdə (yəni düz bucaq altında) olur. Şimal yarım kürəsində yay, Cənub yarım kürəsində qış başlanır. Şimal yarım kürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarım kürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən (66,50 şm. en) şimal qütbünə qədər bütün sutka Günəş görünür. Burada - qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə (66,50 şm. en) cənub qütbü arasında Günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki, cənub qütbü fazaya tərəf (Günəşə əks) çevrilmiş olur.
23 sentyabr –payız gecə-gündüz bərabərliyidir. Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində payız, Cənub yarım kürəsində yaz fəsli daxil olur.
22 dekabr - qış gündönümüdür. 23 sentyabrdan başlayaraq Yerin xəyali oxunun Cənub ucu Günəşə tərəf irəliləyərək 90 gündən sonra 22 dekabrda Günəş Cənub tropiki üzərində (23,50 c. en) zenitdə olur. Cənub yarım kürəsində yay, Şimal yarım kürəsində qış başlayır. Həmin gün Şimal yarım kürəsində ən uzun gecə, ən qısa gündüz olur. Buna səbəb burada Günəşin düşmə bucağının azalmasıdır. Bu vaxt şimal qütb dairəsindən Şimal qütbünə kimi (66,50 şm. en -900 şm e.) qütb gecələri, bunun əksinə Cənub qütb dairəsindən cənub qütbünə (66,50 c. en - 900 c. e.) qədər isə qütb gündüzləri yaranır.
Qütb dairələrinin əsas fərqi burada ildə 1 dəfə qütb gündüzü və qütb gecəsinin yaranmasıdır. Qütb gündüzləri və gecələri ən çox Yerin coğrafi qütblərində (900-lik enliklərdə) 6 aya qədər davam edir. Qütb gündüz və gecələrinin sayı coğrafi qütblərə yaxınlıqdan asılıdır.
Tropiklərin (23,50 c. en) digər paralallerdən əsas fərqi burada Günəşin ildə 1 dəfə zenitdə olmasıdır. Şimal və Cənub tropikləri arasındakı paralellərdə isə Günəş ildə 2 dəfə zenitdə olur. Günəş eyni vaxtda yalnız 1 paralel üzərində zenitdə ola bilər və yalnız həmin paraleldə Günəş səhər tam Şərqdən «çıxar» axşam isə qərbdə «batar» Günorta isə baş üzərində (900) görünə bilər.
Işıqlanma qurşaqları –Günəş şüalarının Yer səthini qeyri bərabər işıqlandırması nəticəsində yaranır. Dünyada 5 işıqlanma qurşağı var.
1. Tropik və ya isti qurşaq – Şimal və Cənub tropikləri arasındakı əraziləri əhatə edir. Günəş ildə 1 dəfə tropiklərdə, 2 dəfə isə tropiklər arasında qalan enliklərdə zenitdə olur. Burada daima yaydır.
2-3. Mülayim qurşaqlar – tropik və qütb dairələri arasındakı əraziləri əhatə edir. Günəş burada heç vaxt zenitdə olmur və heç vaxt qütb gecə-gündüzləri müşahidə edilmir.
4-5. Qütb və ya soyuq qurşaqlar – qütb dairələrindən qütbə qədər əraziləri əhatə edir. Qütblərdə qütb gündüzü və gecələrinin uğunluğu 6 aydan qütb dairələrində 1 günə qədər azalır. Burada daima qışdır.
Işıqlanma qurşaqları Yerdə təbii zonaların yaranmasının əsasını təşkil edir.

 

5 şərh

Zərrə
Çox gözəl. Mükəmməl bir sistem. Maraqlıdır, hər şeyin necə olduğunu axtarıb öyrənirik, bir də niyə olduğunu öyrənə bilsək.
Fortuna
Bu mətni Kartoqrafiyaya nə üçün aid etmisiz?
2ral
Çünki mətn məhz bu bloqa qoyulmalıdır.
zahid_596
cox yaxsi melumatlar var bu melumatlar kitabdakilardan yaxsidi kitabi oxuyursan hec tam basa dusmek olmur 
kayzen
Təşəkkürlər, blog lar bölməsindən istədiyiz mövzularda məlumatlar oxuya bilərsiniz