Sirr | Ronda Bern

Ronda Bern Diqqətinizi çiçəklənməyə doğru yönəldin.
 Daxildə nə varsa, xaricdə də odur.
 Bu kitab sizə həsr olunur.
 Qoy, bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin!
 Mən bunu sizə və bütün dünyaya arzu edirəm...
                                                                                    (Ronda Bern)
                                                                                       

 
Bir müddət bundan əvvəl oxuduğum, çoxdandı haqqında paylaşmağı düşündüyüm kitab — Sirr.  Əvvəlcə onu deyim ki, kitab dünyada 19 mln nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmişdir. Ümumilikdə psixoloji kitabdı və insana ancaq pozitiv enerji verir.(tam da ehtiyacımız oln şey)
2007-ci ildə çap olunan bu kitabın müəllifi Ronda Berndir. Kitab Azərbaycan dilinə çox tez 2012-ci ildə tərcümə olunub (buna da şükür).

Kitabda söhbət həytımızın birbaşa asılı olduğu və əslində özümüzün də xəbərsiz olduğumuz Sirrdən- cazibə qanunundan gedir. Kitaba görə, sizinlə baş verən hər bir hadisəni, əslində siz öz həyatınıza cəzb etmisiniz. Sizin həyatınız sizin düşüncələrinizdir.
Əvvəlcə insana qəribə gəlsə də dayanıb keçmişə nəzər salanda görürsən ki, Ronda Bernin sözlərində həqiqət var. Ona görə də əziz kayzençilər, pozitiv düşünək ki, hər şey yaxşı olsun!
«Sirr» əsəri yazıçının təxəyyülünün məhsulu deyil, bütövlükdə faktlara əsaslanan kitabdı. Kitabda ən çox diqqətimi çəkən sağlamlıqla bağlı sirlər və xüsusilə, «möcüzə insan» Morris Qudmenin(yazıçı və beynəlxalq səviyyəli lektor) hekayəsi oldu.

Əvvəlcə tibdəki kiçik hiylələrlə bağlı olanı qeyd edim. 
Bizim bədənimiz fikirlərimizin məhsuludur. Son dövrlərdə tibb elmi belə bir nəticəyə gəlmişdir ki, fikirlərimizdən yaranan emosiyalarımızın təbiəti müəyyən səviyyədə bədənimizin fiziki vəziyyətinə, quruluşuna və funksiyalarına təsir edir.

Tibb praktikasında «plasebo effekti» adlı bir anlayış mövcuddur. Plasebo- bədənə təsir edən, psixoloji effekt yaradan, lakin birbaşa farmakoloji xüsusiyyətə sahib olmayan həblərin qəbuluna deyilir. Məsələn, şəkərli həb.
Pasiyentə bu həblər verilir və xəstəliyin sağalması üçün effektli vasitə olduğu söylənilir. Lakin əslində bu həblər şəfaverici xüsusiyyətə malik olmayan adi şəkər belə ola bilər. Və bəzən plasebo həqiqətən də əsl dərman kimi təsir göstərir. Aşkar olunmuşdur ki, insan dərrakəsi şəfavericilikdə bəzən hansısa bir dərmandan daha çox təsir göstərən vacib faktordur.
The Secret

Və Morris Qudmenin- «möcüzə insan»ın həyat hekayəsi...
Mənim hekayəm 10 mart 1981-ci ildən başlayır. O gün mənim həyatımı təmamilə dəyişdi və mən onu heç vaxt unutmaram. Həmin gün mən təyyarə qəzasında yaralanmışdım və təmamilə iflic olmuş vəziyyətdə xəstəxanaya gətirildim. Mənim onurğam parçalanmışdı, birinci və ikinci boyun fəqərəm sınmış, həmçinin udma refleksim də dayanmışdı. Yeyib-içə, nəfəs ala bilmirdim. Diafraqmam güclü zədələnmişdi. Bacardığım yalnız göz qırpmaq idi. 
Həkimlər əlbəttə, deyirdilər ki, həyatımın qaln hissəsini iflic vəziyyətdə keçirəcəm, yalnız gözlərimi açıb-bağlaya bilirdim. Onlar mənim gələcəyimi belə təsəvvür edirdilər. Lakin mənim üçün onların nə düşündükləri əhəmiyyətli deyildi. Əsas mənim düşüncəm idi. Mən özümü normal, sağlam insan olaraq bu xəstəxəanadan çıxacağımı təsəvvür edirdim.

Xəstəxanada işlədə bildiyim yeganə şey ağlım idi. əgər ağıl varsa, siz hər şeyi dəyişə bilərsiniz.

Məni nəfəsalma aparatına birləşdirdilər və həkimlər dedilər ki, heç vaxt özüm nəfəs ala bilməyəcəm. Lakin, daxilimdəki sakit səs deyirdi: «dərindən nəfəs al, dərindən nəfəs al» və nəhayət, həkimlər heyrət ilə məni aparatdan ayırdılar. Mən ağlıma məqsədimdən və xəyalımdakı tablodan uzaqlaşdıracaq heç nəyi buraxmırdım.

Həmin vəziyyətdə özümə məqsəd qoydum ki, yeni ilə kimi xəstəxanadan öz ayaqlarımla çıxacam və mən bunu etdim. Xəstəxananı öz ayaqlarımla tərk etdim. Hamı bunun mümkün olmayacağını deyirdi. O günü mən ömrüm boyu xatırlayacağam. 
İndi isə hansısa xəstəlikdən əzab çəkən insanlara bir neçə söz demək istərdim. Bu sözlər mənim təcrübəmi ifadə edəcək və hər kəsin öz həyatında nəyə qadir olduğunu izah edəcək: "İnsan düşündüyünə çevrilir."
Araşdırmalar onu göstərir ki, istəyinə çatan insanlar bunu necə etdiklərini bilmirlər, onlar yalnız, bunu həmişə istədiklərini bildiriblər.
Onu da qeyd edim ki, «Sirr» əsərindən sonra onun haqqında film də çəkilmişdir və film əsərdən daha təsirli hesab olunur.
Deməli, bundan sonra nə edirik, Sirri həyatımıza tətbiq edirik və ancaq yaxşı olan nə varsa onun haqda düşünüb, yaxşıları özümüzə cəzb edirik!
 
P.S: Əsəri dilimizə Elgül Eyvazova və Gülnar Məmmədova tərcümə etmişdir.

Hazırladı: Axundova Təhminə

13 şərh

BaRLeLiTa
Bu əsərin filminə baxmaq qismət olsada, kitabını hələdə əldə edə bilməmişəm. Amma inanıram ki, bir gün kitab rəfimdə «Sirr» kitabı da olacaqdır.Bildiyim qədəriylə ilk öncə film çəkilib, sonradan isə kitab satışa çıxarılıb. Film və ümumilikdə bu əsər insan həyatında bir çox dəyişikliklər (yaxşılığa doğru ) etməyə qadirdir. İnanıram ki, hər bir insan öz həyatını düşüncələri əsasında qurur, vacib olan bu düşüncələrin bədbinlikdən, pessimistlikdən uzaq olmasıdı, həqiqətən də yaxşı fikirləşib, bir işə bədbinlik gətirmədən başlasaq o iş alınar özüdə çox gözəl nəticələr verər. Cəzb etmə fikriylə tamamiylə razıyam, pisidə yaxşınıda özümüzə cəzb edən elə biz özümüzük.
Bir insan tanıyıram ki, hər zaman pis şeylər düşünür, yaxşı nə varsa da görməməyə çalışır, elə hey həyatdan giləylənir, insanların çox pis, amansız, həyatın ona qarşı qəddar olmasını deyir. Lakin nə həyat kimsəyə qarşı qəddar deyil, nədə insanlar amansız deyillər, sən özün həyata və insanlara qarşı qəddar və amansızsan ki, ətrafındaki bütün insanları pis görür, dəyərləndirməli bir çox xüsusiyyətləri  varkən sən görmür, elə pis cəhətlərini axtarırsan. Çünki görmək istədiyin, axtardığın, özünə cəzb edib, yaxınlaşdırmaq istədiyin yaxşı şeylər deyildə pis şeylərdi. Bizim görməyə qadir olmadığımız elə bir qüvvə var ki, onun sayəsində özümüzə tərəf istədiyimiz şeyləri cəkə bilərik, ürəkdən istəməklə. Sən istə, calış və inan ki, bir gözəl gün o istəyin həyata keçəçək.
Əsərin məqsədi insanları bədbin düşüncələrdən ayırmaq, pozitiv düşündücələrə tərəf yönləndirməkdir. Hər-halda bir çox uğurlar əldə etmək olar. Məs məndə belədi ürəkdən bir işi etmək, nəyisə əldə etmək istəyirəmsə, sanki bütün dünya, kainat qol-qanad açır mənə kömək etməkçün, çünki mən bunu ürəkdən istəyir, və inanıram ki, alınacaq. Tək problem hər hansı bir işin alınmasına inanmamaq, şübhəylə  yanaşmaqdır, o zaman hərşey bitər. Pozitiv düşün, alınmıyacağını ağlına belə gətirmə və addım irəli.
_BUMERANQ_
Barlelita, ürəyin dolu imiş ki :)
Gərək sənin şərhini də kitaba əlavə edək :) 
BaRLeLiTa
Hə ürəyim özüdə necə doluymuşe, əlavə edənnən sonra gördüm ki, dastan olub :)
Elsen_mma
salam cox gozel yazmisiz...sizlerden xahiw edirem eger bilirsinizse mene deyerdiz ki, Sirr kitabini haradan tapa bilerem?nece vaxti onun ucun gezirem...qabaqcadan Twk
 
BaRLeLiTa
https://www.facebook.com/YeraltiKitablar -burdan sifariş verə bilərsiz, kitab mağazalarında da bildiyim qədəriylə Sirr kitabı olmalıdı.
Nermin Nebibeyli
hmm chox maraqlidi manim arzum xarici iwler naziri olmaqdi heqiqeten isteyirem)) goren bu reallawa bileceek?)
The_Secret
Hörmətli _BUMERANQ_ buraya qoyduğun filim, haqqında yazdiğın film deyil. Sayendə 1 filmə daha baxdım. Bunu yazmaq üçün qeydiyyatdan keçdim. Qoyduğun filmə özün də baxsan pis olmaz.
BaRLeLiTa
Onda gərəkdir ki, o səhvi düzəldək http://www.tekparca-filmizle.com/sir-the-secret-turkce-dublaj-izle.html bu linkdən izləyə bilərsiz.
_BUMERANQ_
Barlelita link üçün çox sağ ol :)
_BUMERANQ_
The_Secret, diqqətiniz üçün minnətdaram, o filmi izləmişəm, sadəcə linki yerləşdirərkən diqqətsizlik etmişəm.
Səhvimi qəbul edirəm, amma nə yaxşı ki, etmişəm, həm siz qeydiyyatdan keçmisiniz, həm yeni film izləmisiniz. 
 
pascal
Ağıl + pozitiv düşüncə + inam + iradə = Morris Qudmen
Əla.
The_Secret
Sizi çaşdıran yəqin ki, o filmin də kitabının olması və filmin daha uğurlu alınması olub.Bu halda aranıza xoş gəldim)))))))))))))
SHATENKA407
deməli nə etmək lazımdır? o kitabı təcili tapıb oxumaq lazımdır