Təhminə

  • Kino
P.S. Yazida Vikipediya.az saytinın Məlumatlarindan istifadə edilmişdir...Çox sevilən və Hər dəfə baxdıqda insana mənəvi zövq bəxş edən 1993-ci ildə çəkilmiş Azərbaycan filmi. Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Məlikov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zən edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur.
Təhminə və Zaur bir-birilə tez-tez mübahisə edirlər, ancaq sonuncu dəfə dalaşırlar və barışmaq ümidi qalmayaraq ayrılırlar. Bu ayrılığa Təhminə dözə bilmir davamlı olaraq içki içir və sonda qara ciyər seryozundan
 həyatını dəyişir. Həmin vaxt isə Zaur İstanbulda bal ayında olur. Qayıtdıqdan sonra bundan xəbər tutur və Təhminədən ona yeganə xatirə Sankt-Peterburqda olanda Zaurun aldığı cəza qəbzi (Xoşbəxtlik qəbzi) qalır.

 

Film üzərində işləyənlər

Ssenari müəllifi: AnarQuruluşçu rejissor: Rasim OcaqovQuruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi)Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi)Bəstəkar: Emin SabitoğluSəs operatoru: Akif NuriyevRejissor: Zəfər Murtuzov (Z. Murtuzov kimi)Operator: Tərlan Babayev (T. Babayev kimi)Geyim rəssamı: N. CəfərovaQrim rəssamı: Elbrus VahidovMontaj edən: Gülşən SəlimovaRejissor assistenti: Xuraman Abbasova, Nizami MəmmədovOperator assistenti: Aydın MustafayevÇalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental AnsamblFilmin direktoru: Nadir ƏliyevMahnı ifa edən: Rafiq Babayev ("Əlvida" mahnısı) (titrlərdə yoxdur)Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen (titrlərdə yoxdur), Küçələrə su səpmişəm (Azərbaycan xalq mahnısı; titrlərdə yoxdur)

7 şərh

kurdamir
Maraqlı filmdir…
pascal
Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanı əsasında çəkilmiş «Təhminə» filmi də və ən əsası əsərin özü çox sevdiyim romanlardan biridir. Ona görə ki, Azərbaycan mentalitetini qabardaraq qamçılayan, insanların əxlaqını yalnız qıraqdan baxaraq qiymət verən, nə qədər mənəviyatça şikəst olduqlarını inci mətləblərlə anlatmağa çalışan, onu cəmiyyətə uyğun şəkildə çatdıran əsərlər içərisində bəlkə də ən uğurlusudur bu roman. 
kurdamir, istərdim ki. bu filmi vikipediyadan olduğu kimi köçürməyəsən. Onu oxuyub, anlayıb və anladığın şəkildə də bizimlə paylaşasan. Bu daha da maraqlı olardı. Amma elə bilirəm ki, bu tip əsərləri oxumaq üçün müəyyən qədər həyat təcrübəsi qazanmaq lazımdır. İnşallah, gələcəkdə, ehtiyac duyduğunda bu kitabı oxuyarsan.  
pascal
Vikipediyadan köçürdüyünə görə minus verərdim, ama bu əsəri çox sevdiyimdən + verirəm. 
name
Son cümlələr mənə də dəydi və yapışıb qaldı. Filmə baxmamaq bir yana, mən əsəri də oxumamışam. Vaxt tapanda ikisini də həll edib cümlələri üstümdən atmağa çalışacağam.
pascal
Hə, bir də, filmin adı «Təhminə və Zaur» deyil. Tamaşasının adı elədir. Filmin adı isə sadəcə «Təhminə»dir.
kurdamir
Pascal, sizin hər fikriniz mənim üçün çox dəyərlidir…