Reytinq
22.98
səs: 12

Bloq haqda

Kayzen.az saytının rəsmi elanları, bildirişləri,press-relizlər

administratorlar (1)

moderatorlar (1)

Oxucular (24)

Cavid Arzt Türkəl luminat ayxansevda ORIGINAL kulturoloq Zeyneb_Ehmedova cahandar Xrizoberil Mysteryo yravil BaKiNeC Aristotel AykaJackson Abdulyar DiplomatkA Aysel218 ElcinHesenov MaksiMuS

Все читатели блога

Rəsmi anons-09.04.2012

Hörmətli istifadəçilər,
Yarandığı dövrdən bəri Kayzen.az saytı ən böyük yenilənməni həyata keçirdib.
Artıq bir çox dəyişikliklər var.
Saytda yenilənmə tam həyata keçməyib. Xüsusilə saytın əks olunmasında və dizaynında bir sıra dəyişikliklər olacaq.
Saytda rast gəldiyiniz bütün problemlər, nasazlıqlar barədə şərhlərdə məlumat verməyiniz xahiş olunur.
Edilmiş yeniliklər haqqında yaxın zamanda sizə məlumat veriləcək.

UPD.
Qalereya tam dəyişilib. Artıq fotoşəkil əlavə etmək və s. hamısı yenilənib.İndi albomlara baxmaq daha rahat olacaq.
Şəxsi mesajda indi artıq qeybət etmək müzakirə aparmaq olar. Müzakirəyə sonradan yeni adamı da cəlb etmək olar.Söhbətdə kiminsə olması xoşunuza gəlmirsə,onu sonradan silmək də olar.
Şəxsi mesa qutusunda artıq çoxsaylı mesajları göndərənin adına, məktubun başlığının adına, göndərilmə tarixinə görə filtrləşdirmək olar.
Saytda filtr bloku və mobil versiya ləğv edildi.
Saytda qeydiyyat tam çətinləöşdirilib. İnvayt sistemi aktivləşdirilib, hətta yeni bir funksiya da əlavə olunub.

Rəsmi anons-08.03.2012

8 Mart tarixində istifadəçilərə salamlar!
Keçən dəfə söz verildiyi kimi, ay ərzində aktivliyi ilə seçilən ən yaxşı istifadəçiyə 50$ hədiyyə veriləcəkdi. Yekun qərara görə YingYang qalib seçilir.
Bugün həm də Beynəlxalq Qadınlar günüdür.Saytımızın xanım istifadəçilərinə uğurlar və xoşbəxtlik arzu edirik. Xanım istifadəçilərdən nisbətən fəallığı ilə seçilən Rene də 50$ mükafatlandırılır.
Saytda hazırda tibbə və iqtisadiyyata aid yazılara böyük ehtiyac var,kömək edə biləcək hər kəsə təşəkkürlər.

Rəsmi anons-08.02.2012

Havalar soyuqdur,yollar da buzlu. Amma Kayzen.az saytında qızğın fəaliyyət var.
Saytda keçən ay ərzində yenə də aktivlik müşahidə olundu. Demək olar ki, hər bir sahəyə (din, karyera,təhsil,biznes) aid xeyli məlumat yerləşdirildi.
  • Saytın qaydalarında dəyişiklik var.Qaydalara riayət etmək mütləq lazımdır. Hamının bu qaydaları oxuması vacibdir.
  • Bu aydan etibarən saytda öz fəaliyyəti ilə ən çox rəğbət qazanan istifadəçiyə həvəsləndirici 50$ mükafat verilir. İlk ay üçün nəticələr 8 Mart tarixində açıqlanacaq.
  • Saytda son dövrlər reytinq haqqında xoşagəlməz söbətlər gəzir. Hamının nəzərinə çatdırılır: Səs verəndə daxili vicdanın səsinə və ədalətə görə səs verilsin. Qohumluğa,tanışlığa və s. görə səs vermək obyektivliyi pozur.Kiminsə saytın qaydaları xoşuna gəlmirsə,sayt administrasiyasından narazıdırsa, yaxşı olar ki,elə indidən saytla vidalaşsın.
  • Bu ay sayt texniki səbəblərdən bir neçə saat işləməyəcək.Sayt işləməyəndə yaxud sayta girməyəndə kayzen.az@gmail.com ünvanına öz suallarınızı görə bilərsiniz.

UPD.
Mikrobloqda sabahın xeyir,Kayzen. gecən xeyrə,filankəs kimi status paylaşmaq olmaz.
Üəzrində türk dilində yazı olan fotoşəkillər və türk dilində mikropostlar yazmaq olmaz,əks halda onlar silinəcək.

P.S. Saytı populyarlaşdırmaq və daha da tanıtmaq üçün təklifləri olanlardan şəxsi mesajla əlaqə saxlaması yaxud support@kayzen.az ünvanına yazması xahiş olunur.

Təklif : "Kayzen Ailəsinin Rəsmi Bloqu"

Salam olsun Kayzenin əziz və hörmətli istifadəçilərinə. Bu qarlı, şaxtalı havada ürəklərimizin xoş söz və hadisələrlə isinməsini arzu edirəm. Bu anki rəqəmə görə Kayzendə təxminən 1700-dək istifadəçi var. Bunlardan 150-ə qədəri aktivdi. Zaman ötdükcə hər bir istifadəçini az da olsa tanıyırıq. Kimisini yaxşı yöndən, kimisini pis yöndən. Ama mənə elə gəlirki bu yetərli deyil. Və belə qərara gəldimki Kayzen ailəsinin rəsmi bloqun yaradam.Beləcə hər bir Kayzen üzvünü daha yaxından tanıyaq. Bunun üçün hər həftə (hər 10 gün və s, bu interval seçimini dəyişmək də olar.) bir istifadəçiyə həsr olunan Topik nəşr olunsun. İstifadəçi haqda qısa məlumat qeyd olunsun. Mümkündürsə qısa xarakteristika da qeyd oluna bilər. Məs: Hansı tərz nəşrlərə üstünlük verir, ən çox reytinq yığan topiki, ən az reytinq yığan topiki, Kayzenə gəlişi necə olub tipli sualların cavablarını özündə ehtiva edən bir Topik...Bu həm istifadəçini daha yaxından tanımağa, həm də istifadəçilər arasındaki münasibətlərin daha da yaxşılaşmasına, kollektiv mühitin formalaşmasına kömək edəcək. Topikin kim tərəfindən və necə yazılması haqda burda müzakirə apara bilərik. Bu işdə mən öncül olmağa hazıram. Yetərki Kayzen adına olsun… Artıq bu məsələ ilə əlaqədar bloq da yaratmışam. İdarə heyyətindən xahiş edirəm bu məsələyə diqqət və vaxtlarını ayırsınlar. Mənə «PLYUSLARDAN » ötə bu movzu ilə əlaqədar fikirləriniz önəmlidi..Öncədən təşəkkürlər…

Yeni il-2012

Daha bir ilin sonu gəldi.
Bu bir il ərzində çox xatirələrimiz,çox uğurlarımız.çox əziyyətlərimiz oldu.
Nəticələrimiz bu oldu ki,

Ardı

Rəsmi anons-10.12.2011

Soyuq dekabr günündə hamıya salam.
Bu dəfə sizi dekabrın səkkizi əvəzinə onunda sizi salamlayırıq.


Keçən ay ərzində saytda yenə də həmişəki kimi maraqlı və faydalı yazılar yerləşdirildi.Əziyyət çəkənlərə təşəkkürlər. Bu ay ərzində




Ardı

Sayt yenilikləri-8 noyabr

Havanın havalandığı,qarlı-palçıqlı noyabr günündə Kayzen.az istifadəçilərinə salamlar.
Gözlənilənlərin əksinə olaraq sonuncu bir ay ərzində nəinki saytda passivlik müşahidə olundu,əksinə xeyli artım qeydə alındı.
Saytımıza hətta Afrikanın uzaq Seneqal elindən də gələnlər oldu: spammerlər bütün istifadəçilərlə tanış olmaq adı ilə məktub göndərib fırıldaqçılıq etmək də istədilər. Spam yazanlara heç bir cavab yazmamaq xahiş olunur.
Saytda düşündürücü hekayələr bloqunda hər gün yeni bir məqalə görmək artıq adi bir işdir. Marketinq, tarix ,uğur psixologiyası bloqlarında etdikləri fəallığa görə istifadəçilərə təşəkkür edirik.
Yeni bir anonsumuz var: saytımızın yeni açılmış Google+ servisində rəsmi səhifəsi fəaliyyət göstərməyə başladı.

Rəsmi anons-8 oktyabr

Kayzençilər,salam.
Həmişə olduğu kimi bu ay a ən maraqlı məqalə müəllifini mükafatlandırmaq davam edir. Sentyabrın 8-dən bu yana çox maraqlı yazılar qoyulub.Amma onların arasında ən çox səs toplayanı bir pritçanı yazmış Nailə Rzayeva oldu. 50 AZN həvəsləndirici müjafat ona verilir.
Bu ay kino haqqında topiki ilə sevindirmiş Türkələ 2 nəfərlik bilet də hədiyyə olunur.Qoy kino haqqında icmalını bizimlə paylaşsın.


UPD.
Saytda son dövrlərdə mikrobloqları ilə bizi sevindirmiş Maksimus və yravil də kinoteatra bilet qazanır.

Ardı

Pul mükafatı-8 sentyabr

Hamınızı xoş gördük!


Kayzen.az saytında artıq uzun müddətdir ki, hər ay ən maraqlı yazı müəlliflərinə həvəsləndirici mükafatlar verilir. Həmişəki kimi ayın 8-i tarixində ən yaxşı topik müəllifinə 50 AZN məbləğində mükafat verilir.


Keçən ay ərzində bir çox maraqlı məqalələr yazıldı.Məsələn:



Ardı

Video yükləmək

Son günlər mənə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq sizlərlə yazdığınız məqaləyə video və şəkil yükləmək haqqında ümumi məlumat vermək istədim. Əvvəlcə onu qeyd edim ki, bütün proseslər şəkillər və işarələr vasitəsi ilə qeyd olunacaq.
Video yükləmək
Yazdığınız yazıya video yükləmək üşün Şəkil 1- də qeyd olunduğu kimi soldan 8-ci düyməni (mediya-obyekti əlavə/redaktə et) basmaq kifayətdir. Həmin işarəyə (mediya-obyekti əlavə/redaktə et) basdıqdan sonra yeni pəncərə açılacaq.

Ardı