Oxumaq, oxumaq yenə də oxumaq

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.

R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar.

1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.

2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.

3-İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir.

4-Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli və vəzznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar.kitab həvəskarı-bibliofil

Yaşlı oxucular üçün isə Bolhast modelini nəzərinizə çatdırıram.

1. Çox oxuyan, ancaq oxuduqlarına tənqidi yanaşmayan tip.

2. Az oxuyan tip.

  • a) kitabları həyati məqsədlər üçün oxuyan-dinamik praqmatik adamlar.
  • b) introvertiv-macerapərəst tip. Bunlar əsasən çox əhəmiyyətli bədii əsərləri sevən və çox inkişaf etmiş təsəvvürə malik oxuculardı.

3. Öz həyati təlabatlarını dərindən dərk edən və onu təmin etmək üçün yollar axtaran fəal, məqsədyönlü və müntəzəm olaraq mütaliyə edən oxucu.

4. "Asılı", "hər sözə qulaq asan" və hansı kitabı oxumaq üçün məsləhətə ehtiyacı olan, üçüncü tipdən fərqli olaraq ədəbi-pedoqoji təsirə məruz qalan fəal oxucu.

5. "Sabit" tip; müəyyən növ məzmuna malik olan kitablar oxumağa həvəs göstərən oxucu.

6. "Birbaşa hər şeyi oxuyan" tip; ağına bozuna baxmadan, ucdantutma, qayda-qanunsuz, əlinə nə keçdi bir-birinin ardınca oxuyan və oxuduğuna qayıtmayan oxucu.

P. S. Ümid edirəm ki, hər kəs özünə uyğun bir bölmə tapdı. Əslində düşünürəm ki, bu dəyişkən bir prosesdi. İnsan müəyyən zaman daxılində oxu tipini dəyişə bilir. Bəzən buna özünü şüurlu şəkildə məcbur edir. Bəzən isə yaşın verdiyi təcrübə sayəsində dəyişir və bu dəyişikliyi hiss etmir. Məsələn mən oxu tərzimdə olan dəyişikliyi heç vaxt hiss etməmişdim. Lakin bu modellərlə ilk dəfə tanış olanda başa düşdüm ki, məktəbə getdiyim və oxumağı bacardığım illərdən bəri demək olar bu tiplərin hər birini mərhələ-mərhələ keçmişəm. Bəs siz necə?

12 şərh

təpəgöz
Çox maraqlıdır.Bu saytdakıların çoxu yəqin ki çox oxuyanlar tipinə aiddir.
fidan

Sabah kitablar haqda bloq yaradılacaq. Kitabların icmalı,müxtəlif rəylər,yeni kitablar haqda anonslar,bir sözlə mütaliə haqda hər şey burada olacaq.

Elsamir

onu belə desək daha düzgün tərcümə olardı


öyrənmək,öyrənmək yenə də öyrənmək

Nailə Rzayeva
Həqiqətən zaman keçdikcə insanın oxu tipi də dəyişir. Əgər mən əvvəllər daha çox «döyüşkən», mübariz ruhlu əsərləri oxumağı sevirdimsə, indi daha çox real həyatdan götürülmüş, yəni sırf gerçək faktlara əsaslanan kitabları oxumağı sevirəm. Zaman keçdikcə düşüncələr, fikirlər, kitab növlərinə olan tələbat istiqaməti də dəyişir.
Arzt
Özün dedin dəyişir bu tiplər zamanın tələbinə görə.Yaşlara uyğun təsnifatından da görünür ki, burda yaş da rol oynayır.Özüm hərdən oxuduğuna qayıdan, hərdən də qayıtmayan oxucuyam.Bu da oxuduğumun mövzusundan asılı olur.
IDEAL
Psixoloji araşdırmalarda daha çox ümumi nəticəyə gəlməyə çalışırlar. Əslində fərdə görə təbii ki, dəyişir. P. S. özümə aiddir. Yəni psixoloqlar sırf belə araşdırıb. Bunu adətən tədqiq etmək üçün 2000 və ya 3000 ə yaxın insan arasında sorğu keçirilir nəticələri yazırlar. Bu gün məsələn bu suallar mənə verilsə əvvəllər verdiyim cavabı vermərəm təbii ki. Ancaq müəyyən yaşdan sonra məncə oxu tipi sabitləşir. Artıq insan karyera və s. əldə etdikdə sırf praktikada istifadə üçün az oxuyur və ya heç oxumur. Belə halda məncə artıq zövq aldığı ədəbiyyata müraciət edir və bu zamana oxu tərzi məcburiyyətdən və ya gələcək planlardan yox sadəcə istəkdən irəli gəldiyi üçün zövqə bağlı bir proses halına gəlir və sabitləşir.
girl_moon
Əvvəllər  romantik tipdə oxuyurdum, ən çox isə dedektiv əsərlər oxumuşam, indi isə marağım daha çox tarixi-bioqrafik əsərlərədi. Axırıncı dəfə İrvinq Stounun «Yaşamaq yanğısı»sənədli povestini oxudum, çox xoşuma gəldi.
Diamonds

1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.

 

Mən hələ ki bu tip əsərləri daha çox oxuyuram.

Ramil
Yaxşı məqalədir. Bəyəndim və dəstəkləyirəm. İnsanlara özünü tanımaqda kömək edir.
istorik_c
Yeniyetməlik dövrünün tiplərini hamısını keçmişəm. Amma indi hər əsəri oxuya bilmirəm. Kitabaxnada uzun müddət axtarışlardan sonra bəlkə əlimə oxunulası bir-iki kitab keçir. Ən son yayda belə hadisə başıma gəldi. Təzə nəşr olunmuşlar arasında ancaq ikisini Stiven Kinqin "Ölü zona" əsərini və Paolo Koelyonun «Kİmyagər» əsərini seçdim və seçimimdə yanılmadım. Amma indi müasir gənclərin bəlkə 5-6 faizi kitab oxuyur. Əksəriyyəti virtual dünyanın əsirinə çevrilənlərdir.
azadmamedov90
Mənim kimilər şərh yazmasa yaxşıdır) Kitab oxumayan və özünü ağıllı göstərmək üçün bir iki fəlsəfi söz bilənlər ))
azadmamedov90
P,S. həmişə sizləeə həsəd aparacağam )))