Kişilərin qadınlarda sevdiyi səkkiz xüsusiyyət

Bir kişi bir qadınla yeni tanışdırsa və ya həmin qadınla uzun müddətli əlaqəsi olsa belə, qadının etməsini xoşladığı bəzi hərəkətlər var.

1. Başınızı onu sinəsinə qoymağınız
Kresloda uzanıb televizor izləyərkən və ya uzun gündən sonra çarpayıda uzanarkən, qadının başını kişinin sinəsinə qoyması və kişinin qadını qucaqlaması ən gözəl duyğulardan biridir. Kişilər özlərini qoruyucu kimi hiss etməyi sevirlər və bu hərəkət qadının kişinin qollarında özünü təhlükəsiz hiss etdiyini göstərir.

2. İlk mesajı qadının yazması
“İlk mesajı kişi yazmalıdır” deyə bir təzyiq var. Bəzən kişi bezdirici olmamaq üçün heç mesaj yazmamağı seçə bilər. Kişiyə ilk mesajı qadının göndərməsi onun gününü işıqlandırar və gözəl söhbətin başlamasına səbəb olar.

3. Ona dəyər verdiyinizi söyləməyiniz
Bəzi tərəf digər tərəfə görə daha çox və ya daha az maraq göstərir, lakin necə olursunuz olun, bunu unutmayın: əgər bir kişi əlaqəniz üçün çox səy göstərirsə, sizin ona nə qədər dəyər verdiyinizi eşitməkdən heç vaxt sıxılmaz. Bu, onun özünü daha xoşbəxt hiss etməsini təmin edər.

4. O avtomobil idarə edərkən saçlarıyla oynamağınız
O avtomobil idarə edərkən qolunuzu uzadıb onun başının arxasına yüngülcə toxunun. Onun gülümsəməsi zəmanətlidir! (Avtomobil idarə edərkən diqqətini çox dağıtmayın!)

5. Sosial şəbəkələrdə onunla öyünməyiniz
Əgər sevgiliniz sizin üçün xoş bir şey etdisə, məsələn, evə gəldiyinizdə sizin üçün hazırlanmış sürpriz yemək süfrəsi ilə qarşılaşdınızsa, yemək süfrəsinin fotoşəkilini paylaşmağınızın heç bir zərəri yoxdur. Bu, ona minnətdar olduğunuzu və bu hissinizi dünyayla bölüşməyə istəkli olduğunuzu göstərər.

6. Onu dinləməyiniz
Oturub onun gözlərinə baxaraq, onun üçün əhəmiyyətli olan bir şeylə əlaqədar, izah etdikləriylə həqiqətən maraqlanmağınız, ona əhəmiyyət verdiyinizi göstərər.


7. Dostlarınızla çölə çıxanda ona mesaj atmağınız
Bəzi dəli kimi qısqanc kişilər var ki, sevgililərinin rəfiqələri ilə gəzməyə çıxmasına “icazə” verməzlər, xüsusilə də, həmin mühitdə başqa kişilər də olacaqsa. Əgər gəzməyə çıxarkən, yaxşı vaxt keçirməyinizi diləyəcək bir sevgiliniz varsa, arada bir ona mesaj yazıb “salam” deyin, halını-xətrini soruşun. Bu, onu gülümsədəcək və gəzməkdəykən belə, onu düşündüyünüzü biləcək.

8. Ona sevginizi göstərməyiniz
Çöldə hər kəsin içində onu qucaqlamaq lazım deyil, amma yolda gedərkən onun əlini tutmaq kimi, mağazada kassa quyruğu gözləyərkən onu qucaqlamaq kimi, yaxud birlikdə kinoya gedərkən qoluna girmək kimi kiçik şeylər onun özünü sizə daha yaxın hiss etməsini və onunla olmaqdan qürur duyduğunuzu hiss etməsini təmin edər.
 

1 şərh

Bigbang
1. Başınızı onu sinəsinə qoymağınız 
6. Onu dinləməyiniz :)