Mənfəət. Normal və xalis mənfəət.

Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.          
Yəni:
 
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən  edilir:
TR:Q

Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:

TR = P  (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri  dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.

Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən  üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.

Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artı­rıl­ma­sına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər və­zifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qə­naət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məh­sul­la­rın hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–müm­kün­dür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm iş­çi­lə­rin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqti­sadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəy­yən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yük­səldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artı­rıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına im­kan verir.

Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kol­lektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əla­qədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların  alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü hə­ya­ta keçirmək vəzifəsi  mey­dana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların isteh­sal sahələri arasında böl­üşdürülməsü vəzifəsini yerinə yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mən­fəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun mü­əyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelə­rinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə ara­sında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərc­lərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kol­lek­tivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmaz­lıq­ları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, isteh­salçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o demək­dir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təh­rif edəcəkdir.
Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların isteh­salına «meyl» göstərdiyi hallarda  da yanlış tə-səvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən ol­duğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, inves­tisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiy­mətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifa­dəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə d­ə­yər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında baş­lıca rolu əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.
 

0 şərh