Kitab insanı xoşbəxt edirmi?

«Telegraph» dərgisinin sosiologiya şöbəsinin elmi mətnlər üzrə redaktoru Sara Knaptonun başçılığı altında London İqtisadiyyat və Sosioloji Araşdırmalar Məktəbi və Susseks Universitetinin birgə apardığı araşdırmanı izləmək üçün ayırdığı qrup səkkiz aylıq iş prosesinin yekunlarına dair məqalə yayımlayıb.

İnsanı sabit vəziyyətindən xoşbəxtlik dağlarına qaldıran ünsürlər sorğu, ekspertiza və rəylər əsasında böyük diqqətlə araşdırılıb və proses maraqlı nəticələrlə yekunlaşıb. Ən maraqlı nəticə isə mütaliə ilə bağlı olub – kitab oxumağın insanı xoşbəxt etməsi ilə bağlı, əsrlərdir davam edən mülahizələri dağıdan göstəricilər ortaya çıxıb. 

Mütaliənin insanın özünü xoşbəxt hiss etməsində heç də təsəvvür etdiyimiz qədər böyük rolu yox imiş. Qiraət normal ruhi-emosional statusda olan insanın xoşbəxtlik duyğusunu cəmi 1,47% artıra bilirmiş. Bu da insan oxuduğu kitabdan həddindən artıq böyük zövq aldığı hallarda əldə olunan rəqəmdir. 

Mütəxəssislərin bir qrupu isə kitab oxumaqdan doğan xoşbəxtlik duyğusunun uzunmüddətli müşahidə olunduğunu iddia edirlər. Uzun illər davam edən qiraət hansısa yüksək elmi dərəcə almaqla, yaxşı ixtisasa qəbul ilə nəticələnəndə insanın yaşadığı xoşbəxtlik duyğusu uzunmüddətli olur və birbaşa təhsillə əlaqələndirilir deyə, bu mütəxəssislər yeni faizləri qəbul etmirlər.

İnsanı xoşbəxt edən digər səbəbləri də faiz göstəriciləri ilə birgə oxuculara təqdim edirik:
· Münasibətlər, söhbətlər və romantika – 14,2 %
· Teatr, rəqs, konsert – 9,29 %
· Muzey, sərgi, kitabxana – 8,77 %
· İdman, yürüyüş, gimnastika – 8,12 %
· Həyətyanı sahədə işləmək, evdə kiçik təmir işləri görmək – 7,83 %
· Mahnı oxumaq və ya nəsə nümayiş etdirmək – 6,95 %
· Söhbət etmək, sosiallaşmaq – 6,38 %
· Heyvanlara qulluq etmək, təbiət qoynunda vaxt keçirmək – 6,28 %
· Ovçuluq, balıqçılıq – 5,82 %
· Spirtli içki qəbulu – 5,73 %
· Hobbilərlə məşğul olmaq – 5,53 %
· Meditasiya, dini ayinlər – 4,95 %
· Uşaq saxlamaq, onlarla oynamaq – 4,1 %
· Musiqi dinləmək – 3,56 %
· Alış-veriş – 2,74 %

artkaspi.az

0 şərh