İran kinematoqrafiyasından 10 ən yaxşı film

  • Kino
Məcid Məcidi, Cəfər Pənahi, Əsgər Fərhadi kimi rejissorları ilə İran filmləri bütün senzura və çətinliklərə baxmayaraq ən yaxşı dövrlərindən birini yaşayır. Hollivudun parıltılı və bahalı filmlərinə alternativ olaraq, İran filmləri keyfiyyəti və öz tərzi ilə diqqət çəkməyə davam edir. Bu filmlərin bir çoxunda sadəlik və səmimiyyət insanı tamamilə filmə köklənməyə, obrazlarla birlikdə sevinib-kədərlənməyə, onlarla dostlaşmağa və dərk etməyə hər bir tamaşaçını sövq edə bilir.

Close-Up (1990)

Abbas Kiorastaminın 90-cı illərdə İran kinosunun yüksəlişə keçməsinə səbəb olan bu ekran əsəri bir film çəkilişindən bəhs edir. Aktyorların yazılmış bir ssenari üzrə personajları canlandırmaq əvəzinə öz rollarını oynaması filmin festivallarda da bəyənilməsinə səbəb olmuşdu.

The Color of Paradise (1999)

Məcid Məcidinin ən yaxşı ekran əsərlərindən biri olaraq qəbul olunur. Alireza Kohandeyrinin musiqiləri də filmə xüsusi abu-hava bəxş edir. Gözləri görməyən uşağın — Məhəmmədin həyatından bəhs edən bu film hər kəsin qəlbində yer tuta bilir.

Taste of Cherry (1997)

97-ci ilin Kann Festivalında Palme D'or (Qızıl Palma) qazanan filmin rejissoru Abbas Kiorastamidir. Film intihar etdikdən sonra onu albalı ağacının altına basdıracaq birini axtaran adamdan bəhs edir. Kiorastami intihar kimi dəhşətli bir hadisəni o qədər səmimi şəkildə göstərir ki, filmdən təsirlənməmək mümkün deyil.

A Separation (2011)

İran rejissorları tərəfindən çəkilən ən möhtəşəm filmlərdən biridir. Asghar Farhadinin filmi Qızıl Ayı, Oskar kimi önəmli mükafatları qazanıb. Film boşanmaq üçün məhkəməyə müraciət edən Simin və əri Naderin həyatında baş verən bu dəyişikliyin gətirdiyi hadisələrdən bəhs edir.

Kandahar (2001)

Muhsin Makhmalbafın çəkdiyi film Əfqanıstandan Kanadaya qaçan bir jurnalistin geridə qoyduğu bacısından gələn məktubla Kandahara qayıtmasından bəhs edir. Real hadisələr əsasında çəkilmiş film Kann Festivalında da nümayiş etdirilib.

Offside (2006)

Filmin rejissoru Cəfər Pənahi Berlin Film Festivalında Gümüş Ayı mükafatı almış, öz ölkəsində cəza olaraq film çəkmək qadağası verilmiş biridir. Bu filmdə isə İslam İnqilabından sonra qadınların yaşadığı təzyiqlər çox fərqli yanaşma ilə göstərilir.

Turtles Can Fly (2004)

İranlı kürd rejissor Bəhman Gobadinin, Səddam Hüseynin devrilməsindən sonra İraq-Türkiyə sərhədində yaşayan uşaqların həmin illərdə yaşadıqlarından bəhs edir. Bir az pul, bir az da yemək üçün ölümlə üzbəüz qalaraq, mina toplayan bu uşaqlar vasitəsilə müharibənin azyaşlı uşaqlar üzərindəki travmatik təsiri göstərilir.

Baran (2001)

Məcid Məcidinin Sovet tərəfindən işğal olunan Əfqanıstandan İrana qaçan 1.5 milyon qaçqının yeni həyatlarına uyğunlaşmasından bəhs edir. Uşaq yaşda gələn nəsil öz ölkəsini heç görməyib və bir növ şəxsiyyətsiz qalıb. Film inşaatda işləyən Lətifin başqa bir əfqan qız olan Barana sevgisini çox maraqlı şəkildə göstərir.

The Wind Will Carry Us (1999)

Venesiya Film Festivalında Ən Yaxşı Film mükafatı alan «The Wind Will Carry Us»İran kəndlərindəki həyatı çox əyləncəli dialoqlarla göstərir. Abbas Kiorastamin bu filmində də sanki real həyatdan götürülmüş personajlar oynaması filmi daha da maraqli edir.

Children of Heaven (1997)

Məcid Məcidinin ən məşhur ekran əsərlərindən biri olan Cənnət Uşaqları filmi bacı və qardaşın başına gələn bir kiçik hadisənin onların üzərindəki böyük təsirini elə səmimi və real formada tamaşaçıya nümayiş etdirir ki, bu «xırda məsələ» tamaşaçı üçün də gözlənilməz dərəcədə həyati əhəmiyyət kəsb etməyə başlayır.

pahoo.az

1 şərh

SemaFuadqizi
8 filmi watchlist-ə əlavə etdim, çünki digər ikisini( «Turtles can fly» (kayzenin sayəsində), digər film isə «Chlidren of Heaven» (dostumun sayəsində) izləmişəm. Təşəkkür edirəm.