Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Həyatınızı dəyişəcək filmlər

  • Kino
1. Requiem for a Dream (Arzu üçün rekviem)
Narkotik aludəçisi olan yeniyetmə, onun televiziya qurbanı olan anası və onların arasında günü-gündən böyüyən uçurum… Çarəsiz anasını sağ saxlayan yeganə şey onun sevimli oyun şousudur. O, bir gün bu müsabiqədə iştirak etmək hüququ əldə etdikdə, onun yeganə qayğısı mükafat olan qırmızı paltara geymək olacaq.

Davamı →

İran rejiminin mədəniyyət düşmənçiliyi

  • Kino
Bu günlərdə İranın ölkəmizə xoş olmayan, aqressiyaya köklənən münasibəti fonunda istər-istəməz İran mədəniyyətini, onun mühüm parçası olan kinosunu xatırlayıram.
Bu, peşəmə bağlı məqamdır — istənilən ölkə mənim təsəvvürümdə hər şeydən öncə onun mədəniyyəti, yaradıcı şəxsiyyətləri ilə xatırlanır.
Müasir İran kinosunun yaradıcılarından biri Mohsen Malhmalbafın alman kinosunun ustalarından sayılan Verner Herçoqla illər əvvəl yayılmış maraqlı söhbəti var. Həmin söhbətdə kino sənətindən başqa, televiziyanın çağdaş insanın həyatında oynadığı mənfi rolundan, onu zombiləşdirməsindən, tarixdən, siyasi məqamlardan, şərq və qərb insanı arasındakı fərqlərdən, ziddiyyətlərdən danışılır.

Davamı →

Həyat prinsipi, oyun qaydası, yaxud, hamısı bir yerdə?

  • Kino
«Həyat adlı təsadüflər səhnəsində öz rolumu məharətlə ifa etməyə çalışıram və bu oyunun qaydalarını nə zamansa anlayacağıma ümid edirəm».
(Dekster Morqan, aktyor)

Uşaq vaxtı müxtəlif oyunlar oynayardıq. Cübrəcür, növbənöv. Bənövşə, yoldaş diriltdi, telbə-telbə, dirədöymə, dəyirman, ənzəli, qurşaq tutdu, gizlənpaç. Biz bu oyunlarla böyüdük, ilk təcrübəni qazandıq, uğurları sıraladıq, məğlubiyyətin acısını daddıq, böyükləri təqlid etmək şansı əldə etdik.
Oyunlar uşaqlar üçün, ən başlıcası ünsiyyət, emosiya, maraq, qələbə əzmi, hərəkətdir. Bütün oyunların özünəməxsis qaydaları, prinsipləri, məhdudiyyətləri vardır.

Davamı →

Müdirinin arvadını şantaj edən bank işçisi

  • Kino
Henrix İbsenin «Oyuncaq ev» pyesi əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik.
Süjet: Əsərin qəhrəmanı Nora vəkil Torvaldın arvadıdır. Ailə üç uşağı ilə birlikdə xudmani, rahat evdə yaşayır. Hadisələr Milad bayramı öncəsi baş verir. Nora Milad öncəsi uşaqlarına və ərinə bayram hədiyyəsi alır. Torvald arvadını israfçılıqda günahlandırır. Çünki ailə maddi sıxıntıları üzündən qənaət etməyə məcburdur. Yaxınlarda Torvald banka direktor təyin olunsa da, onun donluğu yalnız bir neçə aydan sonra artırılacaq. Ona görə Torvald arvadının qənaət etməsini vacib sayır.

Davamı →

Qadınların ayağının altındakı cənnət

  • Kino
“Almaz” filmində gender problemi
Ötən əsrin 30-cu illərinin ortalarında Azərbaycan kinosunun mənzərəsi çox qəribə idi. Bütün sovet mədəniyyətində, o cümlədən kinoda hökm sürən ideologiya sanki Azərbaycanda çəkilən filmlərdən yan keçmişdi.
Sovet tarixinin ən tutqun dövrünün terror və zorakılıq abı-havası Rusiya kinosunda tam dolğunluqla öz əksini tapmışdı. Kinematoqrafiya sovet diktaturası üçün son dərəcə vacib olan yeni mənəvi dəyərləri təbliğ etməyə başlamışdı.
Davamı →

Linkoln

  • Kino
«Amistat» filmi ilə özünün kino yaradıcılığında zənci quldarlığı problemini işıqlandıran rejissor Stiven Spilberq ABŞ tarixinə köləliyi ləğv etməklə damğa vurmuş prezident Avram Linkoln haqqında 2012-ci ildə eyniadlı filmi çəkmişdir. Qaradərili insanların azadlığına canı bahasına nail olan A.Linkoln 1865-ci ildə altı yüz mindən artıq insanın itkisiylə nəticələnən vətəndaş müharibəsinə son qoymuşdur. Cənublu quldarlıq tərəfdarı tərəfindən teatrda qətlə yetirilən A.Linkolnun həyat hekayəsinin ekran yozumu özünü müxtəlif şəkildə göstərmişdir. Avram Linkoln haqqında bundan öncə filmi 1930-cu ildə məşhur Amerika rejissoru David Qrifit ekranlaşdırmışdır.

Davamı →

Bitməyən berqmanomaniya

  • Kino
Dağıstanlı dostum Ramazan Məmmədşahova
Keçən əsrin 90-cı illərinin ortalarıdır, Sankt-Peterburq Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin üçüncü kursundayam. Günlərdi İnqmar Berqmanın ölümün, həyatın fanilik fəlsəfəsinin ideal kinematoqrafık həllini verə bildiyi «Yeddinci möhür» filminin təsirindəyəm, ilk dəfədir ölümün həm vizual, həm də dialoq və pritça-hadisələrdə əks olunan fəlsəfəsindən ləzzət alıram. «Görən, Berqman sağdır?». Məni qəfil yaxalayan bu suala cavab tapmaqçün fakültəmizlə eyni binada yerləşən «Skandinaviya filologiyası» kafedrasına dəymək ağlıma gəlir. (Kompüter, internet təzə-təzə meydana çıxıb, hələ ki onlardan istifadə edə bilmirəm.) Fasilədə kafedraya daxil oluram, ilk gözümə dəyən ortayaşlı, karesaçlı qadın müəllimə «Sabahınız xeyir» deyib, utana-utana soruşuram:

Davamı →

Xalq artisti Hüseynağa Atakişiyev

  • Kino
А снег идет стеной,
А снег идет весь день,
А за той стеной стоит апрель.
А когда мы все посмотрим в глаза его,
На нас из глаз его посмотрит тоска

V.Soy. “Aprel”

Bir nəfəs isti, bir zal soyuq…

Davamı →

Kafkanın Məhkəməsi filmində rejissoru amerikalılar niyə qınadı?

  • Kino
Süjet: Əsərin qəhrəmanı, bank işçisi Yozef K. yuxudan ayılanda həbs olunduğunu görür. Ona hər gün səhər yeməyi gətirən qulluqçunun əvəzinə otağa qara geyinmiş adamlar girir. Onlar K.-ya hansısa cinayətdə günahkar olduğunu və yaxınlarda hər şeyin aydınlaşacağını deyirlər. K. şübhə etmir ki, bu, ya anlaşılmazlıq, ya da kobud, yersiz, zarafatdır. Amma onun məsələni aydınlaşdırmaq cəhdləri alınmır. Bu adamlar kimdir? Hansı idarədəndir? Onun həbsinə order hanı? Niyə hüquqi dövlətdə belə özbaşınalıq baş verir? Naməlum adamlar onun əsəbi suallarına yumşaq cavablar verərək mətləbdən yayınırlar. K.-ya bildirirlər ki, o, həmişə olduğu kimi, işə gedə, gündəlik öhdəliklərini yerinə yetirə və adi həyatını yaşaya bilər. Çünki onun işi üzrə hələ yalnız ilkin istintaq aparılır. Bankda işləyən üç həmkarı isə onu hər yerdə müşayiət edir və nəzakətlə susurlar. O, işdən qayıdandan sonra mənzilinin sahibəsi frau Qrubaxla səhərki hadisə barədə danışır və onun işdən xəbərdar olduğunu biləndə təəccüblənir. O, K.-ya məsləhət görür ki, baş verənləri ürəyinə yaxın buraxmasın.

Davamı →

Kinomuzda qadınlar

  • Kino
İlk dəfə 1897-ci ildə Lümyer qardaşlarının kinoapatı Azərbaycana gəlib çıxmış, 1898-ci ilin 8 yanvarında isə milyonçu H.Z.Tağıyevin evində, «Bakinskoye Obşestvennoye Sobraniye»nin zalında ehtiyacı olan "Şagirdlərə Yardım Cəmiyyəti«nin xeyrinə keçirilən gecədə „Canlandırılmış fotoşəkillər“ nümayiş etdirilmişdir. Bu canlı fotolar — kiçik filmlər bunlar idi: „Bibiheybətdə neft mədənində yanğın“ (1898-ci il iyul ayının 27-də Bibiheybətdə neft mədənində yanğın baş vermişdi. O vaxtlar bu yanğınlar adi hal idi. Ancaq həmin gün fransız A.M.Mişon tərəfindən lentə alınmış bu kiçik sənədli film Parisdəki kino muzeyində qorunub saxlanır), „Əlahəzrət Buxara Əmirinin yola salınması“, „Qafqaz rəqsi“ və „İlişdi“ filmləri. Bunların arasında cəmi bir oyun filmi vardı. „İlişdi“ adlı həmin kinosüjetlə demək olar ki, ilk Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.

Davamı →