Рейтинг
+13.12

Kimya

9 üzv, 10 topik

Hidrogen

  • Kimya

Bir Şeydən Hər Şey: Hidrogen

“Hidrogen”, eyni Ərəb dilindəki qarşılığı olan “muvellidul-ma” (su meydana gətirən) kimi Yunan dilində də “su əmələ gətirən” mənasını verir (“su” mənasına gələn “hydro”, “əmələ gətirən” mənasında “genes”). İlk dəfə 1776-cı ildə Henri Kavendiş tərəfindən izolyasiya edilən, 1784-cü ildə su buxarını qızdırılmış metal üzərindən keçirərək hidrogen və oksigenə ayıran Anton Laurent de Lavoiser tərəfindən adlandırılan hidrogen; Kainatda ən çox və ən yayğın olan elementdir. Digər bütün elementlər başlanğıcdakı hidrogenin üzərinə bina edilən digər elementlərdən yaradılmışdır. Bu günkü məlumatımıza görə hidrogen kainatdakı bütün atomların %90-dən çoxunu və ümumi kütlənin dörddə üçünü təşkil edir. Ulduzları əmələ gətirən əsas elementdir. Günəşdəki bitişmə prosesi ilə birləşərək helium atomlarının nüvələrini əmələ gətirən hidrogen atomları çox miqdarda enerji meydana gətirir.


Ardı →

Məhlullar

  • Kimya
Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır
Aqreqat halına görə məhlullar maye, bərk, qaz halıda olurlar. Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi,qaz qarışığı məhluldur.
Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür.Təbii sular,qan,limfa və fizioloji mayelər məhluldur;qidanın mənimsənilməsi onun məhlula keçməsi nəticəsində mümkün olur;kimyəvi çevrilmələrin çoxu mühiti maye olan müxtəlif məhlullarla bağlıdır.Həll olan maddə və həlledici eyni aqreqat halında olduqda çoxluq təşkil edən maddə həlledici hesab edilir.
Həqiqi məhlullardan əsas xüsusiyətlərindən biri odur ki,onlar həllolan maddə ilə həlledicinin sadəcə olaraq toxunmasından əmələ gəlir.Bu isə öz-özünə baş verən qarşılıqlı diffuziya prosesi ilə əlaqədardır.Qarışdırma,çalxalama və başqa mexaniki təsir isə məhlulun əmələgəlmə prosesini yalnız sürətləndirir.
Ardı →

Fiziki və kimyəvi hadisələr

  • Kimya
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir.
Bu zaman maddənin yalnız aqreqat halı və ya forması dəyişir.
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnən hadisələr kimyəvi hadisələr adlanır. Bu zaman başlanqıc maddədən yeni maddələr əmələ gəlir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir. Kimyəvi reaksiyaları bəzi xarici əlamətlərinə görə təyin etmək olar:
Rəng dəyişməsi
Çöküntü alınması
Qöxunun əmələ gəlməsi
Qaz əmələ gəlməsi

Kimyəvi hadisələr həmişə fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması zamanı karbon qazı və suyun əmələ gəlməsi (kimyəvi hadisə) ilə yanaşı işıq və istilik ayrılır (fiziki hadisə).
Davamı →

Qarışıqlar

  • Kimya
İki və daha çox qarışıq maddənin kimyəvi xassələrini itirmədən əmələ gətirdiyi sistem qarışıq adlanır.
Eynicinsli qarışıqlar
Xassələri hər yerdə eyni olan qarışıqlardır. Tərkibindəki hissəciklər gözlə və ya optik cihazlarla görünmür. Buraya daxildir:
Məhlullar (şəkərin suda məhlulu)
Ərintilər (bürünc, polad, çuqun)
Qaz qarışıqları (hava, tüstü)
Ardı →

İon, İzotop, İzoton, İzobar, İzoelektron

  • Kimya
(+) və (–)  atom və ya atom qruplarına ion deyilir.

Ø Atom elektron verdikdə (+) yüklü ion əmələ gəlir –     kation adlanır.

+n ionun yüküdür.

Ø Atom elektron aldıqda (–) yüklü ion əmələ gəlir –    anion adlanır.

– m ionun yüküdür.

İzotop

Nüvə yükü – proton sayı eyni, kütlə ədədi fərqli olan atom növləri izotop adlanır.

bir-birinin izotopudur.

Ø İzotop atomların kimyəvi xassələri eyni, fiziki xassələri müxtəlifdir.


İzoton

Neytron cayı eyni, nüvəsinin yükü və  kütlə ədədi fərqli olan atomlara izoton atomlar deyilir.

atomlarının hər ikisində 16 neytron olub izoton atomlardır.

İzobar

Atom kütləsi eyni, proton və neytronların cayı  fərqli olan atomlar izoton adlanır.

atomları izobardır.

İzoelektron

Elektron sayı eyni olan atom ionlar izoelektrondur.

ionları izoelektrondur.
Davamı →

Dövri qanun

  • Kimya
Dövri qanun aşağıdakı kimi ifadə olunur:
Kimyəvi elementlərin, eləcə də onların əmələ gətordiyi bəsid və mürəkkəb maddələrin forma və xassələri atomların nüvə yükünün artmasından dövri surətdə asılıdır.
Dövri qanunun qrafik təsviri dövri sistem cədvəli adlanır.

Dövri sistem cədvəli:
dövrlərdən – üfiqi yerləşmiş sıralardan və
qruplardan – şaquli yerləşmiş sütunlardan ibarətdir.
Dövrlər sıralara, qruplar isə əsas (A) və əlavə (B) yarımqruplara bölünür.
Cədvəlin qısa və uzun forması var.
Qısa formada:
7 dövr
10 sıra
8 qrup
I, II, və III dövrlər kiçik, qalan dövrlər isə böyük dövrlər adlanır.
Davamı →

Neft necə yaranır?

  • Kimya

Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.


Ardı →

Element və birləşmələr

  • Kimya
Eyni növ atomlardan əmələ gələn saf maddəyə element deyilir. Metal, qeyri metal və təsirsiz qazlar elementdir.
Elementlərin xassələri:
Homogendir (xassələri hər yerdə eynidir).
Sabit ərimə və qaynama temperaturuna malikdir.
ən kiçik hissəciyi atomdur.
Kimyəvi və fiziki üsullarla daha bəsid maddələrə ayrılmır.
Tək atomlu (Al) və ya molekul (N2) halında olur.
Müəyyən simvollarla göstərilir. Latınca adlarının ilk hərfləri simvol kimi istifadə olunur.
Ardı →

Maddələrin təsnifatı və xassələri

  • Kimya
Təbiət elmlərindən biri olan Kimya — maddələr və onların çevrilmələri haqqında elmdir.
Kimyada maddələrin tərkibi, quruluşu, xassələri, kimyəvi  çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan proseslər öyrənilir. Ətrafımızda müxtəlif cisimlər maddələrdən əmələ gəlmişdir. Hər bir maddə müəyyən kütlə və həcmə malikdir.
Məddələri bir-birindən fərqləndirən və onların oxşar cəhətlərini müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
Əsasən maddələrin iki xassəsini ayırd edirlər:
I Fiziki xassələri — aqreqat halı, rəngi, sıxlığı, ərimə və qaynama temperaturu, istilik keçirməsi, elektrik keçirməsi, iyi, dadı, suda həll olması və.s.
II Kimyəvi xassələri — başqa maddəyə çevrilməsi, digər maddələrlə qarşılıqlı təsirdə olması.

Maddələrin təsnifatı


Maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar:
Aqreqat halına görə: bərk, maye, qaz halında olan maddələr:
Buz (bərk)  →  su (maye)  → bu buxarı (qaz)

Fiziki xassələrinin sabitliyinə görə: saf maddələr və qarışıqlar.
Tərkibinə görə: bəsid və mürəkkəb maddələr və s.
Davamı →