Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

İran kinematoqrafiyasından 10 ən yaxşı film

  • Kino
Məcid Məcidi, Cəfər Pənahi, Əsgər Fərhadi kimi rejissorları ilə İran filmləri bütün senzura və çətinliklərə baxmayaraq ən yaxşı dövrlərindən birini yaşayır. Hollivudun parıltılı və bahalı filmlərinə alternativ olaraq, İran filmləri keyfiyyəti və öz tərzi ilə diqqət çəkməyə davam edir. Bu filmlərin bir çoxunda sadəlik və səmimiyyət insanı tamamilə filmə köklənməyə, obrazlarla birlikdə sevinib-kədərlənməyə, onlarla dostlaşmağa və dərk etməyə hər bir tamaşaçını sövq edə bilir.

Close-Up (1990)

Abbas Kiorastaminın 90-cı illərdə İran kinosunun yüksəlişə keçməsinə səbəb olan bu ekran əsəri bir film çəkilişindən bəhs edir. Aktyorların yazılmış bir ssenari üzrə personajları canlandırmaq əvəzinə öz rollarını oynaması filmin festivallarda da bəyənilməsinə səbəb olmuşdu.
Davamı →

Eduard Nortonla müsahibə

  • Kino
Cənab Norton, istedadlı aktyor olduğunuzu nə vaxt dərk etmisiniz?
– Gənc yaşlarımda artıq bu hissi yaşayırdım, ona görə də xeyli rahat idim. Öz spontanlığıma təəccüblənirdim, çünki hər şey idarəsiz baş verirdi. Düşünürdüm ki, elə bunun arxasınca getməliyəm, spontanlıq da bundan doğurdu. İndi yadıma düşür – bir neçə il teatrda işləmişdim, – elə anlar olurdu ki, fikirləşirdim, “bu yaxşıdır, əlverişlidir, daha artığını əldə edə bilərəm, bunun öz üstümdəki təsirini hiss edə bilirəm”.

Bəs zaman bunları əldə etməyə kifayət qədər imkan tanıyır?
– Bəli. Hətta aradakı zaman boşluğunda yeni şeylər qazanmağa çalışıram. Amma özüm özümü aldatmış, nələrisə itirmiş və soyuqda üşüyürmüş kimi hiss edirəm. Sonra düşünürəm ki, gediləcək son nöqtə bu ola bilməz. Və hər gün gördüyün işlər səni daha güclü hiss etdirməlidir. Uzun müddət özümə çox sual vermişəm ki, “mən nə edirəm?”. Və bu haqda heç bir fikrim yoxdur.
Davamı →

Corc Kluni

  • Kino
Yer üzündəki milyonlarla kişi onun uğuruna paxıllıq edir. Kolleqaları isə hörmət edir: “Kluni? O, əsl kişidir!” Hər özünə hörmət edən supermenin isə öz qaydaları var… Bu da Corc Klunin qaydaları:

Heç vaxt təslim olmamaq...
Corc Kluninin həyat tarixçəsi məşhur Amerika mifinin həqiqət olduğunu bir daha sübut edir: “Azad Amerikada sən hər şey edə bilərsən, bir arzun yetər...” Ancaq Corc hazırın naziri olmayıb. Uşaqlıqda Bell iflici adlı ağır xəstəlik keçirib. Çox-çox illər sonra Kluni xatırlayırdı:
Davamı →

Elli haqqında

  • Kino
Ədəbiyyatda da, kinoda da intellektual emosiyanın tərəfdarıyam. Nə ədəbiyyat olduğu kimi yazmaq lazım deyil, nə də kino da olduğu kimi çəkmək…
Ədəbiyyat da, film də dünyanın yenidən dərk olunması üçün vasitələrdir… Sənət yolu ilə dərketmə! Sosial sıxıntılar, darıxmaqlar, itki və ayrılıq notları mənim dünyamda xaric səslənir. Komplusiv-obsessiv psixoloji pozuntu halından əziyyət çəkən insan ağrıları, atasını itirən və maddi yoxluqların qurbanına çevrilmiş yoxsul, yetim, dışlanmış insan ağrılarından heç də zəif deyil.

Məsələn, Trierin epilepsiyadan əziyyət çəkən qadın obrazı Kurasavanın “Yaşamaq” filmindəki kişi qəhrəmandan daha çox kədərlidi mənim üçün. Faiz nisbətiylə sentimental, lokal olsa da təbiilik, səmimiyyət İran filmlərinə baxmağıma səbəb oldu.
Davamı →

Azadlıq sevgidi

  • Kino
La-Mança şəhərinin kino yaradıcılığına təsiri…
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir.

Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
Davamı →

Marlon Brando

  • Kino
Geri qayıtmayan qulluqçu…
Marlon Brando 3 aprel 1924-cü ildə Amerikanın Nebraska ştatının Omax şəhərində andan olmuşdur. Marlonun atası Marlon Brando kimyəvi yem istehsalı ilə məşğul olan mütəxəssis, anası Doroto Culiya Brando isə Amerikada qızıl idxalı ilə məşhur olan Pennibeyker nəslinin nümayəndəsi idi. Culiya çox erkən yaşında Marlonla ailə həyatı qurur. Ona qədər isə teatrda özünü aktrisa kimi sınamağa müvəffəq olur. Hətta məşhur Amerika aktyoru Henri Fondla da bir neçə dəfə eyni səhnəni paylaşır.

Kiçik Marlondan sonra ailədə iki qız övladı da dünyaya gəlir. Frensis və Coslin. Onların ailəsində heç vaxt sakitlik olmur. Marlonun atasının sərt və dözülməz xasiyyəti hər kəsi təngə gətirir. Ata övladları ilə heç zaman maraqlanmır, onların qayğısına qalmır. Atasından heç bir qayğı görməyən kiçik Marlonun yeganə məşğuliyyəti anasının pianoda ifa etdiyi musiqiləri dinləməkdən ibarət idi.
Davamı →

Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.
Davamı →

Məşhur rəssamlar haqqında ən yaxşı filmlər

  • Kino
Frida/Frida
Parlaq, onun üsyankar təbiəti, enerjisi barədə gözəl film. Frida Meksikanın o zaman ən məşhur rəssamı Dieqo Rivyeraya ərə gedəndə 20 yaşı var idi. Film Fridanı təkcə dahi rəssam kimi yox, həm də hər şeydən öncə sevgi və ailənin dəyər verən qadın kimi təqdim edir. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, film "Ən orijinal soundtrek" nominasiyasında «Oskar» mükafatına layiq görülüb.

Davamı →

Kino estetikasını dəyişdirən rejissor - Krzysztof Kieslowski

  • Kino
Filmlər heç bir şeyi dəyişdirə bilməz, amma insanların bir çox şeyi başa düşməsinə kömək edə bilər, dünyanı dəyişdirəcək olan şey filmlər deyil, o fimləri izləyən insanlardır.
Krzysztof Kieslowski
Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun şairi olan bu insanı bir az yaxından tanıyaq...

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik.
Davamı →

Jan Qaben

  • Kino
Jan QabenKolleqaları onun ölümünü uşaqlıqda hamıya özünəəminlik hissi bəxş etmiş və dünyanın əbədi olacağına inandırmış gözlənilməz ildırımdan xəsarət alan yaşlı, ancaq möhkəm ağacla müqayisə edirdilər...

“Mənim qadınım”, “mənim qürurum”, “mənim dünyam” 

Renuarın yaratdığı obraz Qabeni milyonların sevdiyi Qabenə çevirdi: güclü, səbrli, tənha qəhrəman obrazı...

Onların sevgisi müharibə və ayrılığa dözmədi... 
Jan Qaben (Əsl adı Jan-Aleksis Monkorje) 1904-cü ilin 17 may tarixində Parisdə anadan olub. Janın anası müğənni, atası ikincidərəcəli rollar oynayan teatr aktyoru olub. Qabenin uşaqlığı əmisinin yanında keçib. Atası oğlunun da aktyor olmasını arzulayırdı. Ancaq Jan atasının yolu ilə getməyi arzulamırdı...

Balaca Jan müəllimlərinin və atasının yanında özünü gücsüz hiss edirdi. Atası onunla ümumi dil tapmağa çalışır, onunla gəzintilərə çıxırdı. Ancaq bütün bu cəhdlər uğursuz nəticələnirdi. Jan əvvəlki kimi qapalı və kobud idi. Aktyor həyatı ona gülməli gəlirdi. O, atasının tamaşaçıların alqışlarına görə dəridən-qabıqdan çıxdığını xatırlayırdı. 
Davamı →