Rəsmi anons- 25 fevral 2013

Hörmətli sayt istifadəçiləri!
İlin ən qısa ayında sizi salamlayırıq.
Mütəmadi olaraq keçirilən aktiv sayt istifadəçilərinin mükafatlandırılması davam edir. Bu dəfə Gənclər günü haqqında maraqlı məqalə müəllifi olmuş ctrlA və saytda maraqlı məlumatlar yerləşdirməklə fərqlənmiş Barlelita müvafiq olaraq ilk yerləri bölüşdürürlər. Onlara stilim.az tərəfindən hər birinə dəyəri 50 AZN civarında olan istədikləri çanta-dəri məmulatı hədiyyə olunur.

Sayt administrasiyası hamının nəzərinə çatdırır ki, sayt istifadəçilərinin könüllü ictimai fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Sayt administrasiyası xeyriyyə, sponsorluq, ictimai dəstək işlərini tamam başqa formada və fərqli miqyasda aparır.

Fevral ayında da sayt yenə də müvəqqəti olaraq fəaliyyətinə kiçik fasilə vermişdi,lakin hər şey yoluna düşdü. Sayt işləmədikdə yaxud onun fəaliyyətində nasazlıq hiss edən kimi [email protected] ünvanına müraciət edə bilərsiniz.

23 şərh

tarixci1919
Barlelita və ctrlA, sizləri təbrik edirəm, İnşallah bundan da böyük uğurlara imza atasınız. Davamını da gözləyirik.
elshad
Qalibləri təbrik edirəm .seçəcəkləri çanta pul kisəsi həmişə dolu olsun :).
Ferbara

Mən də crlA və Barlelitanı təbrik edirəm. İnşallah, bu cür də davam edərlər. :)
babayeva_sabina

təbrik edirəm

uğurlarınız bol olsun

pascal
ctrlA və BaRLeLiTa sizi ürəkdən təbrik edirəm. Fəaliyyətiniz bundan da artıq mükafatlara layiqdir, ama, nə edək ki, saytımızın imkanı ancaq buna çatır. ;) :)) 
asel
mən də təbrik edirəm hər 2 qalibi. uğurlarınız davamlı olsun İnşallah
Ferbara
Saytın tamam başqa formada xeyriyyə işi necə olur?
pascal
Səhv etmirəmsə, bu xeyriyyə işi kayzen saytında ilk dəfədir olur. Mən bu saytı uzun müddətdir izləyirəm (hələ burda qeydiyyatdan keçmzədən də əvvəl) Mən heç bir xeyriyyə kompaniyasına burda rast gəlməmişəm. Bəlkə gözümdən yayınıb, bilmirəm. 
O ki qaldı məsuliyyətin altından qaçmağa...çox şükür ki, buranın istifadəçilərinin belə namərdliyi yoxdur ki, pulu götürüb aradan çıxsınlar. Kayzen «dəstəyinizə» görə minnətdaram.
Ferbara
:) Başqa miqyas deyəndə nəyi nəzərdə tutur?
pascal
Cavid bəy sizdən fərqli olaraq bu təşəbbüsə dəstək verdi, sağ olsun. Bu o demək deyil ki, biz məsuliyyəti onun və yaxud saytın üzərinə yıxırıq.
nurr
tebrik edirem mende axarinci olsun :)
Cavid
Dəyərli istifadəçilər, əvvəlcə qalibləri təbrik edirəm və mənə şəxsi mesajda yazmalarini xahiş edirəm mükafatin alinmasi və onlara çatdırılması barədə, seçimi stilim.az -dan edəcəklər və mükafat onlara çatdırılacaq, şəxsi mesajda yazin zəhmət olmasa, xeyriyyə işinin təşkilində biz əlimizdən gəldiyi dəstəyi verdik və bunu davam etdirməyə də haziriq demək istədiyimiz, bu sadəcə  istifadəçilərin esas etmək istədikləri təşəbbüsdür və reallaşdırıldı biz sadəcə nuna birbaşa təsir edə bilmərik, yəni kim istədisə iştirak etdi, Ferbara inain buda olub, ən azindan elə mu qədər məqalələrə vəsait sərf edib pulsuz hər kəsin istifadəsinə mümkün etmək özü bir xeyriyyə deyilmi sizcə, bizim çəkdiyimiz əziyyətləri bilsəz inanin bizi başa düşərsiz, təşəkkür edirəm
Ferbara
Aydınlıq gətirdiyiniz üçün təşəkkür edirəm. Həmişə saytın nümunəvi olmasını arzu etmişəm. Sizə işlərinizdə uğurlar. :)
pascal
Cavid bəy, bəlkə də haqlısız və mən sizə inanaıram. Amma, bunu da boynumuza alaq ki, saytda, bütün istifadəçilərin gözü önündə, ən böyük yardım kompaniyası bu idi. Dəstək ancaq verilən pula görə ölçülmür. Söz ilə də dəstək vermək olur. Kayzendən də bunu gözləyirdim, ama..«nə umurduq, nə bulduq»  :)
Siz və 2ral sağ olun ki, burda hər iki tərəfdən mövqeyinizi bildirdiniz. Bir daha sizlərə minnətdaram. Düzdür məbləğ elə də çox deyil, amma, inşallah bir ailənin üzü güləcəksə, bu da bizə yetər. 
ctrlA
Təbrik edən hamıya təşəkkür :)
BaRLeLiTa
Layiq bildiyiniz üçün təşəkkür edirəm..Təbrik edən hər bir istifadəçiyə ayrı-ayrı öz minnetdarlığımı bildirirəm.Çox sağ olun ki,yazılarımı bəyənib qiymət verirsiz.Allah hər birinizdən razı olsun.
_BUMERANQ_
Mən də təbriklərə qoşuluram. :)
kagizgemiler
ÇOX GÖZƏL.layiqli yazıların müəllifləridir.çox həvəslə oxuyuram bu yazıları.inşALLAH həyatda da bundan daha böyük uğurlara imza atarlar.təbriklər:)))
seyidova
ikisininde topikleri maraqlı olur..tebrikler ve teşekkürler :))
reality_man
Bəs niyə anonsun tarixi 25 dekabr göstərilib???
kayzen
sadəcə səhv yazılmışdı düzəldildi, 25 yanvar tarixindən 25 fevral tarixinə nəzərdə tutulur yəqin ki aydın olub