Əmək müqaviləsi

Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması

§1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən _____________________________________________

(idarənin, müəssisənin, təşkilatın adı)

Işəgötürəni ___________________________________________________________________________

(vəzifəsinin adı)

_________________________________________________________________________________ ilə

(adı, atasının adı və soyadı)

Işçi __________________________________________________________________________________

(adı, atasının adı və soyadı)

____________________________________________________________________________________

(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı)

___________________________________________________________________________ arasında

(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)

«___»____________ _____il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır.

 

1.2. Işçi __________________________________ vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir.

(iş yerinin və vəzifənin, peşənin adı)

1.3. Bu Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

 

§2. Əmək müqaviləsinin müddəti

2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır ____________________________

(hə, yox)

2.2. Işin birinci ________həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini _______gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər.

2.3. Bu Əmək müqaviləsi __________________________ səbəbə görə «___»________________ _____il tarixindən «___»_______________ ______il tarixinədək _____il (ay) müddətinə bağlanmışdır.

2.4. Işçi «___»________________ _____il tarixindən işə başlayır.

 

§3. Işçinin əmək funksiyası

3.1. Işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:

a)__________________________________________________________________________________

b) _________________________________________________________________________________;

c) _________________________________________________________________________________;

(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)

3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.

3.3. Işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.

3.4. Işçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. Işəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir.

 

§4. Əmək şəraitinin şərtləri

Işəgötürən aşağıdakı əmək şəraiti yaradılmasını və onun şərtlərinin təmin olunmasını öhdəsinə götürür:

 

Əmək haqqı üzrə

4.1. Işçiyə hər ay ____________________________________________məbləğdə əmək haqqı ödənilir;

4.2. Əmək haqqı:

  • _______________________________manat məbləğində tarif haqqından (vəzifə maaşından);
  • tarif haqqına (vəzifə maaşına) _______faizi miqdarda əlavədən ibarətdir;

4.3. Işçiyə ___________________________məbləğdə __________________________mükafat verilir;

(aylıq, rüblük, illik)

4.4. Işçi əmək funksiyasını ____________________________________ əmək şəraitli iş yerində

(zərərli, ağır, yeraltı və s.)

icrə etdiyi üçün onun əmək haqqına ___________________________məbləğdə əlavə müəyyən edilir;

4.5. Işçiyə iş vaxtından artıq vaxtda, istirahət və bayram günlərində işlədikdə __________ məbləğdə və ya ________________ qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilir;

4.6. Əmək haqqı:

  • həftədə bir dəfə _______________________________________________;

(həftənin günü)

(ayın maaş verilən günləri)

(ayın günü)

(bankın adı)

hesabına köçürülür;

4.7. Tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər: ______ _______________________________________________________________________________________.

4.8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.

Əməyin mühafizəsi üzrə

4.9. Işçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

4.10. Işçi ________________________ xüsusi mühafizə vasitələri ilə təmin edilir;

4.11. Işçi zərərli amillərindən sağlamlığının mühafizəsi üçün xüsusi __________________ ______________________________________________________ qida məhsulları ilə təmin edilir;

4.12. Işçi əməyin mühafizəsi normaları ilə ______________________ bir dəfədən az olmayaraq təlim atlandırılır;

4.13. Işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;

4.14. Işəgötürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir;

4.15. Işəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır;

Iş və istirahət vaxtı üzrə

4.16. Işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;

4.17. Iş saat __________________ başlanır, saat ___________________ qurtarır;

4.18. Nahar vaxtı saat __________________-dan saat ___________________-dəkdir;

4.19. Işçi hər gün ___________________saat natamam iş günü işləyir;

4.20. Işçi həftədə ____________________gün natamam iş həftəsi ilə işləyir;

4.21. Iş ____________________növbəlidir:

  • Birinci növbə saat ______________başlanır və saat ____________qurtarır;
  • Ikinci növbə saat ______________başlanır və saat ____________qurtarır;
  • Üçüncü növbə saat ______________başlanır və saat ____________qurtarır;

4.22. Işə gəlib getməsi üçün nəqliyyatla təmin edilir __________________________

(hə, yox)

4.23. Istirahət günləri hər həftənin ______________________________ günləridir;

4.24. Işçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən ___________ artıq məbləğdə haqq ödənilir;

4.25. Işçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.

Məzuniyyət üzrə

4.26. Işçinin iş ilini __________________________________________________ aylardan ibarət

(birinci iş ili başlanan və bitən gün, ay və il)

dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir.

4.27. Əsas məzuniyyətinin müddəti ______________________təqvim günüdür;

4.28. Əlavə məzuniyyət müddəti:

  • əmək stajına görə _______________________təqvim günü;
  • əmək şəraitinin xarakterinə görə ____________________ təqvim günü;
  • 14 yaşadək ikidən çox uşağı olan qadına ___________________ təqvim günü;
  • kollektiv müqavilə (saziş) üzrə ____________________ təqvim günü;

4.29. Əmək məzuniyyətinin ümumi müddəti ____________________ təqvim günü;

4.30. Əmək məzuniyyətinə çıxarkən:

  • _____________________________ məbləğdə sosial-məişət müavinəti verilir;
  • bundan savayı sanatoriya-kurort müalicəsi, turizm səfərlərinə getməsi, məzuniyyətin daha mənalı keçirilməsi üçün __________________________________ tədbirlər görülür.

(konkret tədbir və ya pul ödənci)

4.31. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə verilir və işəgötürən bununla yanaşı işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür.

4.32. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə razılıq əsasında istifadə edilir.

Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər

4.33. ___________________________________________________________________________________;

4.34. ___________________________________________________________________________________;

4.35. ___________________________________________________________________________________;

(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır).

§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

5.1. Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

§6. Sosial müdafiə məsələləri

6.1. Işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay _________________________məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, ____________________________ məbləğdə əlavə sığorta edilir;

6.2. Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin pensiya təminatı, sosial müdafiə olunması, güzəşt və imtiyazları təmin edilir;

6.3. Işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə məcburi sosial sığorta hesabına müavinət verilir.

§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi

7.1. Işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin — maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;

7.2. Işçinin müəssisənin mülkiyyətində _____________________ qədər payı var və işəgötürənlə mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq qanunvericiliklə müəyyən edilən qaydada tənzimlənir;

7.3. Işçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən _____________ məbləğdə dividend almaq hüququna malikdir;

7.4. Işçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:

a) _____________________________________________________________________________;

b) _________________________________________________________________________________;

7.5. Işəgötürən işçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir;

7.6. Işçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.

§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar

8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:

a) _________________________________________________________________________________;

b) _________________________________________________________________________________;

c) _________________________________________________________________________________.

(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)

8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (_____________ gündən gec olmayaraq) qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

Imzalar:

___________________________________ Işəgötürən

___________________________________ Işçi

§9. Əmək müqaviləsinə xitam verilməsi

9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;

9.2. Işəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;

9.3. Işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;

9.4. Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;

9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

____________________________________________________________________________________

____________________________________________________________________________________

§10. Yekun qaydalar

10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.

10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.

10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə bilməzlər.

10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.

10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.

10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai, birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.

§11. Tərəflərin imzaları və ünvanları:

11.1. Işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə müştərisi olduğu bankın adı, hesablaşma hesablarının nömrələri, kodu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa hüquq verən xüsusi razılığın məlumatları göstərilməklə hüquqi ünvanı:

- əmək haqqı və digər ödənclər işçinin _____________________________________ bankdakı

- ayda bir dəfə _________________________________________________ ödənilir;

- ayda iki dəfə __________________________________________________________;

 

Möhürü Imzası:

 

 

11.2. Işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

 

Imzası: Tarix:

Qeyd: Əmək Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulan əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir. Bu nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri, konkret hallarda işəgötürən və işçi tərəfindən əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən əmək müqaviləsinin məzmununu bu nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur. Işəgötürən bu nümunəyə tam uyğun olan əmək müqaviləsinin formalarını kifayət miqdarda nəşriyyat üsulu ilə hazırlanmasını təmin etməlidir. Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.

 

0 şərh