Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

DiKaprionun həyat qaydaları

  • Kino

Aktyorların çoxundan fərqli olaraq mənim taleyim uşaqlıqdan müəyyən edilməmişdi. Mən Hollivudun xarabalıqlarında böyümüşdüm. Elə bilirdim böyüyəndə dəli olacam.

Baxmayaraq ki, mən Hollivudda doğulmuşdum, 13 yaşıma kimi mənə elə gəlirdi ki, aktyor olmaq genlərə, qana, masonluq kimi qohumluq əlaqələrinə bağlıdır. Nədənsə mənim ağlıma gəlmirdi ki, özünə bir agent tutmaq və sınaq çəkilişlərinə yollanmaq lazımdır.

Məktəbi sevmirəm. Orda səni öyrənmək istəmədiyin şeylərə diqqət ayırmağa məcbur edirlər.

İlk öpüş mənim həyatımda ən iyrənc xatirələrdən biridir. O qız ağzından mənə o qədər tüpürcək ötürdü ki, düz iki rüb tüpürə-tüpürə gəzdim.

Mən gey deyiləm.

Məni inadkar adam adlandırmaq olmaz, amma faktlar əksini deyir. 15 yaşım olanda mən bəlkə də 160-dan çox sınaq çəkilişinə getmişdim və heç bir rol almamışdım.

Şöhrətin gətirdiyi sevinc hissi tez keçib gedir. Sən başa düşürsən ki, mükafat küçədə insanların səni tanımağı deyil, mükafat çəkildiyin filmlərin səndən sonra da yaşamağıdır.

Yəqin ki, tənha olmaq çox çətindir.


Ardı →

Necati Şaşmaz

  • Kino

Məhəmməd Necati Şaşmaz 15 dekabr 1971-ci ildə Elazığda (Türkiyə) anadan olub.Türk kino və Serial aktiyorudur.Qurdlar Vadisi,Qurdlar Vadisi Pusu,Qurdlar Vadisi İraq,Qurdlar Vadisi Terrordakı Polad Alemdar rolu ilə tanınır.Əbdülqədir Şaşmazın oğludur.ABŞ-da 6 il qalan Şaşmaz 2001-ci ildə Amerikadan gəldi Və Bəzi əbəblərdən geri qayıtmadı.
Həyatına Türkiyədə davam etmək qərarına gələn Necati Şaşmaz Ankarada özünə Sığorta agentliyi açdı.Çox keçmədən sığorta agentliyində Osman Sınavla bir iş görüşməsinə başladı.Özünə bir istehsalın ssenari qrupunda iştirak etməsi təklifi gələcəyini gözləməsi ilə görüşməyə getdi.Osman Sınavın «Bir dizi düşünürük, səni də baş rolda düşünürəm» sözlərinə, düşünmək istədiyini söyləyən Şaşmaz, bir ay sonra təklifi qəbul etdi.Həyatını tamamilə dəyişdirdiyini söylədiyi Kurtlar Vadisi proyektinə belə başlayan Nəcati Şaşmaz, şəxsi həyatının qalmadığını,Məni yalnız Ankarada adımla çağırırlar, sığorta agentliyində hər kəs «Polat» deyir. «Sözləri ilə dilə getirdi.Yurtdışında yaşadığı dövrdə, əvəzli əsgərlikdən faydalanaraq, əsgərliyini 28 gün etdi.

SerialLarı
Qurdlar Vadisi (2003-2005)
Qurdlar Vadisi İraq (2007-qadağan olundu)
Qurdlar Vaisi Terror (2007-2015)
Çörək teknesi (serial) (2004)
Qurd Qanunu (serial) (2010)
Filmləri
Qurdlar Vadisi İraq (2006)
Qurdlar Vadisi Fələstin (2010)

        Mənbə Haberlər.com
P.S Bu yazı Tərcümə edildiyi üçün Hər Hansı Səhvlər ola bilər.Səhvləri Şərhlərdə qeyd edin.

İlk Müstəqil Tərcüməm  
Davamı →

Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar

  • Kino

2015-ə sayılı günlər qala hər kəs indidən yeni il gecəsini planlayır. Kayzen.az olaraq 2015-in ilk gecəsinə çips, loto, televiziya ilə girəcək oxucularımızı unutmadıq. Hər kəsdən fərqimiz olsun deyərək  sizlər üçün «Yeni il Mövzulu»  ən maraqlı filmləri bir araya gətirdik. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlər ilə yeni ilə girərkən biz də kayzen.az ailəsi olaraq sizlərə xoşbəxt, sağlıqlı və dinc bir yeni il arzulayırıq.

«The Polar Express» 2004 — Qütb Ekspresi

Şübhəçi bir uşaq, Santa Klausun var olub olmadığını sorğular və yoldaşlarıyla birlikdə Şimal Qütbünə doğru həyəcanlı bir qatar səfərinə çıxar. Uşaqlar özlərini böyük bir macəranın içində tapar. Başdan sona əyləncəli, macəralı və fantastic bir film. Forrest Gump, Back The Future kimi filmlərin rejissoru Robert Zemeckisdən unudulmayacaq bir animsiya filmi sizləri gözləyir.


Ardı →

Van Damm haqqında maraqlı faktlar və sitatları

  • Kino

Jan-Klod Van Dammın adı gələndə istər-istəməz çoxumuz uşaqlığımızı xatırlayırıq. Uşaqlığı və gəncliyi 90-cı illərə düşən nəsil onun filmləri ilə böyüyüb. Çoxları həvəsə düşüb idmana yazılıb. Soyuducuların, şkafların qapılarında, məktəb dəftərlərinin üstündə onun fotolarını görmək olardı.

— Van Damm Belçikanın paytaxtı Brüsseldə holland əsilli ailədə anadan olub. 12 yaşından başlayaraq karateylə məşğul olub. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanıb. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edib. Yalnız 4 turnirdə məğlub olub.

— 1981-ci ildə işləmək və pul qazanmaq üçün ABŞ-a köçüb. Formasını qorumaq və məşqi axsatmamaq üçün bir idman salonunda həm təmizlik, həm də nəzarətçi işində çalışıb. Paralel olaraq dolanmaq üçün gecə klublarında cangüdənlik, pizza paylayan, taksi sürücülüyü ilə də məşğul olub.

— 1984-cü ildə "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçini canlandırıb.

— 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokain istifadəsinə aludə olubmuş. Hətta özünü öldürmək istəyirmiş. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdi.

— Van Damm amerikan yeməklərini sevmir.

— İngilis dilini TV-ə baxaraq öyrənib. Bu dildən əlavə fransız, ispan və alman dillərini də bilir.


Ardı →

Cerard Batler

  • Kino

Söyüşcül, avara və keçmişində əyyaş olan, lakin qızların sevimlisi və istedadlı aktyor Cerard Batler. Bu dəfə ondan danışacağıq, həm də özü barədə özü danışacaq...

Şotlandiyalı aktyor 13 noyabr 1969-cu ildə dünyaya göz açıb. Kaliforniyada isə onun başına əcaib hadisələr gəlib. Məsələn, o, xuliqanlığa görə bir neçə dəfə həbs olunub. Hətta bir dəfə əsl canilərlə bir kamerada əli qandallı “oturub”.

Cerri yalnız 30 yaşında spirtli içki qəbulunu dayandırıb. Bir dəfə isə o, paparasini döyüb. Bununla belə, Cerri layiqli cəzasını almayıb və azadlığa buraxılıb.

Bəs Batlerdə tamaşaçıları nə cəlb edir? Bəlkə, istedadından başqa, həm də elə dikbaşlığı, acı dilliyi, kobudluğu? Axı başqa istedadlı aktyorlar da az deyil.

Bir dəfə yaşlı qadın ona yaxınlaşaraq deyir:
— Bağışlayın, sizə mane olmaq istəməzdim.
— O zaman mane olmayın!
Qadın getməyə hazırlaşarkən Batler onu saxlayır:
— “Qızıl moruq” antimükafatına layiq görülmüşəm. Sevincimdən az qala ağlayacağam. Bu, mənim üçün minus işarəli “Oskar” mükafatına bərabərdir. Bəlkə, özümü asım? Nə deyirsiniz?


Ardı →

Təhminə

  • Kino
P.S. Yazida Vikipediya.az saytinın Məlumatlarindan istifadə edilmişdir...Çox sevilən və Hər dəfə baxdıqda insana mənəvi zövq bəxş edən 1993-ci ildə çəkilmiş Azərbaycan filmi. Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Məlikov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zən edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur.
Təhminə və Zaur bir-birilə tez-tez mübahisə edirlər, ancaq sonuncu dəfə dalaşırlar və barışmaq ümidi qalmayaraq ayrılırlar. Bu ayrılığa Təhminə dözə bilmir davamlı olaraq içki içir və sonda qara ciyər seryozundan
 həyatını dəyişir. Həmin vaxt isə Zaur İstanbulda bal ayında olur. Qayıtdıqdan sonra bundan xəbər tutur və Təhminədən ona yeganə xatirə Sankt-Peterburqda olanda Zaurun aldığı cəza qəbzi (Xoşbəxtlik qəbzi) qalır.
Ardı →

10 ən maraqlı qısametrajlı film

  • Kino

Bəzən bir cümlə ilə fikrini izah etmək böyük bir roman yazmaqdan daha çətin olur. İstedadlı insanlar hər zaman konkret danışmağı sevir. Bəlkə də məhz bu səbəbdən son zamanlar qısametrajlı filmlər daha çox sevilir və ən böyük mükafatlara layiq görülür.

«Həqiqət»
Tom Tikverin ssenarisi əsasında çəkilmiş 7 dəqiqəlik kiçik süjet ilk dəqiqədən izləyicinin diqqətini çəkir. Kiçik hissə «Paris, mən səni sevirəm!» filmindən götürülüb. Film gənc aktrisanın telefonda sevgilisinə «Yazımız gözəl idi, amma yayımız geridə qaldı!» deməsi ilə başlayır. Filmdə kor fransız və gənc aktrisanın reallıqla dolu, çılğın sevgisinə şahid oluruq. «Mən səni görürəm!», — deyir kor aşiq. İzlədikcə: «Korlar da görə bilərmi?», — deyə bir sual yaranır. Həqiqət isə budur ki, biz sevdiyimiz insanları hər zaman görürük.


Ardı →

"Qəzəb"

  • Kino

qəzəb«Fury» və ya bizim dildə desək sadəcə qəzəb deyil, «insan oğu niyə savaşır?» sualına cavab tapmaqda bizə kömək edən 134 dəqiqənin adı. Filmdə baş rolları «Brad Pitt», "Şia Labeouf" və «Loqan Lerman» bölüşür. Amerikalı məşhur rejissor «David Ayer» tərəfindən çəkilən Amerikan müharibə filmində hadisələr İkinci Dünya Müharibəsi dövründə cərəyan edir.  Filmin çəkilişlərinə ilkin hazırlıq 2013-cü ilin sentyabr ayının əvvəlində İngiltərənin Hertfordshire qraflığında başlayır, daha sonra əsas çəkilişlər 30 sentyabrda Oksford qraflığında həyata keçirilir. Çəkilişlər bir ay, Oksford şəhəri də daxil olmaqla müxtəlif ərazilərdə davam edir və noyabr ayının 15  də çəkilişlər başa çatır. Fim isə tam şəkildə 2014-cü ilin 17 oktyabr tarixində tamamlanır. Filmdə hadisələr 1945-ci ilin aprel ayında baş verir. Alman qoşunları geri çəkilməkdədi. Üçüncü reyx dağılsada, alman əsgərləri hələ də müqavimət göstərməyə davam edirlər. Döyüşlərdə iştirak edən Wardaddy ( «Müharibə atası») ləqəbli serjant idarə etdiyi Şerman tankı və onun 5 nəfərlik heyət üzvü ilə rəqibdən az olmalarına baxmayaraq Nazi Almaniyasının ürəyinə zərbə endirmək üçün qərhrəmanlıqla döyüşə başlayırlar. Başdan sona nəfəs almadan baxacağınız bu film 68 million dollara başa gəlmişdir.

 


Ardı →

Al Paçino: "Sizə bir hekayə danışacam"

  • Kino
Al PacinoSizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. Burda pis şey görmürəm — sadəcə insanlar belə yaradılıb. Amma bu dəfə bir əngəl çıxdı.

Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə gedəcəyim qadın mənim kimi məşhur şəxsdi.

Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: “Sizin avtomobilinizin baqajında köhnə papaqdan-zaddan bir şey var?” O baxdı, papaqla eynəyi tapandan sonra dedi: “Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!” Mən saqqalı taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı.
Ardı →