Rəsmi anons- 25 dekabr 2012

25 dekabr yalnız İsaak Nyutonun və İsa peyğəmbərin doğum günü deyil, o həm də kayzen.az saytında daha bir aylıq rəsmi anonsun verildiyi gündür.
Xatırlayırsınızsa, düz bir ay əvvəl elan verilmişdi ki, ay ərzində ən maraqlı məqalə müəllifi sayt administrasiyası tərəfindən hədiyyə qazanacaq.

Sayt administrasiyasının qərarına və istifadəçilərin verdiyi səsə görə, Məktəb həyatı...Həyat məktəbi adlı məqalənin müəllifi (daha doğrusu əziyyətlə tərcümə etmiş) olan istifadəçimiz _BUMERANQ_ yarışmanın sponsoru olan Sizin Marketdən 50 AZN dəyərində alış-veriş kuponu əldə edir.

Yarışmamız yenə də dava edir. Yenə də ən maraqlı məqalə müəllifi gələn ayın sonunda 50 AZN dəyərində alış-veriş imkanı qazanacaq.
İkinci yerin sahibinə isə BLBS xarici dil kursunda 100 AZN dəyərində dərs öyrənək seçimi hədiyyə olunacaq.

27 şərh

ayxansevda
ikinci yerə çıxmaq daha yaxşı olar
Nailə_Qasarayeva
Baxır kimə, elə istifadəçi var ki, onun üçün xarici dil kursu maraqlı deyil.


Qalibi ürəkdən təbrik edirəm.  
elshad
_BUMERANQ_ — ı təbrik edirəm. Ayxansevda demişkən gələcəkdə olan hədiyyılırin yeri niyə dəyişikdir ?
 
Samir012
ikinci yer üçün olan hədiyyə ancaq kursa getmək üçün əlverişlidir, yəni ancaq kursa gedənlər yararlana bilər yaxud da kiməsə hədiyyə edə bilər ancaq birinci hədiyyə Sizin Market -dən olan hədiyyə hamı üçün lazım olandır, yəqin ki bu nəzərə alınıb və belə yazılıb. Hər halda qalibi təbrik edirəm və hər kəsə uğurlar arzulayıram.
BaRLeLiTa
Məqalə 1ci yerə layiqdi..Çəkdiyiniz əməyə deyər..Təbrik edirəm qalibi.
Medikamentoz
Qalibə təbrik,müdiriyyətə təşəkkür :)
pascal

Haqqı olanlardan birinin qazandığına sevindim. 50 manatlıq alış-veriş 100 manatlıq olsaydı daha yaxşı olardl. Eybi yox, ta bəy verən atın dişinə baxmazlar da… ;)

Bumeranq, qoy 2012-ci ilin sonunda əldə etdiyiniz bu kiçik qələbə, 2013-cü ildəki uğurlarınızın başlancığı olsun. Sizi həm bu qələbə, həm qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm.

_BUMERANQ_
Xoş arzulara görə çox sağ olun. Eynilə mən də sizə yeni ildə sizinçün xeyirli olan bütün arzuların həyata keçməsini arzulayıram.
pascal
Bumeranq, ancaq tez-tez görün, birdəfəlik getmə. :) Siz də sağ olun.
_BUMERANQ_
Hələ ki, birdəfəlik getmək fikrim yoxdu :)
pascal
Gec-gec görünürsünüz də, ona görə dedim. :)
_BUMERANQ_
Vaxt olmur, vaxt olan kimi gəlib baş çəkirəm doğma Kayzenə.
Əgər bir gün birdəfəlik gedəsi olsam sizlərlə vidalaşmamış getmərəm. 
pascal
Birdəfəlik getməyin. Onsuzda nə qədər yaxşılar birdəfəlik gediblər burdan. Yaxşılar getdikcə, mənasızlaşır buralar.
asel
kimdir gedən yaxşılar?
pascal
asel, bu səni maraqlandırırsa deyərəm. Bir dəfə də qeyd etmişəm, mən kayzeni lap çoxdan, 2011-ci ildən izləyirəm, amma, təzə qeydiyyatdan keçmişəm. Mən buranı izləyən vaxtlar isə Rene, Gülnar, Silen_ce, Xrizoberil, Ferbara və sadalamadığım neçə yaxşı istifadəçilər var idi. İndisə yoxdurlar.
asel
mən onlara burda rast gəlməmişəm. yəqin lap coxdan olub
BaRLeLiTa
pascal,sizə qatılıram yaxşı istifadəçilərin demək olar ki,çoxsu daha gəlmir bura.Məndə sizin kimi qeydiyyatdan keçməmişdən əvvəl bu saytı izliyirdim,topikləri,mikrobloqları oxuyurdum.O vaxtlar bura daha marağlıydı paylaşımlar,mikrobloqlar və nədənsə onda mənə istifadəçilər daha mehriban gəlirdi.Bu mənim fikrimdi təbii ki,,
pascal
BaRLeLiTa, bilirsinizmi niyə mehribançılıq var idi burda? Çünki. bu istifadəçilərin hamısı ağıllı və savadlı olduğu halda, eyni zamanda da səmimi və təvazökar idilər. Biri özün o birindən nə üstün, nə ağıllı göstərməyə çalışmırdı. 
BaRLeLiTa
pascal,fikrinizlə razıyam.Həqiqətəndə onda hərkəs bir birlərini eyni seviyyədə tutur eyni görürdülər,ele çox güman indi o mehribançılığın itməsinə səbəb budur.Nəbilim bəlkədə onalrın bir birlərini uzun müddət tanımalarından irəli gəlib bu mehribanlığ.Yenədə dəqiq bilməy olmaz amma müəyyən dərəcədə nə isə anlamağ olur.Zaman keçdikcə inşAllah yenidən o mehribançılığ yaranar.
asel
Bumeranq, təbriklər
_BUMERANQ_
Hamınıza minnətdaram.  Gözlənilməz oldu :) Halal edin!

Qarşıdan gələn yeni il münasibətilə bütün istifadəçiləri təbrik edirəm. Ən xoş xatirələrlə yadda qalacaq bir il azrulayıram. 
Cavid
Biz əlimizdən gələn dəstəyi verməyə hazırıq, təki gəncləri maariflənmək, oxumaq və savadlanmaq maraqlandırsın, istənilən təklifi dəyərləndirməyə hazırıq.
_BUMERANQ_
Artıq bu gün «Sizin Market»də alış-veriş etdim.  Göstərilən bütün diqqətə görə adminə minnətdaram. 

 Bütün istifadəçilər hər şeyin doğru olduğuna 100% əmin ola bilər. 
pascal
Mən zatən inanırdım və inanıram da.
Cavid
Buyurun, siz layiq oldunuz və qalib gəldiniz biz isə söz verdiyimiz mükafatı sizə təqdim etdik. Hər kəsi daha fəal olmağa çağırıram ən azından daha faydalı məqalələr yazmaq mümkün olsun.
şərh silinmişdir