Рейтинг
+74.88

kayzen.az saytının rəsmi bloqu

50 üzv, 48 topik

Rəsmi anons-08.03.2012

8 Mart tarixində istifadəçilərə salamlar!
Keçən dəfə söz verildiyi kimi, ay ərzində aktivliyi ilə seçilən ən yaxşı istifadəçiyə 50$ hədiyyə veriləcəkdi. Yekun qərara görə YingYang qalib seçilir.
Bugün həm də Beynəlxalq Qadınlar günüdür.Saytımızın xanım istifadəçilərinə uğurlar və xoşbəxtlik arzu edirik. Xanım istifadəçilərdən nisbətən fəallığı ilə seçilən Rene də 50$ mükafatlandırılır.
Saytda hazırda tibbə və iqtisadiyyata aid yazılara böyük ehtiyac var,kömək edə biləcək hər kəsə təşəkkürlər.

Davamı →

Rəsmi anons-08.02.2012

Havalar soyuqdur,yollar da buzlu. Amma Kayzen.az saytında qızğın fəaliyyət var.
Saytda keçən ay ərzində yenə də aktivlik müşahidə olundu. Demək olar ki, hər bir sahəyə (din, karyera,təhsil,biznes) aid xeyli məlumat yerləşdirildi.
  • Saytın qaydalarında dəyişiklik var.Qaydalara riayət etmək mütləq lazımdır. Hamının bu qaydaları oxuması vacibdir.
  • Bu aydan etibarən saytda öz fəaliyyəti ilə ən çox rəğbət qazanan istifadəçiyə həvəsləndirici 50$ mükafat verilir. İlk ay üçün nəticələr 8 Mart tarixində açıqlanacaq.
  • Saytda son dövrlər reytinq haqqında xoşagəlməz söbətlər gəzir. Hamının nəzərinə çatdırılır: Səs verəndə daxili vicdanın səsinə və ədalətə görə səs verilsin. Qohumluğa,tanışlığa və s. görə səs vermək obyektivliyi pozur.Kiminsə saytın qaydaları xoşuna gəlmirsə,sayt administrasiyasından narazıdırsa, yaxşı olar ki,elə indidən saytla vidalaşsın.
  • Bu ay sayt texniki səbəblərdən bir neçə saat işləməyəcək.Sayt işləməyəndə yaxud sayta girməyəndə [email protected] ünvanına öz suallarınızı görə bilərsiniz.

UPD.
Mikrobloqda sabahın xeyir,Kayzen. gecən xeyrə,filankəs kimi status paylaşmaq olmaz.
Üəzrində türk dilində yazı olan fotoşəkillər və türk dilində mikropostlar yazmaq olmaz,əks halda onlar silinəcək.

P.S. Saytı populyarlaşdırmaq və daha da tanıtmaq üçün təklifləri olanlardan şəxsi mesajla əlaqə saxlaması yaxud [email protected] ünvanına yazması xahiş olunur.

Davamı →

Rəsmi anons-10.12.2011

Soyuq dekabr günündə hamıya salam.
Bu dəfə sizi dekabrın səkkizi əvəzinə onunda sizi salamlayırıq.


Keçən ay ərzində saytda yenə də həmişəki kimi maraqlı və faydalı yazılar yerləşdirildi.Əziyyət çəkənlərə təşəkkürlər. Bu ay ərzində



Ardı →

Sayt yenilikləri-8 noyabr

Havanın havalandığı,qarlı-palçıqlı noyabr günündə Kayzen.az istifadəçilərinə salamlar.
Gözlənilənlərin əksinə olaraq sonuncu bir ay ərzində nəinki saytda passivlik müşahidə olundu,əksinə xeyli artım qeydə alındı.
Saytımıza hətta Afrikanın uzaq Seneqal elindən də gələnlər oldu: spammerlər bütün istifadəçilərlə tanış olmaq adı ilə məktub göndərib fırıldaqçılıq etmək də istədilər. Spam yazanlara heç bir cavab yazmamaq xahiş olunur.
Saytda düşündürücü hekayələr bloqunda hər gün yeni bir məqalə görmək artıq adi bir işdir. Marketinq, tarix ,uğur psixologiyası bloqlarında etdikləri fəallığa görə istifadəçilərə təşəkkür edirik.
Yeni bir anonsumuz var: saytımızın yeni açılmış Google+ servisində rəsmi səhifəsi fəaliyyət göstərməyə başladı.


Davamı →

Rəsmi anons-8 oktyabr

Kayzençilər,salam.
Həmişə olduğu kimi bu ay a ən maraqlı məqalə müəllifini mükafatlandırmaq davam edir. Sentyabrın 8-dən bu yana çox maraqlı yazılar qoyulub.Amma onların arasında ən çox səs toplayanı bir pritçanı yazmış Nailə Rzayeva oldu. 50 AZN həvəsləndirici müjafat ona verilir.
Bu ay kino haqqında topiki ilə sevindirmiş Türkələ 2 nəfərlik bilet də hədiyyə olunur.Qoy kino haqqında icmalını bizimlə paylaşsın.


UPD.
Saytda son dövrlərdə mikrobloqları ilə bizi sevindirmiş Maksimus və yravil də kinoteatra bilet qazanır.
Ardı →

Pul mükafatı-8 sentyabr

Hamınızı xoş gördük!


Kayzen.az saytında artıq uzun müddətdir ki, hər ay ən maraqlı yazı müəlliflərinə həvəsləndirici mükafatlar verilir. Həmişəki kimi ayın 8-i tarixində ən yaxşı topik müəllifinə 50 AZN məbləğində mükafat verilir.


Keçən ay ərzində bir çox maraqlı məqalələr yazıldı.Məsələn:


Ardı →

Video yükləmək

Son günlər mənə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq sizlərlə yazdığınız məqaləyə video və şəkil yükləmək haqqında ümumi məlumat vermək istədim. Əvvəlcə onu qeyd edim ki, bütün proseslər şəkillər və işarələr vasitəsi ilə qeyd olunacaq.
Video yükləmək
Yazdığınız yazıya video yükləmək üşün Şəkil 1- də qeyd olunduğu kimi soldan 8-ci düyməni (mediya-obyekti əlavə/redaktə et) basmaq kifayətdir. Həmin işarəyə (mediya-obyekti əlavə/redaktə et) basdıqdan sonra yeni pəncərə açılacaq.
Ardı →

Saytda pul hədiyyəsi-8 avqust

Sərin yay günündə hamını xoş gördük. Hər ay olduğu kimi internetdə pul qazanmaq imkanı davam edir. Keçən ay ərzində ən maraqlı,ən çox + yığmış topik müəllifinə 50 AZN mükafat verilir. Bu ay ərzində aşağıdakı kimi maraqlı və populyar məqalələr vardı:



Lakin 33 dəfə + yığmıış Məsləhət edirəm ki... yazısı düz 33 dəfə + yığdı və onun müəllifi cahandar qalib olur.


Bu ay bir çox yeniliklər oldu. Çoxsaylı xahişlərə əsasən sosial paylaşım alətləri əlavə edildi. Bütün Facebook və Tvitter istifadəçilərindən bəyəndikləri topikləri tez-tez like edə və tvitləyə bilər. Nə qədər mümkünsə o qədər çox like etməyi bəyənirəm:)


Müsabiqə davam edir.Maraqlı, gəncliyimizə və təhsilə faydalı yazıları gözləyirik.


Davamı →

Reytinq hesablanmasına dair suallar

Son zamanlar çoxları reytinq sisteminin hesablanmasına aid suallar verir. Əlaqə formu, şəxsi mesaj və şərhlərdə çoxları reytinqin hesablanmasından şikayət edir,sualar verir.
Reytinq sistemi bölməsində bu arədə kifayət qədər yazılıb. Lakin bir sıra cavablanmamış suallar da var.
  • Topikə verilən səs sayı ilə reytinq sayı uyğun gəlməyə bilər.Ola bilər ki,topikə 10 nəfər hamı + versin,amma topikin reytinqi +18 olsun.Bu ona görə baş verir ki,reytinqi çox yüksək olan istifadəçilərin verdiyi səs də yüksək olar.Elə istifadəçilər var ki,onların verdiyi bir səs reytinqi aşağı olan 5 adamın səsinə bərabər olsun.
  • Süni şəkildə reytinq artımına cəhd etmək olmaz. Bir istifadəçinin topiklərinə dalbadal + verməkləona yaxşılıq etmirsiniz.Baş səhifəyə maraqlı, faydalı,qrafik təsviri olan, bədii tərtibatı gözəl olan,copy-paste olmayan məqalələrin çıxarılması məsləhət görülür.
  • Bəzən isifadəçinin reytinqinin bir neçə dəqiqə ərzində çox kiçik miqdarda azalıb (artıb) sonra yenidən əvvəlki vəziyyətinə düşməsi baş verir. Bu normaldır.  Süni intellekt hesablama aparırGülümsəyir
  • Xoşa gəlməyən məqalələrə minus verməkdən çəkinməyin. Düzdür,Kayzendə olan məqalələrin böyük əksəriyyəti maraqlıdır,amma bütün məqalələrə də + vermək olmaz.Xoşunuza gəlməyən şərhlərə və topiklərə minus verməkdən çəkinməyin.
  • Məqalənizin Facebook səhifəsində yayımlanması üçün onun baş səhifəyə düşməsi, içində fotoşəkil olması vacibdir.
  • Ən əsası, reytinq xəstəsi olmayın. Əsas kəmiyyət yox,keyfiyyətdir.

Davamı →