Рейтинг
+85.19

Kişilər

59 üzv, 200 topik

Kişiləri xoşbəxt edən 5 amil

İngilis müşahidəçilər kişilər nələr xoşbəxt edə biləcəyini tapmağa çalışıblar. İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, kişilər əsasən 37 yaşdan sonra xoşbəxt olurlar. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu yaşdakı kişilərin çoxu evləndikləri üçün xoşbəxt olduqlarını bildiriblər.

37 yaşa qədər kişilər əsasən macaralar axtarır, qadınlara, maşınlara, içkiyə və digər əyləncələrə meyl edirlər. Lakin bu yaşdan sonra kişilər ailə qurmağa, karyerada yüksəlişə, övlad sahibi olmağa daha çox can atırlar.

Aparılan araşdırmalardan məlum olub ki, 37 yaşlı kişləri əsasən 5 amil xoşbəxt edir:

Kişilərin 43 faizini ata olmaq, 35 faizini evlənmək daha çox xoşbəxt edir. Qəribədə olsa, 18 faiz kişini azərkeş olduğu komandanın qələbəsi, 14 faiz kişini isə milli komandanın qələbəsi xoşbəxt edir. Kişilərin 17 faizi isə yeni ev aldıqda özlərini xoşbəxt hiss edirlər.

Davamı →

Kişilərin qəribə xəyanət arqumentləri

Kişilərin qadınlardan daha çox xəyanət etdiyini hamımız bilirik. Bəs kişilər nəyə görə sevgililərinə, həyat yoldaşlarına xəyanət eetməyə vadar edən səbəblər nələrdir?

Başqa biri ilə əvəz olunduğumuz vaxt ağlınıza “niyə” sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün “niyə” sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən ehtiraslı  baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər aldatmaq üçün səbəbdir. 


Ardı →

Kişi aksesuarların əhəmiyyəti haqqında

Əgər qadınların geyiminə diqqət yetirsəniz, onların günlük geyimlərində belə müxtəlif aksesuarlardan istifadə etdiyini görərsiniz. Qəbul edək ki, bu aksesuarlar onların gözəlliyinə əlavə gözəllik qatır və daha incə, zövqlü görünmələrinə şərait yaradır. Eləcə də kişilər üçün olan aksesuarlar düzgün geyimlərlə uyğunlaşdırılanda qarşı tərəfin gözündə eyni cür görünür.

Əvvəlcə başlayaq qol düymələrindən. Heç pencəyinizin üzərindəki qol düymələrinin mənası haqqında düşünmüsünüz? Pencəkdəki qol düymələrinin quruluş forması və sayı sizin nüfuzunuzun önəmli bir hissəsidir.
Bir çoxunun əhəmiyyətsiz hesab etdiyi bu incə detal diqqətlə seçildiyi halda sizin ciddiliyinizə, yaraşığınıza əlavə şıqlıq qatacaq. Əmin olun ki, hətta ən sadə köynəyinizlə uyğunlaşdırdığınız düzgün qol düymələri axşamkı şam yeməyində qarşı tərəfin gözündən yayınmayacaq.


Ardı →

Boyunuzu vizual olaraq uzun göstərən geyimlər

Zövqlə geyinmək istəyirsinizsə, seçdiyiniz geyimlərin rəng uyğunluğuna, kəsiminə, materialına diqqət etməklə yanaşı, həm də bu geyimlərin çəkinizə, boyunuza görə nə qədər münasib olduğuna da fikir verməlisiniz. Etdiyimiz düzgün geyim seçimləri ilə biz ətrafdakıların görməsini istəmədiyimiz qüsurları çox asanlıqla gizlədə, arzuladığımız kimi ideal vizuallığa sahib ola bilərik. Bəs necə? Sualın  cavabı sizə də maraqlıdırsa, məqaləmizi sonadək oxumağınızı tövsiyyə edirik.

İnsanlar, xüsusən də kişilər uzunboylu həmcinslərinə həsəd aparır, boylarının qısa olmasını özlərinə kompleks edirlər. Amma bu səbəbə görə təəssüflənməyə dəyməz. Hər zaman stəkana boş tərəfindən baxmaq düzgün deyil. Boyunuzun qısa olması əslində sizin üçün digərləri ilə müqayisədə daha böyük avantajlar yaradır. Belə ki, əgər bəyəndiyiniz geyim əyninizə böyükdürsə, siz heç düşünmədən onu ala, məhəratli bir dərzinin sayəsində öz ölçünüzə uyğunlaşdıra bilərsiniz. Uzunboylu həmcinslərinizin isə belə bir şansı yoxdur, əgər seçdikləri geyim onların ölçüsünə uyğun deyilsə, qısadırsa, onlar sadəcə olaraq həmin paltara həsədlə baxaraq mağazanı tərk etməyə məcburdurlar.


Ardı →

Tərk edilmiş kişilər üçün

Birinci mərhələ: İlk anlar

Sakitlik

Hadisələri soyuq başla dəyərləndirin. Panika yaratsanız, partnyorunuz sizdən daha da uzaqlaşacaq. Ayrılıq fikrinə hörmətlə yanaşın, bacardığınız qədər xoş sözlər deyib onu geri qaytarmağa çalışın. Bir də ən mühüm şey – özünüzü yazıq kimi göstərməməkdir. Sevgilinizin sizə yazığı da gəlsə, bir aydan sonra yenə ayrılmaqdan dəm vuracaq. 

Ayrılıq öpüşü 
Ola bilər, artıq ayrılmısınız, amma bu, o demək deyil ki, onunla axırıncı dəfə sevişməməlisiniz. Aranızda hələ də cinsi asılılıq varsa, sevişin. Sevgilinizi bunun sonuncu dəfə olduğuna əmin edin. İndiyədək cürət etmədiyiniz hərəkətləri də edə bilərsiniz. Onsuz da itirməli heç nə qalmayıb. Bu hissin rahatlığı ilə sevişin.
Ardı →

Kişilərin musiqi tərzinə görə xüsusiyyətləri

Klassik və Jazz Musiqi Dinləyən Kişilər

Bu tərz musiqi dinləyən kişilər kübar cəmiyyətin ən məşhur kişiləridir. Qəşəng dəst paltarları, fenli saçları və baxımlı dırnaqları uzaqdan göründüyündə belə aydın olar. Təbii hər kostyum geyən kişi bu tərz müasir dinləyən deyə də bir şey yoxdur. Onsuz da aradakı fərqi endikləri avtomobil markası və uzaqdan parlayan qəşəng pencəklərindən aydın ola bilər.


Ardı →

Kişilər hansı yaş dövründə romantik olurlar?

Cim Forvard İngiltərədə apardığı bir araşdırma nəticəsində məlum olub ki, kişilərin ən romantik yaşı 53-dür.
Araşdırmaçılar 18 və 65 yaş arasında 2 min nəfər arasında aparılan araşdırmada 51 və 55 yaş aralığındakı kişilərin 4-də 3-nün hər gün ən romantik jest hesab olunan “səni sevirəm” ifadəsini istifadə etdiyini bildiriblər.

Araşdırmaçılar 50-55 yaş arasında olan kişilərin gənc kişilərə nisbətən eşqə daha çox həvəsli olmasını və tərəf müqabillərinə sürpriz etməyi daha çox sevmələrini açıqlayıb.

Bu tip kişilərin yarısı şeir yazaraq, yarısı isə romantik həftə sonu gəzintilər təşkil edərək tərəf müqabillərinə sürpriz etməyi sevirlər.


Ardı →

Belə geyinən kişilərdən uzaq durun

Sevgilinizin geyim seçimlərinə, tərzinə önəm verməyə, yaxud fərqinə varmaya bilərsiniz. Bəlkə də düşünürsünüz ki, «mən onu geyiminə görə sevmirəm ki…»

Amma kişilərin geyim tərzini önəmsəyən qadınlar üçün bəzi məlumatlarımız var. İstər geyim detallarına fikir verməməkdən, istərsə də ətrafa qarşı laqeydsizlikdən qaynaqlanan pis hallarla qarşılaşa bilərsiniz. Bu dünyada geyimilə sizi özündən soyudan kişilər də ola bilər. Kişini kişi edən geyimləridir — bunu unutmayın! Kişilərin geyim tərzinə görə xasiyyətləri bunlardır:

1. Dərin V formasında yaxalı köynək geyinən kişilər möhtəşəm biri olduqlarını düşünürlər.

2. Qara ayaqqabı ilə ağ corab geyinən kişilər uşaq kimirdilər. Onlara bir az daha böyümək lazımdır.

3. Ağzı iplə bağlı parçadan çantalar daşıyan kişilər ciddi iş ortamlarına qoşulmurlar.

4. Basketbol oynamadığı vaxtlarda da basketbol şortikini geyinən kişilər çox tənbəldirlər. Yuxudan oyananda belə, paltarlarını dəyişmək istəməzlər.


Ardı →

Kişilərə aid psixoloji sindromlar

Boss sindromu – deyə bilərik ki, anadangəlmə xarakter daşıyır və valideynlər qeyri-ixtiyarı uşaqlarda bu “ağa” hissini inkişaf etdirir, “yumuşaqlıq” xüsusiyyətlərinə  qarşı isə ikrah hissini yaradırlar. Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı dəhşətli qısqanclıq və paxıllıq hissi keçirirlər. Bu sindromdan azad olmaq demək olar ki, mümkün deyil.
Davamı →

Üz quruluşunuza ən uyğun saqqal

Geyimləri bədən quruluşuna görə seçdiyimiz kimi saqqal da hər kişiyə yaraşmır, hər üz tipinə uyğun gələn saqqal modeli var.

Saqqalı dəyişdirərək üzünüzün xarizmatik tərəflərini ortaya çıxara, bəyənmədiyiniz cizgilərini isə örtə bilərsiniz. Tanınmış insanlar stilistlərlə daha çox ünsiyyətdə olduğu üçün onlara nəyin yaraşdığını daha yaxşı bilirlər.

Biz bu gün kişilərin üz quruluşuna hansı saqqalın yaraşdığını deyəcəyik.
5 fərqli üz quruluşu və onlara ən uyğun saqqal stillərini göstərəcəyik. İlk olaraq hansı üz quruluşuna sahib olduğunuzu nəzərdən keçirək. Sonra isə təraş bıçağını əlinizə alıb stilinizi dəyişin.


Ardı →