Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Kitab oxumaq niyə vacibdir?

Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir – xüsusən də, stres və səhv qərarlar. Bir neçə il əvvəl nələrisə dəyişsəydik, bu gün bəlkə də daha xoşbəxt olardıq. Xoşbəxtlikdən sağlamlığımızı və rifahımızı qorumaq və yaxşılaşdırmaq üçün mistik iksir və ya milyon dollarlıq məhsul lazım deyil. Sağlam olmaq üçün reseptimiz əlimizin altındadır — sadəcə bir kitab.

Davamı →

Mədəni zorakılıq edən adamlar

Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.

Davamı →

Elias Kanetti | Məni formalaşdıran kitablar

Məktəbə getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı. Bu kitab uşaqlar üçün nəşr olunan «The arabian Nights» – «Min bir gecə» idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir. Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.

Davamı →

Xüsusən Məşhur adamın məşuqəsi haqqında

Yaxşı tanıdığımız, zəif və güclü tərəflərinə kifayət qədər bələd olduğumuz ədəbi mühitdən kənarda böyük yazan-pozan dəstəsi yaranmışdır. Avqust ayında bu dəstənin ayrı-ayrı üzvlərinin kitablarını oxudum. İndi oxuduğum kitablar haqqında fikirlərimi, aldığım təssüratları yazmaq istəyirəm. Burda yazacağım fikirlər aşağı-yuxarı dəstənin digər üzvlərinin də kitablarına aiddir.

Davamı →

Günel Mövlud dünyanın kitab paytaxtından yazır

Bir yazıçı olaraq, sosial şəbəkə hesablarımda dostluq siyahım əsasən kitab işi ilə bağlı, ya da mətbuatla əlaqəli insanlardan ibarətdir. Naşirlər, yazıçılar, jurnalistlər, tərcüməçilər...Bu siyahıda xeyli insan da qonşu Gürcüstandadır.
Bu il başlayandan, dostluq siyahımdakı gürcülərin paylaşımları birdən-birə intensiv və rəngarəng olmağa başladı, ana səhifəmi Tbilisidəki kitab tədbirlərindən çəkilmiş isti, hərəkətli videolar, şəkillər bürüdü. Heyranlıq və həsədlə baxdığım bu fotoların çoxluğu təəccüblü deyildi, axı Gürcüstanın paytaxtı Tbilisi 2021-ci idə “Dünyanın kitab paytaxtı” elan edilib. Və il başlayandan Tbilisi dünyanın bütün ölkələrindən axışıb gələn yazarların, şairlərin, naşirlərin toplaşdığı mədəniyyət mərkəzinə çevrilib.

Davamı →

18,6 sm haqqında

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →

Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri

45-50 il əvvəlki gəncliyin nümayəndəsi kimi etiraf edirəm ki, indiki gənclər bizdən qat-qat məlumatlı, zəngin dünyagörüşlü, cəsarətli, azadfikirlidir. Deyəcəksiniz ki, bu texnoloji tərəqqinin təsirindəndir. Bizim zəif təsəlli yerimizdir. Amma burada başqa nüanslar da var. Ən başlıcası yazarlarda sözə münasibətdir. Sözə sayğı ilə yanaşanlar əvvəllər də mütləq çoxluq təşkil eləməyib, elə indi də. İndiki gənclərin bizdən fərqli olaraq bir neçə şansı artıqdır. Ümdəsi bir neçə əcnəbi dil bilməklərindədir. Kitabı orijinaldan oxumağın ləzzəti bir başqadır.

Davamı →

Oxumağı sevdirəcək kitablar

Kitablar istəyərək və ya istəməyərək həmişə həyatımızdadır. Elələri var ki, gözünü açandan valideynlərinin şəxsi kitabxanalarını görüb və kitablar həyatının bir hissəsinə çevrilib. Elələri də var ki, məktəb dərsliyindən başqa əlinə kitab almayıb. Oxumağa başlamağın yaşı və vaxtı olmasa da, hansı əsərdən başlamağın böyük əhəmiyyəti var. Çünki ilk kitab sonrakılara təkan verməli, kitabı sevdirməli, oxuma alışqanlığı yaratmalıdır. Əlbəttə, yeni oxumağa başlayan birinə «Səfillər»i məsləhət görsək, onun həcmini görüb qorxacaq. Və ya «Cinayət və Cəza» desək, yarıda saxlayacaq. Oxumağa yeni başlayanlar üçün həcmi az, təhkiyəsi oxumağa vadar edəcək, axıcı kitablar daha məsləhətdir. Bu əlamətləri özündə daşıyan bir neçə kitab haqqında danışmaq istəyirəm.

Davamı →

Xoşbəxt xatirələr sənəti

Baş verənlərə şükür etməli olduğumuz bir neçə müsbət səbəb var. Onlardan biri də sonraya buraxılan kitabları oxumaqdır. Beləliklə, Mayk Vikinqin «Xoşbəxt xatirələr sənəti» kitabına əlim çatdı və xatırladığım şeyləri düşünməyə başladım.
Daha aydın desək, kitabın müəllifi Kopenhagendəki Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəridir. Yenidən oxuyun! Xoşbəxtlik Tədqiqat İnstitutu! Coşqu və koronavirus depressiyası həyəcan ilə anidən Danimarkaya köçməyi düşünənlərin vaxtına qənaət edib bildirim ki, – currently no job offers available. Bu institutun komandası insanların nələr hiss etdiklərini, həyatlarında nəyi xatırladıqlarını, insan xoşbəxtliyinin necə formalaşdığı və ümumi olaraq nədən ibarət olduğunu araşdırır. Hygge və Lykke kitablarını çoxdan oxumuşam.

Davamı →

Niyə kitab oxumalıyıq?

“Mən kitablarımı yaratmazdan öncə kitablarım məni yaratdılar“.
Mişel de Monten
 
Bütün hadisələr, yaşantılar, ilk baxışdan önəmsiz görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər buraxır. Bu izlərdən heç izi-tozu qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni cığırlar, yollar açanlar da. Təkrarlardan ibarət gündəlik yaşam ritmində bu cür cığırların öz-özünə açılacağını gözləmək sadəlövhlük olar. Komfort zonası nə qədər arxayınlıq, rahatlıq duyğusu yaratsa da, oradan çıxmadan zehnimizdə fərqli-fərqli izlər formalaşdıra, həmin izləri cığırlara, yollara çevirə bilmərik...

Davamı →