OxAtan = >

darts oyunu Başlığı görən kimi elə bildiniz ki, bürclərdən yazmışam..,??? )))) Bax burda
yanılırsınız.İndi isə yaxın əyləşin və əgər həvəsiniz varsa mənim məlumatımı sonuna qədər oxuyun.birdən lazım olar.
Sözün düzü bu mövzu haqqında yazmaq heç fikrimdən keçməmişdi.Sadəcə olaraq son vaxtlar "darts" sözüylə yaman tez-tez rastlaşırdım.Maraqlandım ki, bu söz nə ifadə edir.Əslində bir idman növü olduğunu bilirdim.Amma konkret hansı idman növüdür?? bax onu bilmirdim. Və bir az araşdırma aparandan sonra sizə bu idman növü haqqında məlumatları çatdırmağı qərara aldım.Yəqin ki, çoxunuz bu haqda bilirsiniz.Amma bilməyənlər də az deyil.Mən öyrəndim.İndi də yazım ki,qoy bilməyənlər də bilsin.Beləliklə..

Darts   nədir ???


Darts sözünün mənşəyi ingiliscə dartboard sözündən götürülüb azərbaycan dilinə küp və yaxud dibcik kimi tərcümə olunur.Belə güman edilir ki, ilk vaxtlar boşalmış çaxır çəlləklərinin alt hissəsi hədəf kimi istifadə olunurdu.
Bu idman növünün dəqiq tarixi məlum olmasa da , hələ orta əsrlərdə Böyük Birtaniyada yaranması güman edilir.İlk vaxtlarda pab və tavernalarda yayılmışdır.O zaman ox atmaq (Robin Qudun dövründə olub yəqin bu) dəb imiş və qapalı məkanlarda bu idman növünü oynamaq istəyənlər müəyyən çətinliklərlə qarşılaşırdılar.Məkan kiçik olduğuna və oxların uzunluğu əlverişsiz olduğuna görə bu oyun növünü fikirləşirlər.Yuxarıda qeyd etdiyim kimi hədəf rolunu arxası çevrilmiş çəlləklər oynayırdı.Hədəfin mərkəzi (яблочко) isə taxtadan hazırlanmış tıxaclar idi.Bu şəkildə oyun dövrümüzə qədər gəlib çıxmış və tədricən darts üzrə müxtəlif yarışlar və liqalar təşkil olunmuşdur.

Oyunun əsas alətləri: Hədəf və Mızraq(kiçik oxlar)

Darts üçün hədəf adətən aqava liflərinin preslənməsindən alınan materialdan düzəldilir.Standart hədəf 20 ədəd rəqəmlənmiş sektora bölünür.Hər sektorun öz rəqəmi olur.Adətən sektorlar növbə ilə sarı və qara rənglərlə rənglənmiş olur.Mərkəzdə isə “alma” hədəf nöqtəsi yerləşir ki, ora sancılan ox 50 xal sayılır.Onun ətrafındakı yaşıl rəngli dairə isə 25 xal verir.Bundan başqa hədəfin üzərində iki halqa var.Daxili( trebl) və xarici (dabl) halqalar.Xarici halqa sektor xalının ikiyə vurulmasını, daxili halqa isə üçə vurulmasını göstərir.Hər iki halqa ənənəvi olaraq növbə ilə yaşıl və qırmızı rəngə boyanmışdır.
Hədəfin mərkəzi yəni “yabloçko” standart oyunda yerdən 1.73 metr məsafədə, oyunçudan isə 2.37 metr uzaqlıqda olmalıdır
Mızraqın xarici halqadan kənara sancılması xal qazandırmır.Adətən hər oyunçu 3 mızraq atandan sonra xallar hesablanır və növbə digər oyunçuya keçir.Standart olaraq mızrağın çəkisi 50 qramdan çox olmamalıdır.Həvəskar oyunda çəkisi 50 qr-dan yuxarı olan mızraqdan istifadə etmək olar.Amma professional yarışlarda bu hal oyunçunun diskvalifikasiyası ilə nəticələnə bilər.
Darts üzrə bir neçə variant var. Bunlardan ən geniş yayılanı..


darts oyunu301/501

Oyunun qaydası:
Hər iki oyunçu 301 sayından başlayır.(501-ci variant).Hesabın aparılma qaydası budur ki, olan xaldan yəni 301-dən qazanılan xallar çıxılır.Bu hal oyunçunun hesabı “0” olana qədər davam edir.Oyun dabl və ya “yabloçko” ilə bitməlidir.Bu zaman alınan rəqəm elə olmalıdır ki, onu çıxanda hesab mütləq “0” olsun.Sıfırdan az olsa və ya bir qalsa o zaman son 3 atışdan heç biri sayılmır və oyun qaldığı yerdən yenidən davam etməlidir. Hər 301 oyunu “Leq”adlanır.Beş leq “Set” i təşkil edir.(Oyun leq”lərdə 3 qələbəyədək aparılır).Sonda qalib verilmiş sayda “set”ləri udan oyunçu olur.
Oyunun digər növlərindən raund, killer, 27, sektor 20 , 1000 ,diametr və s. göstərmək olar.
Hazırkı dövrdə darts üzrə müxtəlif çempionatlar keçirilir.Bu idman növü üzrə ilk rəsmi turnir isə 1927 ci ildə keçirilmişdir.
Dünya üzrə məşhur dartsmenlər – Aleksey Marçenko,Fed Xankey, Fil Teylor, Anastasiya Dobromıslova, Frensis Xyunselaar.

Bu oyun haqqında az da olsa öyrəndim.Ümid edirəm ki , siz də faydalanacaqsınız.Əgər kimsə əlavə məlumat tapsa buyurub şərhlərdə yerləşdirə bilər. />
 

2 şərh

Əliyev
Darts oynayanda əsas ağırlığı sağ ayağa salmaq lazımdır(solaxaylarda tərsinə). Bir də eşitmişəm ki darts oynayanda drotiki atanda danışmaq olmaz. Drotik atandan sonra danışmaq olar.amma həmin vaxt yox.
FrencaseS
maraqlı idi təşəkkür.bu oyunu bilirdim ama adını bilmirdim indi ətraflı məlumatım oldu