Рейтинг
+73.18

Karyera və yüksəliş

69 üzv, 89 topik

Necə proqramçı ola bilərsiniz?

Proqramçılığa başlamaq üçün ilk addım bu sahənin əsasları ilə tanış olmaqdır. Kompüter elmləri alqoritmlər, verilənlər strukturları və proqramlaşdırma prinsipləri ilə tanışlıq proqramçı kimi inkişafınızda əsas təşkil edəcək. Bu mərhələdə Python, JavaScript və Java kimi başlanğıc səviyyəli proqramlaşdırma dillərini öyrənmək lazımdır.


Davamı →

Necə daha yaxşı sahibkar ola bilərsiniz?

Sahibkar olmaq həm fərdi, həm də peşəkar cəhətdən inkişaf etmək üçün mühüm bir addımdır. Bu məqalədə uğurlu bir sahibkar olmağın yollarını araşdıracağıq. İlk növbədə sahibkarlığın əsas anlayışlarına, onun tələb etdiyi keyfiyyətlərə və təcrübələrə nəzər salacağıq. Sonra sahibkarların üzləşdiyi çətinlikləri və bu çətinlikləri necə həll etmək olar, ona baxacağıq. Nəhayət, sahibkarlığın gələcəyinə və davamlı uğurun əsaslarını necə qura biləcəyinizə dair tövsiyələri paylaşacağıq.


Davamı →

Vakansiya yerləşdirmək üçün Azərbaycanda ən yaxşı resurslar

Azərbaycan iş bazarında rəqabət artmaqda olduğu bir vaxtda insan resursları mütəxəssisləri üçün doğru vakansiya yerləşdirmə platformalarını seçmək əhəmiyyətli rol oynayır. Bu məqalədə Azərbaycandakı ən yaxşı iş axtarış saytlarını — Busy.az, Linkedin Smartjob.az, Boss,az, Hellojob.az və Jobsearch.az — təhlil edəcəyik və HR-ların niyə bu saytlarda vakansiya yerləşdirməli olduqlarını izah edəcəyik.


Davamı →

Alfred Hiçkok kimdir?

Dünya kinematoqrafiya tarixində məşhur amerikan və ingilis rejissoru Alfred Hiçkok qorxulu filmlərin əvəzolumaz ustadı kimi qalıb. O, həyəcan ab-havalı qəmgin yumor ilə sərt süjetli filmlər yaradırdı. Bu filmləri ya triller, ya da saspens adlandırırdılar. Hiçkok məharətlə tamaşıçıların psixologiyasına təsir edirdi, onları özünə ram edirdi. Bütovlükdə o, 55 tammetrajlı film yaratmışdı. Filmlərin əksəriyyəti dünya kino incəsənətinin klassikasına çevrilmişdirlər. O, dəfələrlə Amerika Kinoakademiyasının «Oskar» mükafatı ilə təltif olunmuşdu. «Bədii kinoda rejissor ilahi idi, sənədli filmdə isə ilahi rejissordur», – Alfred Hiçkok. 


Davamı →

Azərbaycanda ən yaxşı vakansiya saytı hansıdır?

İşədüzəltmə agentlikləri, 5 manat verib CV hazırlatdırmaq, tanış-bilişə iş üçün müraciət etmək, “yaxşı iş olsa mənə deyərsən” tipli tapşırıqlar – artıq o vaxtlar geridə qalır. İndi texnologiyanın inkişafı ilə işaxtaranlar vakant işləri onlayn axtarış platformalarında tapa bilirlər. Bu araşdırmada “Azərbaycanda ən yaxşı vakansiya saytları hansılardır?” mövzusuna baxacağıq.

Qeyd edək ki, araşdırmada 2 tərəf nəzərdə tutulur:

  • HR, rekruter, şirkətin rəhbəri – işəgötürən
  • Işsiz, daha yaxşı iş axtaran, əmək bazarını araşdırmaq istəyən – işaxtaran tərəf.

Biz ən yaxşı saytları seçəndə həm işəgötürən, həm də işaxtaran üçün uyğun olmasını diqqətə almalıyıq.

Əvvəldən razılaşaq ki, söhbət yerli saytlardan gedir.


Davamı →

Mühasib kimdir və necə mühasib olmaq olar?

Mühasib şirkətlərin vazkeçilməz şöbələrindən biri olan mühasibatlıq şöbəsində şirkətlərin ehtiyacları üçün maliyyə əməliyyatlarını həyata keçirən şəxsdir .Bu sahədə müqavilə bağladığı özəl və dövlət sektorlarına xidmətlər göstərilərkən şirkətlərin gəlir və xərc hesabatlarının hazırlanması, illik balansının hazırlanması və Vergilər Nazirliyi ilə vergi ödənişlərinin təqibi kimi əməliyyatlar həyata keçirilir. Bundan əlavə, mühasib şirkətin maliyyə hesabatlarını hazırlayır.


Davamı →

İş və rutin – necə əldən düşməməli?

Bir də görürsən işlər qarışıb bir-birinə. Heç nəyə vaxt çatdırmaq olmur. Arada sənə elə gəlir ki, bir neçə gün ertələsən öz-özünə düzələcək, amma elə də olmur. İşlər daha da üst-üstə gəlir. Getdikcə təkcə işlər yox, həm də stres artmağa başlayır, konsentrasiya ola bilmirsən. Əlini atırsan bir işə, o əsnada başqa bir iş də girir araya, bilmirsən hansından başlayıb hansında bitirəsən. Gün bitir, bir də görürsən ki, hərəsindən bir az-bir az və sonda ciddi bir iş görməmisən.

Davamı →

İş tapşırmaq qaydaları və kimdən sizə işçi olmaz?!

Bugünün ən böyük problemi vaxt qıtlığıdır. İstər rəhbər şəxs olsun, istərsə də icraçı -hamının vaxtla bağlı, daha doğrusu işi çatdırmaqla bağlı problemləri var. Rəhbərlər elə bilir ki, onlar bütün işi lazımı qaydada tapşırır, icra yolunu göstərir, amma işçilər vaxtında yerinə yetirə bilmir. İşçilər də elə bilir ki, rəhbər dağınıqdır, bəzi işləri tam, bəzilərini yarımçıq ötürür deyə, sonda nəticə olmur.

Davamı →