Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Paolo Cordano: Yaşayırsansa, unutma, hələ yolun başındasan

Düzünü deyim, kitabdan çox şey gözləmirdim. Amma içimdə, haradasa gizli bir yerimdə bir səs deyirdi ki, görəcəksən, yanılacaqsan. Və mən yanıldım… Və mən bu romana vuruldum...
Müəlliflə ilk dəfə «Sadə ədədlərin tənhalığı» romanı ilə tanış olmuşam… Daha doğrusu, romanı oxumamışam, amma yaxından maraqlanmışam… Əsasında film çəkildiyini də bilirəm… Birmənalı qarşılanmadığına görə həmişə seçimdə tərəddüd eləmişəm...

Davamı →

Özünü sevməyi öyrədən 10 kitab

1. Qay Hendriks — "Özünü sevmək sənəti"
İnsanlar duyğuların axdığı bulaq kimidirlər. Bu duyğulara diqqət etsək də, etməsək də, gün boyu hər an qorxu, qəzəb, kədər və həyəcan hiss edirik. Şüurda qəbul ettiyiniz və etməyidiniz hislərin arasında həssas tarazlıq var. Əgər bu hisləri dəngədə saxlamaq üçün fərqində olmalısınız.

Davamı →

Kitab və mədəniyyət | Abuzər Xələfov

Dünyanın böyük mütəfəkkirləri, elm və mədəniyyət xadimləri bəşər mədəniyyətinin inkişafında kitabın əhəmiyyətini olduqca yüksək qiymətləndirmiş, kitabın şəninə bilik mənbəyi, cəmiyyətin inkişafının tərəqqisinin əsas vasitəsi kimi fikirlər söyləmişlər.
Bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitab, cəmiyyətin yaranmasının erkən dövrlərində meydana gəlmiş, zəmanəmizə qədər cəmiyyətlə birgə addımlamış, formalaşmış, bəşəriyyətin yaddaşına çevrilmişdir. Məhz cəmiyyət maddiləşmiş bu yaddaş (kitab) vasitəsi ilə bəşəriyyətin yaratmış olduğu bilikləri nəsildən-nəsilə ötürməyə nail olmuşdur.

Davamı →

Bədbəxtlər üçün motivasiya kitabları

“İnsanın özünü formalaşdırmasından bəhs eləyən kitablar yaşadığımız cəmiyyət haqqında bizə nə deyir? – Brüsseldə yerləşən Sent-Luis Universitetinin sosiologiya üzrə araşdırmaçısı Nikolya Markiz yazır. – Bu, o kitabların işə yarayıb-yaramadığından daha vacib sualdır!”
2005-2017-ci illər arasında Fransada “özünəyardım” mövzulu kitabların satışı ildə 10% artmış, bazarları 45 milyon avroya çatmışdı. Deyəsən, hazırda satışlar azalmağa başlayıb, amma belə kitabların sayı yox: 2019-cu ilin sonlarına olan məlumatlara görə, bazara 250 yeni kitab çıxıb!”- “Le Fiqaro” bildirir.

Davamı →

Bədii kitabları necə oxumalı?

Başlığın sonuna qoyduğum sual işarəsi üzərində bir az dayanmaq istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə, rahatlıq anlayışıma görə cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq. Sizin üçün bütövlükdə bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə məsələdir ki, burada ən yaxşı məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi bədii zövqünü formalaşması, ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə əməl etməklə razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda bir təhlükə görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən tövsiyələr onsuz da oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni korlamayacaq. Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir ki, qadağa, qayda, şərt işləmir. Voterlo müharibəs32inin tarixi yüz ildir ki, məlumdur.

Davamı →

Mübariz Rəhimov – Bokaçço və Lilit

Eşqin şəhidləri eşqin əli qanlı qatilinə, elmin şəhidləri elmin uğurlu sizifinə çevrilib.
Covvani Bokaçço “Dekameron”dakı “Elizabet və reyhan dibçəyi” hekayəsində bacıları Elizabettanın fəhlə Lorenzoyla eşq şərbətinin dibini sıyırdıqlarını öyrənən qardaşlar emosiyalarını birtəhər cilovlayıb, tez gecəliklə dəyirmi masa keçirərək qərara gəlirlər ki, bunu açıb-ağartmağın mənası yoxdur, havayı özlərini cəmiyyət içində biabır edəcəklər, düzdür, qardaşlardan birini güclə zəbt edirlər, beləliklə, (rasional düşünən cəmiyyət həmişə fərqlənir hər situasiyada, soyuqqanlılığını qoruyub ən çox mənfəətlə çıxacağı yolu axtarır) bir neçə gün sonra qardaşlar Lorenzonu öldürüb basdırırlar, ancaq Lorenzo Elizabetin yuxusuna girib basdırıldığı yeri işarə verir, Elizabet qardaşlarının icazəsi ilə küçəyə hava almaq bəhanəsi ilə çıxır, Lorenzonun basdırıldığı yeri tapır, cəsədi otağına daşıya bilmədiyi üçün cəsədin başını kəsir,  gətirib yataq otağındakı reyhan dibçəyinin altına basdırır. Qardaşları cismani eşqin qarşısını alsalar da, ruhani eşqin qarşısını ala bilmirlər.

Davamı →

6 aylıq uşağa kitab oxunarmı?

Bir ana və ata­nın uşa­ğı­na ve­rə bi­lə­cə­yi ən bö­yük hə­diy­yə­lər­dən bi­ri mü­ta­liə­yə və ki­ta­ba sev­gi­dir. Yax­şı bir ki­tab qə­dər heç nə in­sa­na zövq ver­məz, hə­yə­can­lan­dır­maz, il­ham ver­məz, təş­viq et­məz, se­hir­lə­məz və ya əy­lən­dir­məz.

Bir çox ailə­lər uşaq­la­rı­na ki­tab oxut­du­ra bil­mə­mək­dən şi­ka­yət­lə­nir­lər. Əli­nə bir ki­tab alıb uzun müd­dət oxu­maq­dan sı­xı­lan uşaq, sa­at­lar­la te­le­vi­zor və ya kom­pü­ter qar­şı­sın­da otur­maq­dan heç şi­ka­yət et­məz. Ana-ata­sı­nı bir də­fə də ol­sa əli­nə ki­tab alıb oxu­yan gör­mə­yən uşaq­lar “te­le­vi­zo­run qa­ba­ğın­dan dur bi­raz da ki­tab oxu!” de­yən sə­sə fi­kir ver­məz. Ailə­lə­rin uşaq­la­rı­nı ən az ciz­gi fil­mi və kom­pü­ter oyun­la­rı qə­dər əy­lən­cə­li olan ki­tab­la­rın dün­ya­sı­na çə­kə bil­mə­si üçün, uşaq erkən yaşlarından ki­tab oxu­ma­ğın fay­da­sı­na inan­ma­lı və eh­ti­yac duy­ma­lı­dır.


Davamı →

Kitab oxuma vərdişinin şagird üçün möcüzəvi təsirləri

Aparılan araşdırmalar göstərir ki, kitab mütaliəsi uşaqların məktəbdə oxuduqları zaman əldə etdikləri uğurlara birbaşa təsir edir.
Hacettepe Universitetinin Ədəbiyyat Fakültəsi Məlumat və Sənəd İdarəetmə Kafedrasının müəllimi, professor Bülənt Yılmaz uşaqların uğuruna səbəb olan müxtəlif aspektlər mövzusunda araşdırma aparıb. Bunun üçün Ankaranın 100 məktəbində 8-ci siniflər arasında sorğu keçirib. Nəticələrə görə, oxuma vərdişi məktəblilərin ümumi ortalama müvəffəqiyyət balına təsir edir.

Davamı →

Kitab oxumağın bizə bəxş etdiyi möhtəşəm faydalar

Kitab sehrli bir əşya kimidir. Əlimizdəki səhifələrin üzərinə işlənmiş 32 hərfdən ibarət kombinasiyaları oxuyaraq getmədiyimiz yerlərə gedib, başqaları kimi düşünüb, hətta fərqli zamanlara səfər belə edə bilərik. Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitablar daha yaxşı bir şəxsiyyət olmağımızı təmin edir.
Bu siyahımızda kitab oxumağın bizlər üçün faydalarını sıralamışıq. Kitab oxumağın bir insana qatacağı 13 möhtəşəm özəllik:
Davamı →

Mark Zukerberg-in 5 məsləhət etdiyi kitab

Dünyanın ən gənc milyarderlərindən və “Facebook”un yaradıcısı olaraq tanınan Mark Zukerbergin də kitablarla arası yaxşıdır. Uğurlu CEO-nun tövsiyə etdiyi 5 kitab bunlardır.

1) Homo Sapiens – Heyvanlardan Tanrılara (Yuval Noah Harari)Bu kitab adından da göründüyü kimi insanlıq tarixinin necə bu günə qədər gəlib çıxmasından bəhs edir. Zukerberg, “Sapiensi oxuduğum zaman, insan keçmişi ilə əlaqəli məlumatlar əldə etdim” dedi və Facebook səhifəsində paylaşdı: “Sapiensin yazarı Harari, genetika mühəndisliyinin və süni zəkanın “insan” anlayışını daha axıcı hala gətirir”.
Davamı →