Рейтинг
+85.19

Kişilər

59 üzv, 200 topik

Spermanın keyfiyyətini, sürətini, aktivliyini və sayını artırmaq üçün

Biz – qəbul etdiyimiz qidayıq! Bu yazıda, kişilərə spermanı artırmaq üçün tələb olunan qidalardan söz açacaq. Əgər siz ata olmaq istəyirsiniz isə bu yazı sizə kömək olacaq.
Əksər hallarda cütlüklərdə sonsuz kişilər olur. Sonsuzluq müalicə olunan və müalicə olunmayan olana bölünürlər. Əgər sizdə sadəcə sperma azlığı problemi varsa bu zaman özünüz düzgün qidalanmaqla bu problemi aradan qaldıra bilərsiniz. Orta statistik kişinin bir eakulyasiya zamanı 1 xörək qaşığı spermasında 1 mln-a yaxın spermatazoid olmalıdır. Bu spermatozoidlər aktiv, sürətli və keyfiyyətli olmalıdırlar. Əgər siz spermanızın keyfiyyətindən şübhəlisiniz isə bu zaman androloqa müracət etməniz məsləhətdir.
Beləliklə, spermanın keyfiyyətini, sürətini, aktivliyini və sayını artıran 5 məhsul:
Davamı →

Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar

Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir. kəlməsi hər xanımın qulağında sırğa kimidir. İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Rus mütəxəssislərinin fikrincə kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir. Eşqbaz və seks düşkünü olduqları zənn edilən kişilərin heç də elə olmadıqları faktlarla izah edilib.
Davamı →

Kişilər analarına bənzəyən qadınlara aşiq olurmuş

Bir çox hallarda qadınlar həyatında olan kişinin anasına bənzədiyinin fərqinə varır. Qadınlar bunu büruzə verməsə də, bu kimi hallar dünyanın hər yerində yaşanır.
 Finlandiyada aparılan araşdırmalar nəticəsində kişilərin onların analarına bənzəyən qadınlardan daha çox xoşlandığı məlum olub.
Davamı →

Kişi sonsuzluğu

Hər bir kişi müəyyən yaşdan sonra nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər 10 ailədən biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.
“Sonsuz nigah” – müxtəlif kontrasepsiya metodlarından istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin olmadığı nigah adlandırılır.

Davamı →

Teratozoospermiya

Teratozoospermiya, sperma içərisində patoloji formanın çox sayda hüceyrəsinin olması ilə xarakterizə edilən kişi infertilliyinin bir formalarından biridir. Öz rollarında ümumiyyətlə quyruq, baş və ya boyun anormal strukturu olan sperm kimi çıxış edirlər. Spermanın bir klinik araşdırmasına əsasən, spermanın miqdarı, normal olaraq, seçilmiş ejakulat nümunəsində bütün spermatozoa sayının yarısından çox olmamalıdır. Onların sayı müalicə tələb edən teratozoospermiya ilə dramatik şəkildə artır.
Davamı →

Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik

Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.
Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.
Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.
Davamı →

Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edirmi?

Ananın sağlamlığı, yaşı, hamiləlik zamanı qidalanması, pis vərdişləri və s. uşağın sağlamlığına böyük təsir edir. Bu sübut olunmuş bir faktdır.
Əvvəllər belə hesab olunurdu ki, atanın rolu bu işdə daha azdır. Lakin son araşdırmalar sübut edib ki, bu yanılmadır. Atanın sağlamlığı, yaşı, pis vərdişləri və hətta qidalanması uşağın sağlamlığına ciddi təsir edir. Kişinin sağlam olmayan həyat tərzi onun uşaqlarında inkişaf pozulmalarına, autizm xəstəliyinə, piylənməyə, psixi pozulmalara və s. problemlərə səbəb ola bilər.
Davamı →

Kişilər mütləq balqabaq tumu yesin

Balqabaq çox zəngin mineral tərkibə malik olan C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri özündə cəmləyir.
Balqabağın özü ilə yanaşı tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir.
Bu dəfə balqabaq tumlarının faydalarını təqdim edirik:
Davamı →

Kişini evliliyə razı salmağın yolları

Kişilərin çoxu evlilik mövzusunda inadkar olduqları üçün onları evlənməyə razı salmaq çətin proses kimi qiymətləndirilir.

Bu məqamda «Aman, o məni evlənməyə razı salsın!» deyə, düşünə bilərsən və bu məsələdə də haqsız olduğunuz demək olmaz. Lakin sevdiyin kişini evliliyə razı salmaq üçün bəzi taktikalardan istifadə etmək heç bir zərər gətirməz.

Bu yazı kişini evliliyə razı salmağa və 100 faiz uğur gətirəcəyinə dair zəmanət verməsə də, bu üsullarla ən azından bir şans qazana bilərsiniz.


Davamı →

Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.

Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi — bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.
Davamı →