Рейтинг
+73.18

Karyera və yüksəliş

69 üzv, 89 topik

İşsizəm.Nə edim?

Gənclərin iş tapmaq üçün üç yolu var:
1.dövlət qulluğunda çalışmaq üçün imtahanlara getmək. Dövlət işində işlmək üçün gərək yaxşı tanış olsun. Başlanğıc üçün maaşlar da çox aşağıdır.
2.özəl şirkətlərdə işə düzəlməyə çalışmaq. Çoxlu tələblər istəyir:ingilis dili,Excel,iqtisadiyyat sahəsində ali təhsil,iş təcrübəsi və s.
3.öz bizneslərini quraraq sahibkarlıqla məşğul olmaq. Bu zaman səfeh məmurların üzünü görmür,avaralanmırsan.Nə də özəl şirkətlərdəki kimi adamı hambal kimi işlətmirlər. Lakin öz biznesini açmaq üçün investisiya(maya) lazımdır.
Davamı →

Müsahibə zamanı buraxılan 10 səhv

Müsahibədə davranış qaydaları barədə çox kitablar və məqalələr yazılmasına baxayaraq namizəd üçün ilk müsahibə çox vaxt axırıncı olur. Bu nəticədən belə çıxır ki, namizəd 10 ən geniş yayılmış səhvlərdən birini edib. Buna görə də işaxtaran üçün «təhlükəli anları» bilmək işə götürənlə asan dil tapmağa və işi qazanmağa kömək edəcək.
İşə qəbul olmamağın səbəbləri ola bilər:
  • 15 dəqiqədən çox gecikmə olarsa;
  • Şirkətin geyim tərzinə uyğunsuzluq olarsa;
  • Tanış olmayan insanlarla yol verilməyən davranış tərzi;
  • Fikir və tələffüz qarışıqlığı: namizəd özü haqda danışmaq barədə menecerin xahişinə cavab vermək iqtidarında deyil;
  • Yersiz utancaqlıq: müsahibə iki və daha artıq insanın söhbətini tələb etməsinə baxmayaraq işaxtaran heç bir sual vermir, daha doğrusu, vakansiya və şirkət haqqında maraqlanmır.
  • Həyata pessimist baxışı: namizəd bütün uğursuzluqlarında «vəziyyəti» günahlandırır.

Davamı →

Monoton bir yazı

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar… Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi?
Davamı →

Yeni işə başlayanlara bir neçə tövsiyyə

Bazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi..və s. Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz? Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik.

Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: ”Heç kəsə baş qoşma!”; ”Qeybət eləmə!”; ”Gəzən şayiələrə qulaq vermə!”; ”Başını aşağı sal və işinlə məşğul ol!” və s… Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:

1. Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri(şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.

2. Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın.
Ardı →

Gözəlliyin karyerada rolu

Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.

Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.

Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.

Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.

Nəticədə  zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.

Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.


Davamı →

Sizi pis müdir edən 8 vərdiş

İş yerinizdə hər kəsin sizdən nifrət etdiyini heç hiss etmisinizmi? Hər kəs müdirlərindən nifrət edir, elədir? Məncə deyil. İşinizi düzgün qursanız, iş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, nəyi səhv edirsiniz? Sizi pis müdir edən pis vərdişlərinizə nəzər salaq.   
Davamı →

Karyera və eniş: işdən qovulmağa səbəb olan səhvlər

İşinizi itirmək və müdiri əsəbləşdirmək istəmirinizsə, bu cümlələri əsla deməyin. Yəni bunları müdirə desəniz, tez bir zamanda işdən qovulacaqsınız. Bundan əmin olun!

İşinizlə vidaşlamaq təhlükəsi yaradan həmin cümlələr hansılardır?

 1. «Bu mənin işim deyil ki?!»

Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

2. "Çox işim var"

Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

3. «Bu qədər tez bir zamanda bu işi çatdıra bilmərəm!»

Layihəni görməmiş «yox, tez bir zamanda onu bitirə bilmərəm, dediyiniz vaxt çox tezdir» demək düzgün deyil. Planınızı hazırlayın, işə başlayın, sonra artıq vaxt istəyə bilərsiniz.


Ardı →

LivePlan

Online biznes planlaşdırma proqramı biznes planı hazırlamağı, tərəfdaşlarla əməkdaşlığı və sizin biznesiniz üçün lazımi maliyyələşdirməni əldə etmənizi asanlaşdırır. Siz görəcəksiniz ki, LivePlan biznes plan proqramını istifadə etmək çox asandır. Bu sizə ekspert məsləhəti verir, professional və tam planlar yaradır. Ən yaxşısı isə, bu sizə üç ümumi biznes planlaşdırma maneələrinin asanlıqla öhdəsindən gəlməkdə kömək edəcək. Və bununla yanaşı, heç bir əlavə məvacib ödəmədən davamlı olaraq yeni funksiyalar əldə edirsiniz. Bu ümumi maneələrə göz ataq və LivePlan biznes plan proqramının sizin biznesinizi inkişaf etdirmək üçün sizə necə kömək edəcəyini nəzərdən keçirək:

1. Biznes planınızın strukturunun yaradılması. Biznes sahibləri kimi siz, yəqin ki, əvvəllər biznes planı yazmamısınız. Amma əgər borc verən və ya sərmayəçi bunu sizdən istəsə, o zaman siz bunu doğru şəkildə etməyi bilməlisiniz. Bu, dəqiq, peşəkar olmalıdır və oxucunun gözlədiyi bütün məlumatlar ora daxil olmalıdır. Plana nələrin aid olduğunu, hansı qaydada və formatda olduğunu bilmək kimi məsuliyyətdən LivePlan sizi azad edir.

2. Maliyyəni təsvir etmək. Nömrələrdən qaçış yoxdur,amma LivePlan onları siz düşündüyünüzdən də yüngül edir. Hər hansı bir elektron tablo düsturlarını bilmək və ya hadisələrin necə getməsindən narahat olmağa ehtiyac yoxdur. Biznes planlanmasında səlahiyyətli şəxs olan Tim Berrynin video məsləhətləri ilə adım-adım nömrələri daxil etmək mümkündür. Bu proqram hesablamaları edir. Balans hesab əldə etdikdən sonra işin bitdiyindən xəbərdar edir. Lazım olan bütün məlumatlar artıq əvvəlcədən daxil etdiyiniz məlumata əlavə edilir. Bu sizin vaxtınıza qənaət edər.
Ardı →

Uğurlu iş

Uğurlu iş 3 elementdən asılıdır:
1. Hal -hazırda olan işlərin ümumi vəziyyətinin anlaşılması
2. Şirkətin lazımi səviyyədə təmsil edilməsi
3. Prosesin bir vəziyyətdən digərinə keçidinin planlaşdırılması

Bir şirkəti açmazdan əvvəl siz aşagıdakıları yazıb və 100% cavablamalısınız :

Şirkət ->təşkil olunmuş forma ->vergilər ->əhatə dairəsi ->buraxılan məhsul,işlərin xarakteri ->rəqabət analizi ->fondlar və onların strukturu (işçilərin) ->satış strategiyası ->marketing->risklər->hədəf->təşkilatın güclü və zəif tərəfləri->lazımlı sərmayələr.

Unutmayın ki, siz işə yeni başlayırsınız, yaxşı olar ki, siz yeni məhsul və ya xidmət yaradasınız, ancaq əgər bu an üçün bunu etmək mümkün deyilsə, onda siz qiymət siyasəti haqqında hərtərəfli düşünməlisiniz.

Siz informasiya ilə doymalısınız, sizə işinizdə kömək edəcək məlumat toplayın. Siz öz yolunuzu seçməli, unikal məhsul və xidmət yaratmaq üçün çalışmalısız.
Ardı →

Uğurlu qadının sirləri

1. Öz yaşınızı gizlətmək lazım deyil. Məşhur mahnıda deyildiyi kimi: “mənim illərim mənim sərvətimdirlər”!

2. Uğurlu hesab edilən qadın özü öz qarşısına məqsədlər qoyur və onlara nail olur. Kiçik şeylərdən də başlamaq olar. Məsələn, özünüzü hər səhər idman hərkətləri etməyə öyrəşdirmək.

3. “Yox” deməyi öyrənin. Bu çox mühim bir bacarıqdır. Rəfiqəniz sizdən onun uşağına baxmasını xahiş etdiyi üçün öz planlarınızdan imtina etməyə dəyməz.

4. Hər bir uğurlu qadının bir xobbisi var. Bu rəqslər, yoqa, üzgüçüülk və s. ola bilər.

5. Qaydaları pozmaqdan daha maraqlı nə ola bilər? Xüsusilə də bu sizin tərtib etdiyiniz qaydalardırsa.

6. Valideynlərinizə kömək etmək özünüzü sevməyiniz qədər vacibdir.

7. Uğurlu qadın istənilən vəziyyətə uyğunlaşmağı bacarmalıdır.

8. İş qadını olmağınıza və boş vaxtınızın olmamasına baxmayaraq özünüzə, öz xarici görkəminizə diqqət yetirin. Beləliklə, siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
Ardı →