Marlen Ditrixdən sitatlar

  • Kino
Avtomobil. Yaşlı kişilərin sevimli oyuncağı.

Müharibə. Kim müharibədə olmayıbsa onun müharibə haqqında danışmağa haqqı yoxdur.

Uşaqlıq. Xatirələr anbarıdır. Mavi, incə obrazlar ildən-ilə, aydan-aya, gündən-günə daha da güclənərək yenidən və yenidən geriyə baxmağa məcbur edir.

Cins geyim. Bəzi şəhərlər və yerlər ona görə xoşuma gəlir ki, mən orda cins geyə bilirəm.

Mehribanlıq. Mehriban olmaq çox sadədir. Kimisə mühakimə etməmişdən qabaq özünü sadəcə onun yerinə qoymaq lazımdır.

Həyat. Təkcə bayramlardan ibarət deyil. Başqa cür düşünənlər çox bayramları nəzərə almır.

Kraliça. Belə olmaq o qədər də böyük həzz deyil. Onun neqativ tərəfləri pozitiv tərəflərindən çoxdur.

İfratçılıq. Əgər adamlar “Mən bacardığımı elədim” deyirlərsə deməli özlərini qiymətləndirə bilmirlər.

Ledi. Öz qızının gələcəyi haqqında düşünən hər bir ananın arzusu.

Dünya. Axı biz nə üçün olmaq istədiyimiz yerdə belə az oluruq?

Moda. Qaranlıq dalanda yeriyən kor kimi onun arxasınca getmə. Yadda saxla, sən dəbli geyimlərin geyilib baxıldığı maneken deyilsən.

Siqaret. Çəkməyə müharibə vaxtı başladım. Məni sağlam saxlayan da siqaret oldu.

Söz. Söz insan ürəyini yaralaya bilər. Sadəcə ondan sonra göyərti və gips qoymaq üçün sınmış sümüklər qalmadığına görə sizi sözlə yaralayanları həbs və cərimə qorxutmur.

Hiss. Çoxları sentimental görünməkdən qorxduqları üçün hisslərini büruzə vermirlər. Bu böyük səhvdir.
 

0 şərh