Keçmiş sevgilisini unuda bilməyən kişini tanıyın

Bir çox qadınlar həyatlarındakı kişinin, keçmiş sevgilisini hələ də düşündüyündən şübhələnir. Əslində bunun təsdiqini tapmaq elə də çətin deyil. Onun bəzi davranışlarına diqqət etmək kifayətdir.

Davamlı ondan bəhs edir
Hər söhbəti zamanı onun adını, yaşadıqları xatirələri xatırlayırsa, deməli, hələ də əvvəlki sevgilisini unuda bilir.

Hələ də fotolarını saxlayır
Telefonuna və ya notbukuna baxmağınıza, araşdırmanıza ehtiyac yoxdur. Sosial şəbəkə hesabından köhnə fotolarını silməyibsə, evində və ya otağında, ətrafında hələ də onun şəkilləri varsa, deməli, onu unutmayıb.

Onun əşyalarını saxlayır
Əvvəlki sevgilisinin ona hədiyyə etdiyi, evində unutduğu və ya birlikdə istifadə etdikləri əşyaları hələ də saxlayırsa, bu, onu xatırlatdığı üçündür.

Sosial şəbəkədə izləyir
 Həyatından gəlib keçmiş insanları internetdə izləmək doğru hərəkət deyil. Lakin o, hələ də əvvəlki sevgilisini dostluğundan çıxarmayıbsa və onun hər addımını izləyirsə, demək unutmayıb.

Ünsiyyətini davam etdirir
 Hələ də əvvəlki sevgilisi ilə gizli-gizli mesajlaşırsa, onun səmimi mesajlarına cavab verirsə, onun olduğu yerlərə getməyə çalışırsa, unuda bilməyib.

Müjdə vermək üçün onu axtarır
Uzun zamandır arzuladığı işə girdikdə, mükafat aldıqda, həyatında, işində yenilik olduqda sizdən əvvəl ona xəbər verməyə çalışırsa, demək, xoşbəxt olduğu zaman ağlına gələn ilk adam odur.

Hər an köməyinə yetişir
Əvvəlki sevgilisi adi işlərində belə, onun köməyinə çatmaq istəyir və hələ də qaça-qaça köməyə gedirsə, bunun iki mənası var: ya çox köməksevər insandır, ya da əvvəlki sevgilisinə qarşı eyni hissləri keçirir.

Onu rəqib olaraq görürsünüz
 Onun əvvəlki sevgilisinə rəqib kimi baxmağınız normaldır. Çünki bir zamanlar onu sevib. Ancaq sizin ona rəqib kimi baxmağınıza sevgiliniz səbəb olursa, demək düşüncələrinizdə haqlısınız.

Ona görə mübahisə edirsiniz
 Əvvəlki keçmişdə qalır. Bu gününüzdə olması üçün heç bir səbəb yoxdur. Sevgiliniz əvvəlki sevgilisi ilə hələ də həyatının bir parçası kimi davranır və mübahisələrinizə səbəb olursa, o zaman münasibətlərinizə nəzər salın.
 

0 şərh