Qadınların sevmədiyi sözlər

1) "Kökəlmisən"
2) "Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!"
3) "Otur evdə işivi gör!"
4) "5-6 manat pul qazanırsan onu da təpəmizə vurma"
5) "Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!"
6) "Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik"
7) "Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən"
qadın və kişi narazılığı8) "Sən kişi işinə qarışma!"
9) "Sən qadınsan, otur oturduğun yerdə"
10) "Bunları kim soxub sənin beynivə?"
11) "Qadınlardan idarəçi çıxmaz"
12) "Qadınlardan sürücü olmaz"
13) "Qadınlar futbol nədir başa düşməzlər"
14) "İşləmək sənin nəyivə lazımdır?"
15) "Bütün qadınlar eynidir."
16) "Heç kim anam kimi gözəl yemək bişirə bilmir"
17) "Sən nə başa düşürsən ki?!"
18) "Anam gəlir. Xəbərin olsun"
19) "Baxarıq"
20) "Sən bacarmazsan ver mən eləyim"
21) "Mən demişdim axı"
Həmçinin bax:
Qadınlar nə istəyir?
Kişilər qadına necə münasibət göstərməli?

 

11 şərh

Fianda
vay-vay,bu sözlər kimin xoşuna gələr ki.
ayxansevda
davam etmək də olar bu siyahını, bildikləriniz varsa buyurun
Nailə_Qasarayeva
22) Arvaaad...
23) Sən bunu bilməzsən, sənin yerin mətbəxdir!
24) Qadınların ağlı topuğundadır.
Fianda
25) Uşağa nəsə olsa cavabdeh sənsən.
Ad_Familiya
26) 24000 peygəmbərdən heç biri qadın olmayıb.
luminat
124000 peyğəmbərdən
BaKiNeC
`Yene anangil gelmiwdi`, `min defe demiwem ki``bezdirdine bu serialllardan lap meni` :))
azad_mireyev
Bunlardansa qadınları komplimentlərə öyrəşdirmək lazımdır.
naninka
Nəcə də dəqiqliyi ilə yazıblar. İndi oxuyub nəticə çıxaran olsa da :)