Kişilərin ağlından nələr keçir?

???Yaşını gizləyən qadın təhlükəlidirmi? 
Kişilər, yaşını deməməkdə israrlı olan qadınların biloji saatının çox sürətlə hərəkət etdiyini düşünür. Kişilər bu qadınlardan uzaq durmağa üstünlük verir. Çünki düşünürlər ki, tanışlıqdan 3 həftə sonra belə qadınlar çox güman ki, evlilik haqqında planlar qurmağa başlayır. 

İdaman salonuna gələn xanımlar
Kişilər idmana gedərkən ancaq idman haqqında düşünür və belə olmalı lazım olduğunu fikirləşir. Lakin idman salonuna baxımlı geyimlərdə gələn qadınların məqsədinin başqa olduğunu düşünür. Həmin qadınların ancaq özünü göstərmək və nümayiş etdiyi üçün gəldiyini düşünürlər. Əslində, bu məsələdə haqsız da deyillər. 

Yeniyetməlikdən ayrılmayan qadınlar 
Kişilər çəhrayı və əlvan rənglərə düşkün qadınları yetkinlik yaşına çatmış hesab etmir. Bütün əşyaları çəhrayı rəngli olan qadınların uşaq xarakterli olduğunu düşünür. 

Rəqabət mühitində narahat olurlar.
Kişilər sevgililərinə dostluq hekayələri anlatmağı sevdiyini deyir. Fəqət, sevgililəri qarşılığında daha maraqlı hekayələr danışırsa, kişilər rəqabət mühitində özlərini yaxşı hiss etmir. Hətta bundan narahat olduğunu gizlətmirlər.

Əlindən telefon düşməyən xanımlar
Kişilər xüsusən də onlarla görüşən zaman  əllərindən telefon düşməyən qadınların çox sosial olduğunu düşünür. Hesab edirlər ki, belə qadınlar vaxtını bütün gün sosial şəbəkələrdə “avaralanmaqla” keçirir. Bu isə əlbəttə ki, kişilərin xoşuna gəlmir.
 

3 şərh

tarixci1919
Hamısı ilə hardasa razıyam. Amma «Rəqabət mühitində narahat olurlar»la yox. Əgər kimsə belə düşünürsə, deməli, o, qısqancdır, yəni qarşısındakı ondan çox bilə bilməz ki? Bilmədiyini öyrənməyin nəyi pisdi?
Gülnar
Elə düz düşünürlər.
heyatin-ellerinde
Ümümi düşüncələrdir.