Marion Kottilard

  • Kino
Marion CotillardXarici görünüşünə görə aktrisanı çox zaman “Flyleaf” qrupunun solisti Lacey Sturm ilə qarışdırırlar.
Ətraf mühit qoruyucusudur.
Kanadalı rok ifaçı Hawksley Workman-ın böyük fanatıdır.
Özündən kiçik əkiz qardaşları var.


Marion Kottilard 30 sentyabr 1975-ci ildə Parisdə, sənətçi ailəsində doğulub. Onun anası teatr aktrisası, atası isə teatr aktyoru və rejissor idi. Marionun uşaqlığı Orleanda keçib. O burada dramatik sənət konservatoriyası və müğənnilik kurslarına qatılırdı. Ailənin təsiri öz sözünü deyirdi. Belə ki, altı yaşında gələcəyin ulduzu artıq teatr səhnəsinə qədəm qoymuşdu. 

1994-cü ildə Marion böyük kinoda “Highlander: The Series” epizodlarından birində debüt edir. İlk baş rolu isə “L’histoire du garçon qui voulait qu’on l’embrasse” filmində Matilda obrazı olur. Bir neçə ikinci dərəcəli rollardan sonra aktrisa, nəhayət ki, diqqətləri özünə cəlb edə bilir. 1998-ci ildə çəkildiyi “Taxi” filmi onun potensialını açmasa da, aktrisanın uğurlu işlərinin təməlini qoyur. 2000-2003-cü illərdə “Taxi 2” və “Taxi 3” filmlərində də rol aldı.

2003-cü ildə aktrisanın ən sevimli filmlərindən biri ekranlara çıxdı: “Love me, if you dare”… Elə həmin il Marion daha bir yadda qalan, uğurlu filmə çəkildi: “Big Fish”… Rejissor Tim Burtonla işbirliyi aktrisaya marağı birə-beş artırmışdı. Amma şöhrətin zirvəsinə onu Tim Burton yox, başqa bir rejissor – Jean Pier Jene çatdırdı. “Un long dimanche de fiançailles” filmində Audrey Tautounun kölgəsində qalmayan Marion, əksinə Audreydən daha çox yadda qaldı. Yaratdığı obraz aktrisaya “Sezar” mükafatı qazandırdı. Bu filmdən sonra Marion Fransanın ən arzuolunan aktrisasına çevrildi.

2005-ci ildə onun iştirakı ilə birdən-birə düz 5 film ekranlara çıxdı. 2006-cı ildə isə Marion daha bir uğurlu filmə çəkildi. Rejissor Ridley Scott onu Russel Crow-un tərəf müqavili olaraq “A Good Year” filmində baş rola layiq bilmişdi. 2007-ci ildə isə aktrisa ona Oskar və Qızıl Qlobus gətirən, Edit Piaf haqqnda bioqrafik filmə çəkildi – “La Vie En Rose”. Ardınca isə bir-birindən uğurlu filmlər gəlirdi: “Public Enemies”, “Nine”, “İnception”, “Midnight in Paris”, “The Dark Knight Rises”, “De rouille et d’os”… 

Aktrisa 2007-ci ildən bu günə qədər “Love me, if you dare” filmindəki tərəf müqabili olan aktyor, Guillaume Canet ilə evlidir. 


Mənbə: «Film Fiction» jurnalı

0 şərh