Reytinq
74.62
səs: 14

Bloq haqda

Kişilər haqqında maraqlı məlumatlar,kişi psixologiyası

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (20)

bahar Əliyev Jeremy marketoloq Qiyasli cahandar Samir012 ayxansevda yravil Aristotel AykaJackson Nailə Qasarayeva Abdulyar rustam_aLiyev ElcinHesenov MaksiMuS _BUMERANQ_ SÜSən_Mehrəliyeva Ali_Aliyev Ruqiş

Kişilərin qadınları “dəli edən” 16 özəlliyi

Qadınların kişilərdə görmək istəmədikləri özəlliklər hansılardır? Londonda nəşr olunan  The Times qəzeti oxucular arasında sorğu keçirərək kişilərin qadınları dəli edən 16 özəlliyinı sıralayıb.  Qəzet hər bir kişidə tapılan və qadınları hövsələdən çıxaran kişi özəlliklərinin kiçik bir siyahısını dərc edib Beləliklə, kişilərin dəli edən 16 özəlliyi bunlardır:  
1. Bütün ev işlərinin qadına aid olduğunu düşünərlər.
2. Elədikləri hər bir xırda iş üçün minnətdarlıq umarlar.

Ardı

İdeal qadının ifadələri

Bilirsizmi kişilərin ürəyindən nələr eşitmək keçir?  Gəlin ideal qadının ifadələrin eşidək:


  •   — Eybi yox, palçıqda ilişib qalmağımızın heç bir eybi yoxdur. Mən indi enib, maşını itələyərəm.
  •  -Bu gün altıncı gündür əzizim, mən anam gilə gedim, sən isə dostlarınla gəzməyə get, dincəl, kef elə.
  • -Yox, şoppinqdə nə işimiz var? Gəl popkorn alaq, futbola baxaq.


Ardı

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.


Ardı

Kişilər haqqında deyimlər

İki kişinin ən çox böyük ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)
Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)
Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)

Ardı

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.


Ardı

Qadın kimdir əslində?

Bir qadın uşaqdır əslində.
Uşaq kimi davranmağı sevər. Kişinin özünə bir uşağa göstərdiyi şəfqəti göstərməsini də istər. Bir uşağı oxşayar kimi incitməkdən qorxaraq oxşamalıdır kişi qadını. Amma heç bir qadın uşaq rəftarı görmək istəməz. Söylədiyi şeylər uşaq tərəfindən də olsa dinlenilmesini, diqqətə alınmasını istər. Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksiniz amma əsla onu bir uşaq olaraq görməyəcəksiniz.

Ardı

Kişilərin Gizli arzuları :)

1. 8 Mart 29 Fevralda qeyd olunsun.

2.Bütün qadınların adı eyni olsun.

3.Bütün qadınların qızıla, xəzə və bütün qiymətli daşlara allergiyası olsun.

4.Qadınların burnunda xüsusi filter olsun ki,onlar pivənin,tərin və soğanın iyini hiss etməsinlər.

5.Sürünə-sürünə gəlib öz tayını tapan corablar icad olunsun.

6.Zibil paketləri bir təpiklə evdən yox olub zibil vedrələrinə düşsün.

7.Seriallara kanallarda qadağa qoyulsun.

8.Ev telefonu ilə 30 dəqiqədən çox danışılsa avtomatik adboy getsin.

9.Çox danışan qadınlar «QIRMIZI KİTAB»a düşsünlər.

10.Hər şeyə küsən, durduğu yerdə prablem yaradan, tənqiddən qaçan və ən vacibi göz yaşını silah kimi istifadə edən qızların MARSA göndərilməsi.

11."İLK ADDIMIN ATILMASI" prosesinin qızlara həvalə olunması.

12.Və ən əsası bütün arzularının REAL olması :))

P.S: Çox şey istəmirik ki :))


Kişilərə bir neçə sehrli məsləhət.

*  Xanımınızı başqalarının yanında tənqid etməyin.


*  İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.


*  Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.


*  Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.


*  Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.


*  Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.


*  Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.


*  Xanımınızı onun xoşuna gələn adla çağırın.


 

Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!

Ardı

Subaylıq sultanlıqdırmı?

Həm maraqlı həm də çoxlu müzakirələrə səbəb olan bu mövzu fərqli fikir və düçüncələri özündə birləşdirir. Hər birinizin subaylığa baxış tərzi fərqlidir. Bəziləri üçün subay olmaq bir həyat tərzidir. İşdən evə qayıddığında qarşılayacağ kimsənin olması, birlikdə gözəl bir yemək yeyərək gün ərzində baş vermiş hadisələri bölüşmək və rahat bir yuxu yatmaq. Bax bu subay insanların həsrətini çəkdiyi anlardır.  Evə dostlarını və ya qohumlarını çağıraraq belə bir gecə keçirən və bundan zövq alanlar da var əlbətdə.

Ardı