Buludların üzərində ölüm

İnsan əgər həqiqəti deyirsə, o, heç nədən qorxmamalıdır.

Ah, bu detektiv müəllifləri! Onlar öz romanlarında həmişə polisi axmaq yerinə qoyurlar.

Axı qətlin təkcə günahkara və qurbana aidiyyatı yoxdur. O, günahsızlara da toxunur.

Təcrübəmdən bilirəm ki, adamların çoxu uçan yarasalar kimi kordurlar, yeri gəlmişkən, bu, bütün xoşbəxt adamlara aiddir, amma necəsə bir hədd var axı!

Siz öz gördükləriniz əsasında nəticə çıxardırsınız. Heç nə adamı birbaşa müşahidə qədər həqiqətdən uzağa apara bilməz.

...amma olarmı ki, öz pulunla yaşaya bilməyəsən, borc edəsən, sonra da bunun sənə hədiyyə edildiyini düşünəsən? Bu düşüncəsizlikdir.

Hər yerdə belədir, hər bir ölkədə polis qorxudur, dəhşətə salır, ondan qorxur və uzaq qaçırlar...

Mən həmişə cavabın hər şeydən əvvəl sualdan asılı olduğunu düşünürəm.

Əzizim, əgər kimsə sənə pərəstiş edirsə, yəqin ki, dərhal ikinci bir pərəstişkarın da tapılacaq. Bu, təbiətin qanunu kimidir. Bəzən ikisi, hətta üçü və ya dördü də tapılır.

Sensasiya tez keçir, qorxusu uzun müddət yaşayır.

Eyni şeyi dönə-dönə oxumaq səfehlikdir. Amma söz ona münasibətdən asılı olaraq mənasını dəyişir axı.

— Beləliklə, bu, çox sadədir. Deyək ki, sizə pul lazımdır — siz onu öz xalanızın ölümündən sonra alırsınız. Siz tamaşa qurursunuz, yəni xalanızı öldürürsünüz, bu da sizə nəticə: vərəsəliklə pulu alırsınız!
— Mən elə bir xalamın olmasını istərdim.

Eyni bir hadisənin nəticəsi müxtəlif cür ola bilər, axı o çoxlu adamın taleyinə təsir edir.

Qadınlar qocalır. Bu həyatın ən böyük faciəsidir.

Hələ baş verməyən şeylər üçün narahat olmağa dəyməz.

Aqata Kristi
 

0 şərh