"Ən yaxşı məqalə" müsabiqəsi

Uzun müddətli fasilədən sonra kayzen.az-ın rəsmi bloquyla yenidən qarşınıza çıxdıq. 3 ay da keçsəydi əgər, son rəsmi anonsumuzla bu gün arasında 2 il fərq olacaqdı. Bu qədər uzun fasilə nə üçün? 
Əsas səbəb budur ki, nə vaxt istifadəçilər arasında müsabiqə keçirsək və həmin müsabiqənin qaliblərini seçsək, həmən istifadəçilər hədiyyələrilə birgə burdan çıxıb gedirlər. Nümunə üçün göstərə bilərik, müxtəlif vaxtlarda qalib olmuş mr13, Nailə Rzayeva, Mason, Xrizoberil, ctrlA… illərdir saytda görünmürlər. Bəzi qalib istifadəçilərin isə sayta gəlişləri səngiyib. Deməli, müsabiqə keçirmək «Kayzen»ə düşmür. Buna baxmayaraq ənənəmizdən vaz keçmirik, risk edirik. ;) 

Soyuq dekabr günlərində içinizi az da olsa isidəcək bir müsabiqəyə başlayırıq. Mütəmadi olaraq keçirilən və aktiv fəaliyyət göstərən qalib istifadəçilərə təqdim olunacaq mükafatlar bu dəfə alsevin.az və stilim.az - dan olacaq. 

Nəzərinizə çatdıraq ki, alsevin.az və stilim.az sizə dünya şöhrətli brendlərin istehsalı olan qadın və kişi çantalarının, kəmərlərinin, işğüzar çantaların, qadın ayaqqabılarını və digər kişi və qadın aksesuarlarının online satışını təklif edir. Təklif olunan bütün malların keyfiyyətinə tam zəmanət verir.

Deakbr ayının 10-dan Yanvar ayının 10-na kimi olan müddətdə baş tutacaq müsabiqəmiz bu nominasiyalar üzrə keçirilir: 

1. "Ən yaxşı məqalə"  — Bu məqalədə qalib olan istifadəçi alsevin.az-dan 100 Azn dəyərində kupon əldə edəcək.

2. "Ən yaxşı 2-ci məqalə" üzrə qalibimiz isə stilim.az-dan 50 AZN dəyərində kupon qazanacaq.

3. "Ən yaxşı mikrobloq" və "Ən yaxşı şərh" sahibi isə bizdən kitab hədiyyə alacaq.

Nəzərinizə çatdırırıq ki, seçilən, qalib olunan məqalələr bu şərtlərlə qəbul ediləcək:
 
Məqalə orjinal olmalıdır. Amma tərcümə də ola bilər, əlbəttə ki, bəzi dəyişiklik və əlavələr edilməklə.
 
Saytda yığdığı reytinq (+lar) nəzərə alınacaq. (bu, iki əsas şərtlərdin biridir, 1-cisi yox)

Məqalə seçərkən onu oxumaq, diqqət göstərmək, münasibət bildirmək, şərh yazmaq baxımından fikirlər nəzərə alınacaq.

Məqalədə mövzuya uyğun şəkil və videolar yerləşdirilməsi, yazının səliqəli və gözəgəlimli olmaq baxımından nəzərə alınmalıdır.

İstifadəçiləri fəal olmağa çağırır, uğurlar arzulayırıq.

19 şərh

pascal
Xeyirli, uğurlu olsun.
Yəqin bu müsabiqə istifadəçilərə öz beyinlərini işə salmağa stimul verəcək. 
Shabnam_Ilham
Oooo maraqlı müsabidəqi :) İndidən təxmin edə bilirəm təxmini qaliblər kim olacaq :) Hər kəsə uğurlar :) 
MURAD_SEYFULLAYEV
Elə deməyin, özlərinə inamı zəif olanlar biraz da həvəsdən düşə bilərlər. :) Əslində Kayzendə olan istifadəçilərin əksəriyyəti yaxşı şərh, topik, m.topik yazmaq potensialına malikdirlər, əsas olan onların bu potensialından istifadə etməsi və buna həvəsləndirici nəyinsə olmasıdır. :)
MURAD_SEYFULLAYEV
Çox sevinirəm Kayzendə müsabiqə vaxtına düşə bildiyim üçün. Biraz sıx dərs oxuduğum vaxta düşsədə bu ay, çalışacam Kayzeni diqqətimdən kənar saxlamayım və dəyərli Kayzenə vaxtımdan mümkün qədər ayırıb bir neçə topik yerləşdirəcəm. Düşünürəm ki, gərək içi mən qarışıq, uzun şikayətlərdən sonra Adminlərin hərəkətə gəlməsinə qarşılıq olaraq biz də fəaliyyətimizlə onların «cavabını verək». :) 

İnşallah Kayzeni maraqlı şərhlərlə, topiklərlə görəcəyimə ümidliyəm. Hərkəsə Uğurlar! :)
name
Gərək kayzen`çilər başlarını sıxıb ondan tökülən orijinal fikirləri ən yaxşı şəkildə, doğru hərflər seçərək sözlərə çevirsinlər. Sıxdıqdan sonra qurumasın deyə, başı yenidən Kayzen dəryasına salmaq lazımdır amma..:) Görək kimin qolları, qələmi, klaviaturası güclü çıxacaq. Hamıya uğurlar.:)
Don_Elnur
name, elə sizin də məqalənizi görmək çox maraqlı olardı :) 
name
Yaxşı fikirləri çağıranda sözə baxıb gəlsəydilər, yaxşı olardı.:D
kurdamir
Məqaləni Oxuyar-oxumaz Sevindim,Uğurlar Hər kəsə 
kurdamir
Kayzen (admin) İnternet Araşdırmalarından ibarət Məqalə Ola bilər?
pascal
kurdamir, yazılıb orda, məqalə orijinal olmalıdır, amma tərcümə də ola bilər. O tərcüməyə dəyişiklik edə və öz əlavələrini də qata bilərsən. 
ORIGINAL
Əla, həvəsləndirici bir addımdı. Lap təzə üzv olanda mən də bu cür stimullaşdırıcı müsabiqədə qalib olmuşdum, amma indi o vaxtkı dörvrlərlə müqayisə edəndə indi bir o qədər də aktiv ola bilmirəm. Müsabiqədən dərhal sonra aktivliyim səngiməsə də, bir müddət sonra vaxt azlığı və bəzi səbəblərə görə aktivliyim səngidi. Bir çox qaliblərin ümumiyyətlə bu saytda daha görünməsi və aktivliyinin azalması doğurdan da maraqlı məqam idi. Hardasa özümə də aid etdim.
MURAD_SEYFULLAYEV
Amma sizin yenidən qayıdıb, daha da aktiv fəaliyyətə başlamanız, gəlib onlaynda görünüb gedən, özlərini Kayzenə özgələşmiş hesab edən istifadəçilər üçün yaxşı misal və həvəsləndirici ola bilər, elə bizim üçün də. Qaldı ki, qalib olmağınıza; misal üçün sizin biraz əvvəl «Möhtəşəm Motivasiya» adlı topikiniz qalib kürsüsünə layiq idi. Məncə yeni oxşar topikinizdə diqqətdən kənar qalmaz. 
ORIGINAL
Təşəkkür edirəm dəyərli şərhinizə görə, elə məhz bu şərhlə məni möhtəşəm motivasiya etdiniz ;)
MURAD_SEYFULLAYEV
:) Cəsarətinizi gördük, indi də fərasətinizi görək onda. ;)
Gülnar
Bir neçə fikrim var. Vaxtım olsaydı bir az araşdırma aparıb yazardım. 
Sayt adminstrasiyası bu stimullaşdırıcı qərarı ilə doğru zamanda doğru addım atıb deyə düşünürəm və təşəkkür edirəm buna görə. Hər kəsə uğurlar. 
P.S. Xahiş edirəm, copy paste yazıları doldurmayın, doldurursuz altından özümünküdü yazmayın heç olmasa. 
beautiful
Bəs mikrobloqlar necə? öz beynimizin məhsulu olmalıdı?
_BUMERANQ_
Böyük riskdi düzü, inşallah bu dəfəki müsabiqə saytımıza düşərli olar. :)
Uğurlar! 
kayzen
5 gün keçdi, bəzi məqalələr seçilmə gücündədir ancaq əlbətdə ki 30 gün tamam olandan sonra qiymətləndirmə aparılacaq haminizi aktiv topik yazmaqa dəvət edirəm
Cavid
Salam hər kəsə, dekabr ayının 10 dan yanvar ayının 10-a davam eden Ən yaxşı məqalə müsabiqəsi dünən sona çatdı qaliblər seçilir, yaxşı məqaələlər ay ərzində çoxdur ancaq ən yaxşısın seçmək lazımdır buda asan deyil) sabah nəticələr açıqlanacaq inşAllah