Müasir Qırmızı papaq

Tanınmış yazıçılar “Qırmızı Papağın nağılı”nı yazsaydılar necə alınardı? 

Haruki Murakami
 
Mən oyananda, Qırmızı Papaq hələ yatırdı. Mən dalbadal yeddi siqaret çəkdim və mətbəxə keçib əriştə bişirməyə başladım. Mən həmişə əriştəni çox diqqətlə bişirirəm və kiminsə məni bu prosesdən ayırmağını sevmirəm. Radioda Pink Floyd oxuyurdu. Əriştənin sousunu hazırlayanda qapının zəngi eşidildi. Mən qapıya yaxınlaşanda otağa da göz atdım. Qırmızı Papaq hələ də yatırdı. Onun qulaqlarına tamaşa etdim. Bir qulağını səhər günəşi işıqlandırırdı. Mən ömrümdə belə qulaqlar görməmişdim… Qapını açanda Canavarı gördüm. Dərhal yadıma qoyun düşdü. 
 
Viktor Hüqo
 
Qırmızı Papaq titrədi. O tək idi. O, səhrada iynə kimi tək idi, ulduzların arasında qum zərrəsi kimi, zəhərli ilanların arasında qladiator kimi tək idi…
 
Cek London
 
O, öz irqinin ləyaqətli qızı idi. Onun damarlarında Şimalın ağ fatehlərinin güclü qanı axırdı. O gözlərini qırpmadan canavarın üstünə atıldı. Dağıdıcı zərbədən qorxuya düşən canavar qaçdı. Qırmızı Papaq öz füsunkar qadın təbəssümüylə onun arxasınca baxırdı.
 
Qabriel Qarsia Markes
 
Uzun illər keçəcək və Canavar ayaq üstə divara söykənib güllələnməyini gözləyəndə, o uzaq axşamı – nənənin tortla dərman yediyi günü xatırlayacaq, hansı ki o dərmanlarla nə qədər siçovul qırmaq olardı. Amma o heç bir şey olmamış kimi royalı parçalayırd. Gecə yarısınadək ifa etdi. İki həftə sonra Canavar və Qırmızı Papaq dözülməz qarının çadırını partlatmağa çalışdılar. Onlar yana-yana detenatora yaxınlaşan ipin qığılcımlarına baxırdılar. İkisi də qulaqlarını tutdular. Amma nahaq, çünki heç bir gurultu eşidilmədi. Qırmızı Papaq ölmüş nənəsini görmək ümidi ilə içəri girəndə başqa mənzərə ilə rastlaşdı: nənə cırıq-cırıq olmuş köynəkdə, yanmış parikdə ora-bura qaçıb yanğını söndürməyə çalışırdı. 
 
Erix Mariya Remark
 
— Gəl yanıma – Canavar dedi.
 
Qırmızı Papaq iki qədəh konyak süzdü və çarpayıya dirsəkləndi. Onlar konyakın tanış ətrini içlərinə çəkdilər. Bu konyakda kədər və yorğunluq var idi. Kədər və sönən alaqaranlıqların yorğunluğu. Konyak həyatın özü idi.
 
— Əlbəttə — qırmızı papaq dedi. Biz heç nəyə ümid edə bilmərik. Mənim gələcəyim yoxdu.
 
Canavar susurdu. Çünki onunla razı idi.
 
Uilyam Şekspir
 

Yemək, yoxsa yeməmək? Bütün məsələ budur

 

 

 

Milli.az

Oxşar məqalələr

10 şərh

Deha
orjinal variantı daha xoşagələndi:))
beautiful
Doğrudur. Bu nağıl əvvəlki halı ilə tanınır. Yeni versiya ilə diqqət cəlb eləsə də əvvəlki reytinqi ala bilməz…
Ramil
Yəni, artıq «qırmızı papaq» öz sözünü deyibdir.
azadmamedov90
Bu onların öz fikirləridir? yoxsa bunu siz fikirləşmisiz*?)))
kurdamir
Başka saytin məhsuludur.
Ramil
Bu hər yazıçının «yazı dilinə» uyğunlaşdırılıb. Başqalarını deyə bilmərəm V.Hüqonun «dilindən» yazılanlar uyğunluq təşkil edir.+
pascal
Remarkın da «Zəfər tağı»na çox uyğun gəlib. Konyak əvəsinə kalvados yazılsaydı lap dəqiq olacaqdı. :)
Shabnam_Ilham
Haruki Murakami çox güman Norveç meşəsi əsərindəndir. Viktor Hüqo- Səfillər, Markes — 100 ilin tənhalığı, güllələnmə səhnəsinə bənzətdim, Remark- Zəfər tağı (Raviklə Joanı xatırlatdı), Şekspir — Hamlet :)
Cek Londondan oxumadığım üçün deyə bilmədim :) Ama maraqlı idi xeyli güldüm :D 
azadmamedov90
Sağ əlin mənim kimi kitab oxumayanların başına… tü tü tü göz dəyməsin ))
Shabnam_Ilham
Amin :) təşəkkür)