Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Tanımadığımız Eldar Quliyev

  • Kino
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildə «Azərbaycanfilm» kinostudiyasında işləməyə başlayıb. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. 1969-cu ildə ilk böyük ekran əsəri olan «Bir cənub şəhərində» filmi ilə özünü təsdiqləyib.
VQİK-də oxuyan zaman Eldar Quliyev o dövrün tələbə məzunlarından olan Andrey Tarkovski, Konçalovski, Mixalkovla ünsiyyətdə olur. Onların diplom tamaşalarında iştirak edir.

Davamı →

Novruz bayramının əks olunduğu Azərbaycan filmlər

  • Kino
“Dəli Kür”
“Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” (1969) filmində Novruz bayramı ilə bağlı kadrlar var. Yeni quruluş və yeni dəyərlərlə köhnə dünyanın toqquşmasını təsvir edən filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb:
“Urus, bu toyuq bu yumurtanı doğub...”

Davamı →

Çağdaş kinematoqrafiyada əsas trendlər

  • Kino
Hаzırdа ümumdünyа kütləvi mədəniyyətində iki tendensiyа аpаrıcı rol oynаyır. Bunlаrdаn birincisi, qlobаllаşmаdır. Mədəniyyət özü bütünlüklə qlobаl bir nəsnəyə çevrilib. Məsələn, dönər, bütün dünyаdа çox geniş yаyılmış türk qəlyаnаltıxаnаlаrı, çin, itаlyаn mətbəxləri qlobаllаşmаnın ən bаriz nümunələridir. Eyni proses musiqi sаhəsində də bаş verir.
Rus musiqisində «Tаtu» qrupu dünyа mədəniyyətinə dаxil olub. «Tаtu»nun mаhnısını Romа, İstаnbul, Nyu-York tаksilərində, müxtəlif rаdiostаnsiyаlаrdа eşitmək mümkündür. Təbii ki, rep vаr… Və bir də mənim ən sevimli nümunəm – Əlcəzаirin bölgələrindən birinə аid yerli musiqi. Qlobаl kütləvi mədəniyyətə dаxil olmuş bu musiqi jаnrı dünyаnın bütün ölkələrində vаr – ədəbsiz dördlükləri nəzərdə tuturаm.

Davamı →

Dədə-Qorqudun Turalı necə Mark Jozef oldu?

  • Kino
Fərhad Fəttah oğlu Yusifov 27 sentyabr 1954-cü ildə Moskvada anadan olub. Orta məktəbi Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alır. Universitet illərindən səhnəyə çıxır, konsertlər təşkil edir.
Aktyorluq fəaliyyəti ilə məşğul olsa da, Fərhadın ürəyindəki ən böyük arzu rejissorluq olur. Arzusunu reallaşdırmaq üçün Moskvada VGİK-in rejissorluq şöbəsinə daxil olur. Məşhur sovet rejissoru Yefim Dziqanın kursuna qəbul olunur. Dziqan onun ilk rejissorluq işinə rəhbərlik edir.

Davamı →

Sevil filminin kadrarxası

  • Kino
Pyesin ilk ekran versiyasını Cəfər Cabbarlı Aleksandr Beknazarovla birgə 1929-cu ildə lentə alıb. Digər filmi isə 1970-ci ildə rus rejissoru Vladimir Qorikker çəkib.
Azərbaycan kinosunda qadın dramlarını təsvir edən filmlər demək olar ki, yox səviyyəsindədir. Qadın talelərini ekrana köçürən filmlər daha çox keçən əsrin əvvəllərində çəkilib. Çünki 1920-30-cu illər kinoda prioritet temalardan biri məhz qadın azadlığıydı. Ona görə o dövrdə qadının cəmiyyətdəki fəaliyyətini aktuallaşdırmağı, azadlıq və hüquqlarını təbliğ edən «Gilanlı qız,» “İsmət”, “Almaz”, “Sevil” filmləri lentə alındı.

Davamı →

Anası ilə bir yerdə ölmək istəyən azərbaycanlı rejissor - Hilal Baydarov

  • Kino
“Bütün filmlərim ana və oğul haqqındadır, doğrudur. Anam mənim ən yaxşı dostumdur və hər şeyi ona borcluyam. Özümü onsuz təsəvvür edə bilmirəm. Eyni gündə ölməyimiz üçün dua edirəm. Onsuz mən film çəkmək istəmirəm”.
Bu sözləri azərbaycanlı rejissor Hilal Baydarov deyib. O Hilal Baydarov ki, dünyanın ən nüfuzlu film müsabiqələrindən olan Venesiya kinofestivalının əsas müsabiqə proqramında “Səpələnmiş ölümlər arasında” bədii filmi ilə “Qızıl şir” mükafatı uğrunda yarışıb.

Davamı →

İsrailin kino tövbəsi

  • Kino
İsrail kinematoqrafiyasının ərəb ölkələri ilə konfliktini hansı rakursdan nəql etməsi, ərəblərlə ünsiyyəti necə və hansı səviyyədə qurması onların yalnız münaqişəyə münasibətini ortaya qoymur. Bu, bəlkə daha çox İsrail cəmiyyətinin ədalət hissini itirməməyinin, özünə, keçmişinə tənqidi baxmaq bacarığının və müzakirəyə açıq olmasının göstəricisidir.
Məni ən çox sarsıdan (yaxşı mənada) İsrail rejissorlarının etiraf mədəniyyətidir ki, bu, heç bir halda nəyinsə xatirinə sülhpərvər obrazı yaratmağa hesablanmayıb. Mövzunun əks olunduğu hər film gerçək ağrıdır, səmimi duyğuların simfoniyasıdır.

Davamı →

Kino çəkməyin Şimali Koreya üsulu: rejissoru oğurla!

  • Kino
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) yaradıcısı Kim İr Senin oğlu Kim Çen İr gəncliyində əsl kino aşiqi imiş. Hətta 1973-cü ildə “Kino sənəti haqqında” adlı kitab da yazıbmış və yerli kinoindustriyanın bütün işçiləri o kitabı oxumağa mükəlləf imişlər.
Ancaq Şimali Koreyada istehsal olunan filmlər həmin kitabdan əvvəl də, sonra da bir-birini təkrarlayırdılar. Onların hamısında xalq kommunist partiyasını və öz liderlərini dərin eşqlə, qeydsiz-şərtsiz sevirdi, kapitalist işğalçılarına qarşı qəhrəmancasına vuruşurdu.

Davamı →

Tarixi filmlər- Xartum

  • Kino
XIX əsr həm də Şərq torpaqlarına yiyələnmək uğrunda  Qərb dövlətləri və şirkətlərinin mübarizəsi tarixi olmuşdur. XX əsrin əsas mədəni nailiyyətlərindən olan kinoda da bu mövzu özünün müxtəlif tərəf və yozumlarıyla işlənmişdir. Xüsusən Osmanlı imperiyasının ərazilərində qanlı çarpışmalar müxtəlif ədəbi və kinematoqrafik əsərlərdə işlənmişdir.
Bazel Lirdenin 1966-cı ildə ekranlaşdırdığı “Xartum” filmi epik müharibə janrında olan kino əsəridir. Epik janrda olan kino əsəri sənədli elementlərlə olan kadrlarla başlayır. Səhralığın insanda inam yaratması materialist yozum kimi görünsə də, sonradan inanc xətti filmdə ciddi şəkildə işlədilir. Özünü Mehdi elan edən Məhəmməd Əhməd (Lorens Olivye) ordusunun əsgərlərinə möcüzə vəd edərək mübarizə aparır. Onun şəxsi keyfiyyətlərindən xəbərdar olan London dairələri şəxsinin üzərinə inancı ilə seçilən Qordonu (Çarton Heston) göndərmək qərarına gəlirlər.

Davamı →

Animasiya filmlərində heyvan obrazları

  • Kino
Təmsillərdə, nağıllarda və animasiya filmlərində bir çox heyvanların obrazları stereotipləşib. Filmlərdə və təmsillərdə heyvanlarla tanış olan uşaqlarda, hətta böyüklərdə onlara qarşı dəyişməz münasibətlər formalaşıb.
Məsələn, tikanlı kirpini uşaqlar çox sevirlər, ancaq qurbağadan çox da xoşları gəlmir, hətta xoşları gəlməyən heyvanlara qarşı qəddarlıq göstərə bilirlər.
Kirpi tikanlı olduğu halda, cizgi filmlərində mehriban və xeyirxah obraz kimi göstərilir. Azərbaycan animasiya  kinosunda kirpi obrazı bir çox cizgi filmdə yer alıb. Bunlardan ən məşhurları «Kirpi balası və alma», «Xeyirxah kirpi», «Mərhəmətin dadı» filmləridir.

Davamı →