Məşhur filmlərdən seçilmiş sitatlar

  • Kino

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən.  “P.S. I Love You”

— Kimi seçirəmsə seçim, biri yenə xoşbəxt olmayacaq...
— Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən?  “The Notebook”


Ümidini tamamilə itirmək azadlıqdır. “Fight Club”

Düzgün qərarlar təcrübədən irəli gəlir, amma təcrübə səhv qərarlardan yaranır. “The Mechanic”

Qoy rinqə çıxım. Heç olmasa mənə kimin vurduğunu bilərəm... “Cinderella Man”

Yaxşı, yaxud pis yoxdur. Sadəcə güc və onu əldə edə bilməyən zəiflər var. “Harry Potter and the Sorcerer’s Stone”

Bəlkə də çox gözəl zəkaya sahib olmaq xoş şeydir, amma daha böyük hədiyyə gözəl qəlbi kəşf etməkdir. “A Beautiful Mind”


Siyasətçiləri həqiqətləri gizlətmək, sənətçilər isə həqiqəti göstərmək üçün yalan danışarlar. “V For Vendetta”

Həyat – heç vaxt səhnələşdirilə bilməyəcək bir pyesin sonsuz təkrarından ibarətdir.  “Amelie”

— O fahişə üçün ölməyə dəyərmi?
— Ölməyə dəyər, öldürməyə dəyər, onun uğrunda cəhənnəmə getməyə dəyər. “Sin City”

Həyat bizi yerə yıxa bilər, amma ayağa durub-durmamaq bizim özümüzdən asılıdır. “The Karate Kid”

Hamımız bir kişinin axmaqcasına davranışlarına baxanda bizdən xoşlandığına inanmağa proqramlaşdırılmışıq. “He’s Just Not That Into You”

Mümkünsüzə çatmağın tək yolu, onun mümkün olduğuna inanmaqdır. “Alice In Wonderland”

Makyaja aldanma. Yollar da gözəldir, amma altından kanalizasiya keçir. “Scarface”

Həyat aldığınız nəfəslərin cəmi deyil, nəfəsinizi kəsən anların cəmidir. “Hitch”


Bu həyat sənə qarşılıqsız verilmiş hədiyyədir. Vaxtı gələndə yenə qarşılıqsız şəkildə geri verməlisəm. “Biutiful”

Onu ağlından atdın. Bəs ürəyindən? “Sunshine of the Spotless Mind”

Gülsən bütün dünya sənin birlikdə gülər. Ağlasan tək ağlayarsan. “Oldboy”

Ya yaşamaqla məşğul olacaqsan, ya da ölməklə. “The Shawshank Redemption”


Mənə məsum olduğunu demə, çünki bu mənim zəkama təhqirdir. “GodFather”

2 şərh

Kinozade
Fight Club və Godfather filmlərinin orijinal analizləri:

Fight Club

Godfather 
Türkəl
Nəzər saldım hər iki linkə, qeyd edilmiş faktlar və illustrasiya həqiqətən də maraqlı idi, lakin məqalələrinizdə analiz (təhlil) deyilən bir şey yox idi. Orijinal olan nəyi nəzərdə tutduğunuzu da anlamadım. Bütün bu faktlar wikipedia, imdb və digər saytlarda var.