Bloq haqda
Dünya kinosu. Məşhur filmlər, dnüya kinosunun analizi,müasir trendlər,kino tarixi.
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (14)
Qiyasli Samir012 Xrizoberil Aristotel Gülnar AykaJackson Azərbaycan Abdulyar Aysel218 yravil SÜSən_Mehrəliyeva Bakılı Nicat_Amazing Ali_AliyevMaykl Mur
Rejissorun diqqətçəkən digər sənədli filmi «Kolumbina üçün boulinq» (2002) oldu. Film 1999-cu ildə Kolumbina şəhərindəki (Kolorado ştatı) məktəbdə iki yeniyetmənin yaşıdlarını güllələməsinin səbəblərini araşdırır. Murun qənaətinə görə, faciənin kökündə Amerika cəmiyyətinin qeyri-sağlamlığı dayanır və bu cəmiyyət insanları həmişə qorxu altında saxlayır. Rejissor iddia edir ki, ölkənin hakim elitası və biznes korporasiyasının əsas məqsədi insanları sosial, ekoloji problemlərdən yayındırmaqdır. Ümumiyyətlə, «Oskar» mükafatçısı olan Murun hər filmi manifest xarakteri daşıyır. Siyasi baxışlarına görə solçu olan Mur Amerika hakimiyyətinə qarşı qatı müxalif mövqeyi ilə seçilir.
Ardı
- ?
- 11 may 2012, 00:23
- Azərbaycan
- 1
Kventin Tarantinonun «Şərəfsiz alçaqlar» filmi
İndiyədək II Dünya müharibəsi haqqında saysız-hesabsız filmlər çəkilib. Onların arasında sadə insanların həyatı üzərində qurulan, faşizmə qarşı mübarizə aparan tarixi şəxsiyyətlərin qəhrəmanlığından danışan, sıravi döyüşçülərdən bəhs edən və s. filmlər var.
Bu ekran əsərlərinin hamısı bu və ya digər dərəcədə tarixi faktlara əsaslanıb. Amma Amerika müstəqil müəllif kinosunun yeni mərhələsinin yaradıcısı, «Kriminal qiraət», «Quduz köpəklər», «Billi öldürməli» və s. filmlərin müəllifi Kventin Tarantinonun axırıncı ekran əsəri olan «Şərəfsiz alçaqlar» filmi nəinki tarixi faktlara əsaslanmır, ümumiyyətlə, hamının qəbul etdiyi tarixi reallığı alt-üst edir. Tarantinonun filmləri ifrat dərəcə fərqli, özünəməxsus məziyyətləri ilə seçilir: qara yumor, qəhrəmanların uzun dialoqları, məşhur filmlərdən sitatlar və s. Üstəlik, tamaşaçının gözləntilərinin əksinə olaraq, onun filmləri tamamilə ağlasığmaz axarda davam edir, gözlənilməz finalla bitir.
Ardı
- ?
- 27 aprel 2012, 11:28
- Azərbaycan
- 2
Pirotexniklər
Hər bir ekran əsərinin ərsəyə gəlməsi kollektiv əməyin məhsuludur. Tamaşaçı həmin kollektivin üzvlərindən bir qismini (aktyorları) ekranda görür, digərlərinin — ssenarist, rejissor, operator, bəstəkar və s. yaradıcı şəxslərin kimliyini ilk titrlərdən öyrənir. Filmin çəkilişində yer alan əksər şəxslərin adları isə ya əvvəldə, ya da sonda “qaçan” sətirlərlə təqdim olunduğundan çoxları üçün onlar naməlum qalır.
Kadr arxasında qalan bu insanların əməyi zəncirvarı halqanı xatırladır. Bir-birindən asılı olan və nəticə olaraq ekran əsərini ərsəyə gətirən işçi “zəncir”lərdən biri də pirotexniklərdir. Bu maraqlı, eyni zamanda kifayət qədər təhlükəli peşənin sahiblərinin kinoda öz yeri, sənət yolu var.
“Azərbaycanfilm” kinostudiyasının pirotexniki Əlibala Məmmədov 30 ildən çoxdur ki, bu sahədə çalışır. Onunla kinostudiyanın silah-sursatlı, barıt qoxulu pirotexnik otağında görüşdük.
Ardı
- ?
- 17 aprel 2012, 00:03
- Azərbaycan
- şərh əlavə et
Bizi ağladan və güldürən kino
Ardı
- ?
- 09 aprel 2012, 20:09
- Ali_Aliyev
- şərh əlavə et
Kino tarixi
Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.
1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.
Ardı
- ?
- 21 mart 2012, 16:47
- Azərbaycan
- şərh əlavə et
Caz və kino
Beləliklə, caz və kinonun birgə əməkdaşlığı səsli kinonun yaranmasına bir təkan oldu. Məhz bu əməkdaşlığın nəticəsidir ki, 1927-ci ildə rejissor Alan Croslandın “Caz ifaçısı” (“The jazz singer”), 1930-cu ildə rejissor Con M. Andersonun “Caz kralı” (“King of jazz”) adlı musiqili filmləri meydana çıxdı. Tədricən belə filmlərdə əsrarəngiz caz musiqilərinin ifası tamaşaçı və kinematoqrafçıların diqqətini özünə cəlb edə bildi. O dövrün ən məşhur caz ifaçısı Lui Armstronqun ifası kinematoqrafçıların diqqətindən yayınmırdı və onun ifasına filmlərdə böyük üstünlük verilirdi.
Ardı
- ?
- 16 mart 2012, 16:27
- Azərbaycan
- şərh əlavə et
Ən qalmaqallı filmlər
Almaniyanın «Sinema» jurnalı kino tarixində bütün dövrlərin ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran 70 filmin adını açıqlayıb. Bu siyahıya düşən filmlərdən daha çox maraq doğuranları təqdim edirik.
Siyahının ilk pilləsində dahi ispan rejissoru Luis Bunyuelin ekranlaşdırdığı və kino tarixində ilk qalmaqal şokunu yaradan «Əndəlus köpəyi» filmi (1929) dayanır. Ülgüclə gənc qızın gözünün kəsilməsi indiyədək dünya kinosunun ən amansız səhnələrindən biri sayılır.
Siyahıda ikinci yerin sahibi yenə də sürrealist Bunyuelin filmidir: «Qızıl əsr» (1930). Pornoqrafik film kimi damğalanan «Qızıl əsr»i qəzetlər həm də bolşevizm əhval-ruhiyyəsinə görə günahlandırırdı. O zaman filmin nümayişinə yasaq qoyulmuş, surətləri isə müsadirə edilmişdi.
Ardı
- ?
- 02 mart 2012, 00:09
- Azərbaycan
- şərh əlavə et
Luis Bunyuel
Luis Bunyuel İspaniyanın Aşağı Araqon vilayətində çoxuşaqlı varlı mülkədar ailəsində doğulub.
Saraqosda yezuit kollecində təhsil alan Bunyuelin hələ yeniyetməlik dövründə dinə ilk şübhələri yaranır. Bu şübhələr sonralar o, Madrid universitetində oxuyanda ateizmə çevrilir. Bunyuelin formalaşmasında «1898-ci il nəsli» adlandırılan F.Lorka, R.Alberti, X.Gilyenlə tanışlğı da təsirsiz ötüşmür.
Onun rejissorluq peşəsini seçməsində isə 1920-ci illərdə Parisdə yaşadığı dövr böyük rol oynayır. Burada sürrealist rəssamların ictimai proqramı ilə tanış olan Luis Bunyuelin dahi rəssam Salvador Dali ilə işbirliyi başlayır.
Ardı
- ?
- 24 fevral 2012, 23:00
- Bakılı
- şərh əlavə et
Hind kinosu
Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.
Ardı
- ?
- 18 fevral 2012, 10:19
- Azərbaycan
- 8
“Art House”- müəllif filmi
1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır?
2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır?
3. Dünya kino bazarında müəllif filmlərinin yeri.
Ardı
- ?
- 09 fevral 2012, 11:56
- Azərbaycan
- şərh əlavə et
